Icma.az
close
up
RU
Qlobal təhlükə qapıda: İnsanlıq üçün böyük təhdid!

Qlobal təhlükə qapıda: İnsanlıq üçün böyük təhdid!

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) bir xəstədə aşkarlanan, dərmanlara qarşı davamlı və ölümcül sayılan "Candida auris” (C. auris) adlı göbələk növü qlobal sağlamlıq üçün ciddi təhdid olaraq qalır. 

Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (DST) bu göbələyi "insanlıq üçün ciddi təhlükə” yaradan 19 ölümcül göbələkdən biri kimi qeyd edir. C. auris-in yalnız bir neçə dərmana həssas olması onun müalicəsini son dərəcə çətinləşdirir.

Qəza sonrası beyin infeksiyası

BƏƏ-nin Rəs əl-Xaymə şəhərində yaşayan 34 yaşlı bir kişi yol qəzası nəticəsində ağır beyin travması alaraq Saqr xəstəxanasına yerləşdirilib. Xəstədə çoxsaylı kəllə-beyin zədələri, ağızdan qanaxma və ciddi dəri yaralanmaları aşkarlanıb. Beyindəki qanaxmalara görə təcili əməliyyatla kəllə sümüyünün bir hissəsi çıxarılıb.

Üç həftə reanimasiyada saxlanılan xəstə daha sonra müxtəlif cərrahi müdaxilələr və antibiotik müalicəsi görüb. Yatışının 99-cu günündə, beyin mayesinin azaldılması üçün aparılan əməliyyatdan sonra götürülən nümunələrdə Candida auris infeksiyası təsbit edilib.

Uğurlu müalicə - ilk nümunələrdən biri

Məsələni işıqlandıran həkimlər "Tibbi Vaka Hesabatları Jurnalı”nda dərc etdikləri yazıda, damardaxili dərmanlar, göbələk əleyhinə inyeksiyalar və tablet müalicəsi ilə infeksiyanın tam nəzarət altına alındığını bildiriblər. Yeddi ay davam edən müalicədən sonra xəstə sağalaraq evə buraxılıb. Bu hadisə, C. auris səbəbli beyin infeksiyasının birbaşa beyin mayesinə müdaxilə olmadan uğurla müalicə edildiyi nadir nümunələrdən biri kimi qiymətləndirilir.

Qlobal yayılma və təhlükə

İlk dəfə 2009-cu ildə Yaponiyada bir xəstənin qulağında aşkarlanan C. auris bu günə qədər altı qitədə 40-dan çox ölkədə qeydə alınıb. İnsan dərisində və müxtəlif səthlərdə uzun müddət yaşaya bilən bu göbələk, tibbi avadanlıqlar və ya açıq yaralar vasitəsilə orqanizmə daxil olaraq həyati orqanlara yayıla bilir.

Xüsusilə immun sistemi zəif olanlar, uzun müddət xəstəxanada qalanlar və ya son vaxtlar antibiotik qəbul edən şəxslər yüksək risk daşıyır. Mütəxəssislər infeksiyanın ölüm nisbətinin təxminən üçdə bir olduğunu bildirirlər.

Dərman müqavimətinə səbəb olan amillər

Mütəxəssislər antifungal dərmanların səhiyyə və kənd təsərrüfatında nəzarətsiz istifadəsinin göbələklərdə davamlılıq yaratdığını vurğulayır. Bu xüsusilə antifungal preparatların reseptsiz əldə olunduğu ölkələrdə infeksiyaların idarəsini çətinləşdirir.

Bəzi ölkələrdə, məsələn, Böyük Britaniyada C. auris məcburi bildirilən yoluxucu xəstəliklər siyahısına daxil edilib ki, bu da erkən aşkarlama və yayılmanın qarşısını almağa xidmət edir.

ÜST-ün xəbərdarlığı

ÜST C. auris-i Aspergillus fumigatus, Candida albicans və Cryptococcus neoformans kimi təhlükəli növlərlə birlikdə prioritet patogenlər siyahısına daxil edib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Avqust 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri