Qlobal Media Forumu: Təkbətək müzakirə keçirilib FOTOLAR
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
4-cü Şuşa Qlobal Media Forumu çərçivəsində “Dezinformasiyanın sülhə təsiri: Mediada koordinasiyalı reaksiyalar” mövzusunda təkbətək formatlı müzakirə keçirilib.
“AnewZ” beynəlxalq televiziya kanalının baş redaktoru Guy Shonenin moderatorluğu ilə keçirilən müzakirədə “Atticus Partners” Strateji Kommunikasiyalar Agentliyinin təsisçisi Leon Cook qeyd edib ki, müasir informasiya mühitində dezinformasiyanın yayılma sürətinin artması ictimai etimada, sosial sabitliyə və sülh təşəbbüslərinə ciddi təsir göstərir. O bildirib ki, bu baxımdan fakt-yoxlama mexanizmlərinin gücləndirilməsi, etibarlı mənbələrə istinadın prioritetləşdirilməsi, şübhəli məlumatların yayımının qarşısının alınması və institusional əməkdaşlıq əsasında koordinasiyalı reaksiyaların verilməsi mediada sülhü təşviq edən məsuliyyətli və peşəkar mühitin formalaşmasına əhəmiyyətli töhfə verə bilər.
Müzakirə zamanı həmçinin media savadlılığının artırılması, dezinformasiyanın yaratdığı çağırışlar, beynəlxalq əməkdaşlıq imkanları və məsuliyyətli media mühitinin formalaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 İyul 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















