Icma.az
close
up
RU
Qlobal şok: BVF İran müharibəsinin qlobal iqtisadiyyata yeni zərbə vuracağı barədə xəbərdarlıq edir

Qlobal şok: BVF İran müharibəsinin qlobal iqtisadiyyata yeni zərbə vuracağı barədə xəbərdarlıq edir

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə davam edən müharibə qlobal iqtisadiyyat üçün yeni sarsıntı yaradıb. Beynəlxalq ekspertlər bildirir ki, bu proses iqtisadi artım perspektivlərini zəiflədir, eyni zamanda inflyasiya təzyiqlərini daha da gücləndirir.

Qaynarinfo-nun Beynəlxalq Valyuta Fonduna istinadən (BVF) məlumatına görə, müharibənin təsiri qlobal olsa da, bütün ölkələrə eyni səviyyədə təsir etmir. Ən çox zərər çəkənlər enerji idxal edən ölkələr, aşağı gəlirli dövlətlər və məhdud maliyyə ehtiyatlarına malik iqtisadiyyatlardır.

Ekspertlərin fikrincə, əsas təsir kanalı enerji sektorudur. Xüsusilə Hörmüz boğazı ətrafında tədarük risklərinin artması neft və qaz qiymətlərinin yüksəlməsinə səbəb olur. Bu isə Avropa və Asiya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir, istehsal xərclərini artırır və əhalinin alıcılıq qabiliyyətini zəiflədir. Bununla belə, xammal ixrac edən ölkələr yüksək qiymətlərdən qısa müddətli fayda əldə edə bilər.

Müharibə eyni zamanda qlobal tədarük zəncirlərini də pozur. Logistika xərclərinin artması, gübrə və ərzaq qiymətlərinin bahalaşması xüsusilə kasıb ölkələr üçün ciddi problem yaradır. BVF qeyd edir ki, bu vəziyyət qlobal ərzaq təhlükəsizliyi risklərini artırır.

Fonddan bildirilib ki, Yaxın Şərq, Afrika, Asiya-Sakit okean regionu və Latın Amerikasının bəzi hissələri daha yüksək ərzaq və gübrə qiymətləri, eləcə də sərtləşən maliyyə şərtləri səbəbindən əlavə təzyiqlərlə üzləşir. Xüsusilə aşağı gəlirli ölkələr ərzaq sabitsizliyi baxımından daha böyük risk altındadır və bəzi hallarda əlavə xarici dəstəyə ehtiyac duyula bilər.

Asiyanın iri sənaye iqtisadiyyatlarında yanacaq və enerji xərclərinin artması istehsalın maya dəyərini yüksəldir və əhalinin alıcılıq imkanlarını azaldır. Avropada isə vəziyyət 2021–2022-ci illərin qaz böhranını yenidən gündəmə gətirir. İtaliya və Böyük Britaniya kimi ölkələr qazdan asılılıqları səbəbindən daha həssas hesab olunur, Fransa və İspaniya isə nüvə və bərpa olunan enerji potensialına görə nisbətən daha qorunan mövqedədir.

Ən böyük yük isə əhalinin həssas təbəqələrinin üzərinə düşür. Aşağı gəlirli ölkələrdə insanlar gəlirlərinin orta hesabla 36 faizini ərzağa xərclədiyi üçün qiymət artımları onların həyatına daha ciddi təsir edir. Bu göstərici inkişaf etməkdə olan ölkələrdə 20 faiz, inkişaf etmiş ölkələrdə isə 9 faiz təşkil edir. Bu səbəbdən ərzaq və gübrə qiymətlərində artım təkcə iqtisadi deyil, həm də sosial-siyasi problemə çevrilir.

BVF bildirir ki, müharibənin nəticələri onun müddəti və miqyasından asılı olacaq. Lakin istənilən halda dünya iqtisadiyyatını daha yüksək qiymətlər və daha zəif artım gözləyir.

Son məlumatlara görə, İranda baş verən müharibə fonunda Avropa şirkətləri yeni iqtisadi böhran riski ilə üzləşib. Bildirilir ki, bu şirkətlər 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi dövrü ilə müqayisədə daha zəif maliyyə vəziyyətindədir və bu, onların yeni şoklara davamlılığını azaldır.

Misir Prezidenti Əbdülfəttah əs-Sisi isə ABŞ Prezidenti Donald Trampa müraciət edərək, İrana qarşı müharibənin dayandırılmasına çağırıb. O, müharibənin uzanacağı təqdirdə neft qiymətlərinin daha da artacağı və qlobal ərzaq böhranının dərinləşəcəyi ilə bağlı narahatlıqların real olduğunu vurğulayıb. Onun sözlərinə görə, gübrə ixracında yaranan fasilələr ərzaq qiymətlərinə ciddi təsir göstərə bilər.

Günay

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri