Icma.az
close
up
RU
Qlobal qarşıdurmalar fonunda sülh amili...

Qlobal qarşıdurmalar fonunda sülh amili...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabitlikdən inkişafa gedən yol: yeni siyasi arxitektura üçün dialoqun vacibliyi

Son dövrlərdə qlobal konfrontasiyaların miqyası genişlənməkdə davam edir və bu proses yeni nizama mənfi təsirlər göstərir: siyasi münasibətlər sistemi, dialoq mühiti zərər görür, iqtisadi təmərküzləşmə ən azı ləngiyir. Sirr deyil ki, dünyada baş verən siyasi gərginliklər təkcə təhlükəsizlik arxitekturasını deyil, həm də ticarət marşrutlarını, enerji xəritəsini və investisiya axınlarını yenidən şəkilləndirir - hətta indiki məqamda sarsıdır. Bu gün qlobal transformasiya əsasən Avrasiyanın mərkəzində cərəyan edir. Xüsusilə Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz və Kiçik Asiya xətti boyunca yeni iqtisadi konturlar meydana çıxır, alternativ nəqliyyat və enerji dəhlizləri qurulur, regional inteqrasiya təşəbbüsləri genişlənir. Bu coğrafiya artıq təkcə keçid məkanı deyil, həm də qərarların verildiyi, iqtisadi və siyasi balansın müəyyənləşdiyi strateji məkana çevrilir.

Dünyanın diqqəti regiona dikilib...

Paralel olaraq qlobal qarşıdurmalar yeni düzənin sürətli və keyfiyyətli transformasiyasını gecikdirir. Rusiya-Ukrayna müharibəsi, Pakistan-Əfqanıstan xəttindəki gərginlik, eləcə də Yaxın Şərqdə baş verən hadisələr regional sabitliyi sarsıdır və qlobal iqtisadi hədəflərə birbaşa təsir göstərir. Halbuki yeni iqtisadi mərhələnin əsas şərti sabitlikdir. Sülh hər zaman olduğu kimi yenə də ön plana çıxmalıdır. Ortada mühüm bir nümunə var - Azərbaycanın 2020-ci ildən başlayaraq son 6 ildə formalaşdırdığı model göstərdi ki, təhlükəsizlik və siyasi sabitlik iqtisadi inkişafın əsas katalizatoru və qoruyucu mexanizmidir.

Bu gün bütün dünyanın diqqəti məhz Avrasiya məkanına və burada sülhün - ən azı dayanıqlı sabitliyin - təmin olunmasına yönəlib. Çünki məhz bu region qlobal enerji təhlükəsizliyinin, nəqliyyat-kommunikasiya xətlərinin və yeni ticarət platformalarının mərkəzində dayanır. Hər kəs sabitlik və sülh arzusundadır. Lakin əsas sual dəyişməz qalır: bu sülhü necə institusional və davamlı etmək mümkündür? Yeni dünya düzəninin taleyi məhz bu sualın cavabından asılıdır.

Sülh və əməkdaşlıq: yeni inkişaf mərhələsinin başlanğıcı...

Avrasiyada yeni inkişaf mərhələsi Azərbaycan-Türkiyə strateji əməkdaşlığı ilə start götürüb desək, yanılmarıq. Bu tərəfdaşlıq təkcə ikitərəfli münasibətlərin yüksək səviyyəsi deyil, həm də daha geniş coğrafiyada yeni siyasi və iqtisadi alətlərin formalaşması deməkdir. Son illərdə Bakı-Ankara xətti regional inteqrasiyanın əsas sütunlarından birinə çevrilib və özünü təsdiqləyib, bu birlik Avrasiyanın geoiqtisadi xəritəsində yeni dinamika yaradıb.

Məhz bu birlik yeni siyasi alətlər formalaşdırıb:

- TDT üzərindən siyasi-iqtisadi bağların möhkəmləndirilməsi;

- Bölgənin yeni iqtisadi inkişaf konsepsiyasının hazırlanması;

- Yeni enerji xəritəsinin formalaşdırılması;

- Yeni münasibətlər sisteminin hazırlanması.

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşməsi türk dünyasında vahid iqtisadi və siyasi platformanın formalaşmasına təkan verib - bu isə geocoğrafi anlamda yeni bir inkişaf periodikası və trayektoriyası yaradıb. Bu platforma Orta Asiyadan Qafqaza, oradan isə Anadolunun üzərindən Avropaya uzanan geniş inteqrasiya xəttini əhatə edir. Enerji layihələri, nəqliyyat dəhlizləri və logistika imkanları bu əməkdaşlığın praktik nəticələridir.

Azərbaycan ilə Türkiyənin bölgədə başlatdığı bu siyasi “hərəkətlənmə” sonradan Mərkəzi Asiya tərəfindən də uğurla regiona transfer edildi. Qazaxıstan, Özbəkistan və digər region dövlətləri yeni iqtisadi modelə inteqrasiya olunaraq vahid əməkdaşlıq məkanının genişlənməsinə töhfə verdilər. Bu proses Avrasiyada alternativ iqtisadi inkişaf platformasının formalaşdığını göstərir. Başqa sözlə, artıq Avrasiya yeni inkişaf mərhələsinin bir addımlığındadır. Əsas məsələ bu mərhələyə keçidi sürətləndirmək və siyasi riskləri minimuma endirməkdir. Bunun üçün isə təhlükəsizlik mühiti və qarşılıqlı etimad əsas şərtdir.

Bölgədə sabitliyin bərqərar olması üçün...

Sülh və inkişaf paralel anlayışlardır. Biri olmadan digərinin davamlılığı mümkün deyil. Müasir dövrdə iqtisadi artım, investisiya cəlbediciliyi və regional inteqrasiya birbaşa təhlükəsizlik mühiti ilə bağlıdır. Müharibə və qeyri-müəyyənlik geocoğrafi kapitalı uzaqlaşdırır, infrastruktur layihələrini ləngidir və uzunmüddətli planlaşdırmanı mümkünsüz edir. Buna görə də Avrasiyada yeni iqtisadi mərhələnin reallaşması üçün ilk növbədə siyasi sabitlik və qarşılıqlı etimad mühiti formalaşmalıdır.

Sülh üçün isə təmas mütləqdir. Dialoq platforması, vasitəçilik mexanizmi və tərəflərin etibar etdiyi aktor olmadan davamlı razılaşmalar əldə etmək çətindir. Bu vəzifəni yerinə yetirmək üçün regional aktorların inandığı, hər iki tərəfin güvəndiyi və balanslı siyasət yürüdə bilən dövlətə ehtiyac var. Bu dövlət Türkiyədir. Türkiyə həm coğrafi mövqeyi, həm NATO üzvlüyü, həm də region ölkələri ilə tarixi və mədəni bağları sayəsində unikal vasitəçilik imkanlarına malikdir.

Türkiyə bu gün qlobal təhlükəsizlik mühitinin formalaşmasında olduqca vacib rol oynaya bilər. Həm Yaxın Şərqdə, həm Ukrayna böhranında, həm də Əfqanıstanda yaranan qarşıdurmaların aradan qaldırılmasında Ankaranın rolu mümkündür. Türkiyə indiyədək müxtəlif platformalarda vasitəçilik təşəbbüsləri ilə çıxış edib və tərəfləri dialoqa dəvət edib. Bu balanslaşdırılmış siyasət modeli regionda etimad yaradan nadir nümunələrdəndir.

Adıçəkilən münaqişələrin həllində Türkiyənin töhfə vermək ehtimalı üzrə real faktlar mövcuddur. Məsələn, Ukrayna münaqişəsi hələ yeni-yeni başladığı dövrlərdə Ankara tərəfləri ilk dəfə masa arxasına oturtdu - ərzaq təhlükəsizliyinin təmini üçün “Taxıl sazişləri” imzalandı. Bütün Cənubi Asiya üçün ciddi təhlükəsizlik təhdidi yaradan Əfqanıstan-Pakistan münaqişəsinin həllindəki iştiraka gəldiklə isə, ötən həftə ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadın fikirlərinə istinad etmək olar - “Əfqanıstan və Pakistan arasındakı münaqişəni həll etmək üçün üçüncü tərəfin iştirakı lazımdır. Ən yaxşı həll yolu iki ölkə arasında Türkiyə kimi etibarlı üçüncü tərəfin nəzarəti altında diplomatik razılaşma olardı”, - deyə o bildirib.

Beləliklə, Türkiyənin fəal iştirakı Avrasiyada sülhün institusional əsaslarının yaradılmasına, nəticə etibarilə isə yeni iqtisadi düzənin daha sürətli formalaşmasına xidmət edə bilər.

Türkiyə həm çağırış edib, həm də dialoq yaratmağa çalışıb...

Eyni fikrlər Yaxın Şərqdə cərəyan edən qanlı döyüşlərə də aid edilə bilər. Türkiyə dəfələrlə bu barədə çağırışlar edib. Hətta müharibənin ilk günündə, fevralın 28-də Türkiyə tərəfləri İran böhranı ilə əlaqədar hücumlara son qoymağa çağırmışdı. Hadisələrin bölgənin gələcəyini və qlobal sabitliyi təhlükə altına qoyduğunu qeyd edən Türkiyə regiondakı məsələlərin sülh yolu ilə həllinə ehtiyac olduğunu vurğulayaraq Ankaranın vasitəçilikdə lazımi dəstəyi göstərməyə hazır olduğunu bildirmişdi. Bir neçə gün öncə Türkiyə Prezidenti Ərdoğan bölgədə gərginliyin artmasından təəssüfləndiyini bildirmişdi - O, Türkiyənin “sülhə və sabitliyə yönəlmiş diplomatiyasını” davam etdirdiyini vurğulamışdı. “Danışıqlar masasında problemlərin ədalətli həllinə nail olmaq üçün qətiyyətli səylər göstəririk. Qan tökülməsinə son qoymağa və bölgənin qardaş ölkələri arasında düşmənçiliyin dərinləşməsinin qarşısını almağa çalışırıq”, - deyə dövlət başçısı bildirmişdi.

Yeri gəlmişkən, bununla bağlı Türkiyə KİV-inə geniş müsahibə verən XİN başçısı Hakan Fidan qeyd edib ki, müharibənin təsirləri bütün bölgəyə yayılır. Fidan bildirib ki, artıq müəyyən ölkələrlə konsensus yaratmaq üçün çalışılır: “Region olaraq vəziyyətin pisləşməsinin qarşısını necə alacağımız üzərində işləyirik.”

Müharibənin dayandırılması üçün vasitəçilik səyləri ilə bağlı H.Fidan Türkiyənin bu məqamda vasitəçi ola biləcəyini söyləyib. Fidan çoxsaylı görüşlər keçirdiklərini və hazırda “atəşkəsə necə nail olmaq” yollarını axtardıqlarını bildirib. Hakan Fidan onların səyləri ilə atəşkəsə nail olmağa ümid etdiyini, lakin müharibənin müəyyən bir müddət davam edəcəyini proqnozlaşdırdığını və potensial problemlərə qarşı bütün lazımi tədbirləri gördüklərini vurğulayıb.

Davamlı təhlükəsizlik...

Beləliklə, qarşıdakı dövrdə bölgədə əsas vəzifə siyasi dialoqu imkan dərəcəsində genişləndirmək, regional əməkdaşlıq mexanizmlərini gücləndirmək və sülh təşəbbüslərini institusional çərçivəyə salmaqdır. Yeni dünya düzəninin açarı məhz Avrasiyada - sabitlik, əməkdaşlıq və ortaq inkişaf modelinin reallaşmasındadır.

Əgər Avrasiya məkanında davamlı təhlükəsizlik təmin olunarsa, burada formalaşan iqtisadi platforma qlobal miqyasda yeni balans yarada bilər. Türkiyənin vasitəçilik potensialı, Azərbaycanın təşəbbüskar mövqeyi və türk dünyasının inteqrasiya meyilləri bu prosesin əsas dayaqlarıdır.

P.İSMAYILOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Mart 2026 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri