Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Qlobal iqtisadi fəallıq AÇIQLAMA

Qlobal iqtisadi fəallıq AÇIQLAMA

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hazırda beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız ərazi, əhali və iqtisadiyyatının miqyası ilə müəyyənləşmir. Ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və müxtəlif iqtisadi məkanları birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi də onun strateji əhəmiyyətini müəyyən edən əsas amillərdəndir. Xüsusilə qlobal iqtisadi fəallığın getdikcə daha çox Asiyaya yönəldiyi, yeni nəqliyyat və enerji marşrutlarının iqtisadi maraqlarla yanaşı, geosiyasi əhəmiyyət qazandığı indiki mərhələdə böyük coğrafiyaları bir-birinə bağlayan ölkələrin rolu daha da artır. Azərbaycan da məhz belə strateji mövqeyə malik dövlətlərdəndir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Onun sözlərinə görə, ölkəmizin Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, Xəzər dənizinə çıxışı və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu ona Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynamaq imkanı verir. Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi də bu imkanların daha səmərəli reallaşdırılması ilə müşayiət olunur. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil, ardıcıl və milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır.

Deputat bildirib ki, son illər Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməklə yanaşı, müxtəlif çoxtərəfli platformalarla əməkdaşlığın əhəmiyyətini də artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir. Prezident İlham Əliyevin bugünlərdə Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən ŞƏT-in növbəti sammitində iştirak etməsi deyilənləri təsdiqləyir.

Millət vəkili xatırladıb ki, Prezident İlham Əliyev təxminən bir ay öncə Qırğızıstanda dövlət səfərində olub. Belə ki, cənab Prezidentin bu il iyul ayının sonunda Qırğızıstana dövlət səfəri, avqustun 31-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tədbirlərində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin əsas göstəricilərindəndir. Bu səfərlər iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Prezident İlham Əliyev Bişkek şəhərində “ŞƏT plyus” formatında keçirilən görüşdə çıxışı zamanı Azərbaycan-Qırğızıstan münasibətlərinin cari ilin iyul ayında imzalanan “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə yeni mərhələyə yüksəlməsini xüsusi vurğulayıb.

Səfər çərçivəsində dövlətimizin başçısı Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev, İran Prezidenti Məsud Pezeşkian, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Hindistanın Baş naziri Narendra Modi ilə görüşlər keçirib, ölkələrimiz arasında əlaqələrin inkişafını müzakirə ediblər. Bundan əlavə, Prezident İlham Əliyev 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib. Dövlətimizin başçısının Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə isə sülh prosesi diqqət mərkəzində olub. Prezident İlham Əliyev “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışında isə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsinin 30 ildən sonra dövlətimiz tərəfindən icra edildiyi xatırladıb. Ölkə başçısı sammitdə çıxışı zamanı qeyd edib ki, bir ildən bir az çox müddət əvvəl Azərbaycan və Ermənistan sülh sazişinin mətnini paraflayaraq 30 illik münaqişəyə son qoydular: “Beləliklə, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir”. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsinin 30 ildən sonra dövlətimiz tərəfindən icra edildiyi xatırladıb. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması üzərində iş aparılır. “Lakin təəssüf ki, BMT bu qətnamələrin icrasında heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tamamilə özü bərpa edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrası üçün müvafiq mexanizmlərin hazırlanması tələb olunur. Bu həyata keçirilərsə, BMT-nin nüfuzunun və təşkilatın münaqişələrin nizamlanmasındakı rolunun artmasına xidmət edər”, - deyə dövlət başçısı çıxışında vurğulayıb.

Pərvin Kərimzadə qeyd edib ki, BMT-də islahatların aparılması müasir dövrün əsas çağırışlarından biridir. Xüsusilə, beynəlxalq müstəvidə mövcud qlobal problemlər BMT Təhlükəsizlik Şurasında yeniliklərin edilməsini ciddi zərurətə çevirib. “BMT daxilində islahatlardan və təşkilatın beynəlxalq hadisələrə, proseslərə effektiv təsir mexanizmlərinin yaradılmasından bəhs olunarkən bir sıra məqamlara nəzər salmaq lazımdır. Bunlar, ilk növbədə, BMT Nizamnaməsində və Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklərin edilməsidir. Çünki təşkilat faktiki olaraq hegemon güc mərkəzlərinin geosiyasi inhisarındadır. Xüsusilə də Təhlükəsizlik Şurasında yer alan daimi üzvlər istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Onlar veto hüququndan istifadə edərək subyektiv şəkildə öz maraqlarına uyğun olmayan məsələlərin qəbulunu əngəlləyirlər. Burada beynəlxalq hüququn subyekti, BMT-nin üzvü olan digər müstəqil dövlətlərin rəyləri, mövqeləri, demək olar ki, nəzərə alınmır. Bundan əlavə, BMT Təhlükəsizlik Şurasında hərbi-siyasi və strateji-təhlükəsizlik məsələləri ilə əlaqədar qərar qəbul edərkən ikili standartlara yol verilir. Bu barədə kifayət qədər nümunə var. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin dərhal icra edilməsi, sülhə məcburetmə mexanizmlərinin tətbiqi ilə əlaqədar Bosniya və Herseqovina, Yuqoslaviya, Liviya və digər presedentlər mövcuddur. Lakin Azərbaycana münasibətdə Ermənistanın işğal etdiyi torpaqlarımızı qeyd-şərtsiz azad etməsi ilə bağlı 1993-cü ildə qəbul olunmuş qətnamələr 27 il kağız üzərində qaldı. Bu tipli ikili yanaşmalara son qoyulması üçün BMT strukturlarında islahatların aparılması zərurətdir”, - deyən, deputatın fikrincə, Prezident İlham Əliyevin nüfuzlu beynəlxalq platforma olan ŞƏT-in Zirvə Görüşündə BMT-də islahatların aparılması zərurəti ilə bağlı çağırışı beynəlxalq birlik üçün mühüm mesajdır.

YAP İdarə Heyətinin üzvü diqqətə çatdırıb ki, Azərbaycanın ŞƏT-lə əməkdaşlığı siyasi dialoqla yanaşı, təhlükəsizlik, iqtisadiyyat və humanitar sahələri də əhatə edir: “Terrorçuluq, ekstremizm, separatçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə təhlükəsizlik gündəliyində mühüm yer tutur. İqtisadi sahədə isə ticarət və investisiyalarla yanaşı, energetika, kənd təsərrüfatı, nəqliyyat və kommunikasiyalar, telekommunikasiya, kiçik və orta biznes, multimodal dəhlizlər və tranzit imkanlarının inkişafı ön plana çıxır. Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir. Bütün bunların fonunda Prezident İlham Əliyevin sammitdə çıxışı zamanı verdiyi mesajlar dünya birliyi üçün böyük önəm kəsb edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Sentyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri