Icma.az
close
up
RU
Qlobal siyasətin yeni tribunası Bakı Forumu

Qlobal siyasətin yeni tribunası Bakı Forumu

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Müasir dünya mürəkkəb və ziddiyyətli bir mərhələdən keçir. Münaqişələrin artması, beynəlxalq hüququn selektiv tətbiqi, qlobal güclər arasında rəqabətin dərinləşməsi təhlükəsizlik arxitekturasını ciddi şəkildə sarsıdır. Belə bir dövrdə beynəlxalq dialoq və əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Məhz bu baxımdan Bakıda keçirilən XIII Qlobal Bakı Forumu qlobal siyasətdə mühüm hadisələrdən biri kimi diqqət çəkir”.

 Bunu Ölkə.az-a açıqlamasında deputat Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, Forumun əsas mövzusu “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” olması əslində bu gün beynəlxalq münasibətlərin qarşısında duran əsas çağırışları əks etdirir. “Dünyanın müxtəlif regionlarından nüfuzlu siyasətçilərin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin, alim və ekspertlərin iştirak etdiyi bu tədbir qlobal problemlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Bu fakt onu göstərir ki, Bakı artıq təkcə regionun deyil, bütövlükdə Avrasiya məkanının mühüm diplomatik dialoq mərkəzlərindən birinə çevrilir”, - o vurğulayıb.

Deputat deyib ki, Forumun keçirilməsi həm də İlham Əliyev tərəfindən həyata keçirilən çoxşaxəli və balanslı xarici siyasətin nəticəsi kimi qiymətləndirilir: “Azərbaycanın dövlət başçısı beynəlxalq münasibətlər sistemində dialoqun, qarşılıqlı hörmətin və beynəlxalq hüququn əsas prinsip kimi qorunmasının vacibliyini daim vurğulayır. Bu siyasətin mühüm istiqamətlərindən biri də humanitar diplomatiyadır.

Humanitar diplomatiya dövlətlərin və beynəlxalq təşkilatların humanitar problemlərin həlli vasitəsilə beynəlxalq münasibətlərdə əməkdaşlıq və etimad mühitinin formalaşdırılması deməkdir. Müharibələr, təbii fəlakətlər və sosial böhranlar nəticəsində zərər çəkmiş insanlara yardım göstərilməsi, qaçqın və məcburi köçkünlərin müdafiəsi, humanitar layihələrin həyata keçirilməsi bu siyasətin əsas alətləridir. Belə fəaliyyət dövlətlərin beynəlxalq nüfuzunu artırmaqla yanaşı, qlobal sülhə və sabitliyə də töhfə verir.

Azərbaycanın son illərdə həyata keçirdiyi humanitar təşəbbüslər də bu siyasətin praktik təzahürüdür. Müxtəlif ölkələrə humanitar yardımların göndərilməsi, beynəlxalq layihələrin dəstəklənməsi və qlobal problemlərin müzakirəsi üçün platformaların yaradılması Azərbaycanın məsuliyyətli beynəlxalq aktor kimi mövqeyini daha da möhkəmləndirir.

Bu baxımdan Qlobal Bakı Forumu artıq illərdir ki, qlobal problemlərin təhlili, siyasi dialoqun təşviqi və beynəlxalq tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm strateji platforma kimi tanınır. Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq hüquqa hörmət, çoxtərəfli əməkdaşlığın böhranı, rəqəmsal gələcəyin idarə olunması, enerji təhlükəsizliyi, Orta Dəhliz və Avrasiya bağlantısı kimi aktual mövzular geniş şəkildə müzakirə olunur.

Eyni zamanda bu müzakirələr yeni geosiyasi reallıqları da əks etdirir. Dünyada hərbi güc balansı, enerji asılılığı, texnoloji rəqabət və strateji nəqliyyat marşrutları kimi məsələlər beynəlxalq münasibətlərdə yeni çağırışlar yaradır. Bu baxımdan forum çərçivəsində aparılan diskussiyalar yalnız akademik və siyasi fikir mübadiləsi deyil, həm də qlobal idarəetmə modelinin gələcəyi ilə bağlı ciddi strateji düşüncələrin formalaşmasına xidmət edir.

Azərbaycanın regional siyasəti də bu yanaşmanın mühüm tərkib hissəsidir. Cənubi Qafqazda sülhün və əməkdaşlığın təmin olunması, regional sabitliyin gücləndirilməsi və iqtisadi inteqrasiyanın genişləndirilməsi Bakının prioritet istiqamətlərindən biridir. Azərbaycanın münaqişədən sonrakı dövrdə sülh gündəliyini təşviq etməsi və regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış etməsi bu siyasətin real nəticələrini göstərir.
Beləliklə, XIII Qlobal Bakı Forumu təkcə növbəti beynəlxalq tədbir deyil. Bu forum qlobal

problemlərin müzakirə olunduğu, müxtəlif siyasi mövqelərin dialoq yolu ilə yaxınlaşdırıldığı və yeni əməkdaşlıq ideyalarının formalaşdığı mühüm diplomatik platformadır. Eyni zamanda bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunun artdığını və Bakının qlobal diplomatiyanın mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir”.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Mart 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri