Icma.az
close
up
RU
Azad ərazilərdə iqtisadi fəallıq artır

Azad ərazilərdə iqtisadi fəallıq artır

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası, “yaşıl texnologiya”ların tətbiqi, beynəlxalq hava limanlarının istifadəyə verilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi regionun biznes cəlbediciliyini artırıb və buradakı zəngin iqtisadi potensialdan istifadə olunmasına geniş imkanlar yaradıb. Hazırda bəhs olunan ərazilərdə rahat yaşayış məntəqələrinin salınması, genişmiqyaslı infrastruktur quruculuğu ilə paralel şəkildə, məqsədyönlü iqtisadi reinteqrasiya tədbirləri həyata keçirilir. Bu siyasətin davamı olaraq Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə bir neçə gün əvvəl baş tutan növbəti səfəri çərçivəsində Ağdərə rayonunda yaradılan yeni istehsal təyinatlı müəssisələrdə olub və Özünün dəyərli tövsiyələrini verib.

Ərazilərin sənaye potensialı güclənir

Müharibədən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişi istiqamətində görülən işlərin miqyası kifayət qədər böyükdür. Bu ərazilərin iqtisadi dirçəlişində mühüm rol oynayan Ağdam və Cəbrayıl rayonundakı “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları salınıb. Hər iki parkda 50 müəssisə rezident, 7 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Ümumi dəyəri 454 milyon manat olan layihələrin icrası çərçivəsində 185 milyon manat həcmində investisiya yatırılıb və 1057 yeni iş yeri yaradılıb. Parklarda fəaliyyətə başlamış rezidentlər tərəfindən 949,4 milyon manat məbləğində məhsul istehsal olunub. Ağdam Sənaye Parkı rezidentləri tərəfindən istehsal olunmuş məhsulların 39,5 milyon manatlıq hissəsi ixrac edilib.

Ötən dövrdə “Xankəndi” Biznes Mərkəzinin açılışı baş tutub. Müasir infrastruktur təminatına malik olan mərkəzin fəaliyyətə başlaması Azərbaycanın tarixi şəhəri olan Xankəndinin işğaldan azad edilməsindən sonra burada biznes mühitinin yaradılması, yeni iş yerlərinin açılması və ümumilikdə şəhərin inkişafının sürətləndirilməsində mühüm rol oynayacaq.  Xankəndi şəhərində Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikinin fəaliyyətə başlaması azad ərazilərə köç edən sakinlərin məşğulluğunun təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu müəssisənin işə salınması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinə, həmçinin ölkədə yüngül sənaye sektorunun inkişafına, işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişinə xidmət edir.

İşğaldan azad olunmuş ərazilərdə aqroparkların yaradılması bu yerlərin münbit torpaqlarından səmərəli istifadə olunmasına geniş imkanlar açır. “Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Ağıllı kənd təsərrüfatı texnologiyalarının, sıfır tullantı, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinin tətbiq olunduğu “Dost Aqropark” ətraf mühitin və təbiətin mühafizəsi ilə yanaşı, halal qida prinsipi ilə fəaliyyət göstərir.

Bütövlükdə, işğaldan azad edilmiş ərazilərin böyük iqtisadi potensialı var. Ölkəmiz hələ bu potensialdan istifadə edilməsinin başlanğıc mərhələsindədir. Perspektivdə regionun aqrar, turizm, mədənçilik, “yaşıl enerji” potensialından dolğun şəkildə istifadə olunması son nəticədə Azərbaycanda daha böyük həcmdə ümumi  daxili məhsul istehsalına öz təsirini göstərəcək və milli iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına güclü təkan verəcək.

Dağ-mədən sənayesi üzrə ilk layihə

Səfər çərçivəsində Prezident İlham Əliyevin fəaliyyəti ilə tanış olduğu  “Dəmirli” Filiz Emalı Kompleksinə mis flotasiya zavodu, nəm tullantı anbarı, elektrik yarımstansiyası və digər tikililər daxildir. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidənqurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb.

“Dəmirli” Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dağ-mədən sənayesi üzrə həyata keçirilən ilk layihədir. Mis flotasiya zavodunda “Dəmirli” mədənindən çıxarılan filiz emal ediləcək və son məhsul - mis konsentratı istehsal olunacaq. Mis flotasiya zavodunun illik istehsal gücü 5,6 milyon ton filiz emalıdır.

Hazırda qalıq ehtiyatların ilkin istismar dövrü 2025-2030-cu illəri əhatə edir. Bu müddətdə Çin Xalq Respublikasına 1,6 milyard manat dəyərində konsentrat şəklində 85 min ton mis metalının ixracı nəzərdə tutulur. Bununla belə, qarşıdakı illərdə mədənin mis ehtiyatlarının artırılması proqnozlaşdırılır. İlkin geoloji kəşfiyyat məlumatlarına əsasən, burada 470 min tona yaxın əlavə mis ehtiyatı mövcuddur. Aparılacaq 4 illik geoloji kəşfiyyat və tədqiqat proqramı nəticəsində bu ehtiyatların çıxarılabilən həcmi dəqiqləşdiriləcək.

Mədəndə hasilat Azərbaycan ərazisində bir sıra filiz yataqlarının kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında “AzerGold” QSC ilə ABŞ-ın “R.V. Investment Group Services” şirkəti arasında 2024-cü ildə bağlanmış saziş üzrə əməliyyat şirkəti “Azerbaijan International Mining Company Limited” tərəfindən aparılır. Dövlət başçısı tərəfindən 2024-cü ildə təsdiq edilmiş Qanuna əsasən, hasilatın pay bölgüsü haqqında saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə həvalə edilib.

Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonasına çevrilir

Qarabağın və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırıqlar da uğurla həyata keçirilir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə istismar olunan 307 MVt gücündə 38 su elektrik stansiyasında 2025-ci ildə 750 milyon kilovat-saat “yaşıl enerji” istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Tərtərçayın hidroenerji potensialının 30 SES olması müəyyən edilib. Hazırda 22 SES “AzərEnerji” ASC tərəfindən istismardadır, 5 SES-in tikintisi icra olunur, 3 SES-in inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır. Prezident İlham Əliyevin açılışına qatıldığı “Qozlukörpü” Su Elektrik Stansiyası da Tərtərçay üzərində inşa olunub.  “Qozlukörpü” Su Elektrik Stansiyası 14,7 meqavat gücündədir. Sərt relyef, iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesi digər bölgələrlə müqayisədə daha çox vaxt tələb etməsinə baxmayaraq, layihə qısa müddətdə uğurla icra olunub. Stansiyada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Ətraf mühitə dost texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2026 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see286

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see252

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see232

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see232

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see230

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see216

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see213

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see199

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see197

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see197

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see196

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see195

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see194

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see192

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see185

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see182

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see182

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see179

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see177

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri