Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

İnsanlıq yeni təhlükə qarşısındadır TƏHLİL

İnsanlıq yeni təhlükə qarşısındadır TƏHLİL

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanı fəlakətə sürükləyən yeni -yeni müharibə ocaqları, münaqişə bölgələri yaranmaqdadır. Bu isə daha böyük dağıntıların, insan ölümlərinin baş verəcəyindən xəbər verir. Diqqətçəkən məqam isə ondan ibarətdir ki, aparıcı dövlətlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri dünyamızın təhlükə ilə üz-üzə qaldığını başa düşür, anlayırlar, lakin problemlərin həlli üçün təşəbbüs göstərmir, ən azı ümidverici addım atmırlar. Səthi araşdıranda məlum olur ki, elə dünyada sülhə və təhlükəsizliyə ən çox təhdid yaradan dövlətlər özlərini güc mərkəzləri kimi təqdim edən ölkələrdir. Onlar süni müharibələr, münaqişələr törətməklə on minlərlə insanın ölümünə, yaralanmasına, yüz minlərlə ailənin isə öz doğma yurd-yuvasından didərgin düşməsinə səbəbkar olurlar. Müasir dövrün köklü dəyişiklikləri, yenilikləri olmasına baxmayaraq hələ də müstəmləkə siyasəti aparan və müstəmləkə altında saxladılar ərazilərdə qanlı qırğınlar, vəhşiliklər törədən dövlətlər var. Fransa o dövlətlərdəndir ki, on illərdir ki, müstəmləkə siyasəti aparır və qanlı qırğınlar həyata keçirir. Misal olaraq Fransanın Yeni Kaledoniyada, Əlcəzairdə, Polineziyada, Korsikada, Melaneziyada və digər ərazilərdə törətdiyi soyqırımı aktlarını göstərmək olar. Bu fakt ondan xəbər verir ki, Fransa hələ də orta əsrlərdə törətdiyi vəhşiliklərini yeni formada davam etdirir. Hələ o zaman, yəni 1789-cu il də xalq üsyanı nəticəsində kralın devrilməsi ilə qurulan hakimiyyətin qəbul etdiyi "İnsan haqları haqqında" Bəyannamə indiki qanunlar kimi sadəcə kağız parçasıdır. Baxmayaraq ki, bəzən Makron hakimiyyəti tarixə istinad etməklə Fransanın hələ 1789-cu ildən insan hüquq və azadlıqlarına qəbul etdiyi qanunlara dəyər verdiyini qeyd edir.

Məlumdur ki, o dövrdə kralın idarəetməsindən narazı qalan fransızlar 1789-cu ilin iyulun 14-də Bastiliya qalasına hücum edərək əvvəlcədən hazırladıqları planlarını reallaşdırdılar. Nəticədə iyulun 17-də həmin dövrün Fransa kralı XVI Lui xalqın qələbəsini tanımağa məcbur oldu. Kral Parisi respublika elan etdi.1789-cu il Fransa inqila­bı "İnsan haqları haqqında" Bəyannamə qəbul etmişdi, lakin çox keçmədən Fran­sanın başlatdığı müharibələr və geniş müstəmləkəçilik fəaliyyəti qəbul edilən bəyannamənin humanist müddəalarını ayaqlar altına atdı. Fransa müstəmləkələrindəki üsyan­ları amansızlıqla yatırırdı. 1856-1859-cu illərdə Melaneziyadakı, xüsusən Yeni Ka­ledoniyanın mərkəzi Noumeadakı üsyan­lar ağır cəza tədbirləri vasitəsilə boğu­lurdu. Sürgün, ağır vergilər və s. Yaxud 1962-ci ildə Əlcəzair xalqının azadlıq uğrunda mübarizəsi 1 milyonadək qur­ban və 2 milyon məcburi köçkünlə nəticələnmişdi.

Müasir dövrin müəyyən yenilikləri, inkişafı Fransanı orta əsrlərin qəddar işğalçı siyasətindən çəkindirməyib. Hələ də müstəmləkə siyasəti aparır və işğal etdiyi ərazilərdə insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Yeni Kaledoniya adası uzun illərdir ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkir. 300 min nəfərə yaxın əhalisi olan bu ada 1853-cü ildən Fransanın müstəmləkəsi altındadır. Fransa digər ərazilərdə olduğu kimi, burada da yerli əhalinin müstəqillik çağırışlarına məhəl qoymur, onların haqlarını kobud şəkildə pozur və eyni zamanda təbii sərvətlərini talan etməyə davam edir. Bu isə haqlı olaraq ada əhalisinin narazılığına səbəb olur. Fransa hökuməti adaya nəzarətin əllərindən çıxmaması üçün buraya qoşun yeridib, fövqəladə vəziyyət tətbiq edib. Əhalinin fransa ordusu ilə sərt və qətiyyətli mübarizəsi nəticəsində yüzlərlə insan yaralanıb, onlarla insan isə yaralanıb. Çoxsaylı insan Fransa ordusu tərəfindən həbs edilərək amansız işgəncələrə məruz qalıblar. Cari ilin iyulun 17-də Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayın açılış mərasimində çıxış edən Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov bildirib ki, Yeni Kaledoniyada baş verən son iğtişaşlar zamanı, Fransa polisi tərəfindən müstəqillik hərəkatlarının üzvləri qanunsuz həbs olunub. Onlarla terrorçu kimi davranılıb və gizli şəkildə Parisə aparılaraq müxtəlif işgəncələrə məruz qalıblar. Onlar arasında azyaşlı uşaqları olan qadınlar da var. Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə yardım göstərəcəyini bəyan edir. Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forrest Bakıda keçirilən tədbirdə iştiraklarına görə Azərbaycan hökumətinə və buna şərait yaradan bütün insanlara təşəkkürünü ifadə edib. Deyib ki, Fransanın koloniyaları ilə bağlı bu Qurultayda biz çətin yoldan uzaqlaşmaq üçün həll yolu tapmalıyıq. "Biz plaftormalarımızı möhkəmləndirməliyik, müzakirələr aparmalıyıq. Siyasi fəaliyyətimizi elə qurmalıyıq ki, çağırışlara cavab tapa bilək. Bakı Təşəbbüs Qrupu bizə imkan yaradıb, bunu dəyərləndirməliyik. Bir araya gələrək müxtəlif gələcək platformalar barədə düşünməliyik. Yeni dünya düzənində öz yerimizi tapmalıyıq", - deyə o əlavə edib. Yeni Kaledoniya Konqresinin üzvü İzabella Kaloi vurğulayıb ki, mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır. Makron vaxtilə "İslam dövləti" terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiya çərçivəsində HAMAS-a qarşı mübarizəyə başlamağı təklif edib. Hansı formada? Şübhə yoxdur ki, Liviyaya, İraqa və Suriyaya qarşı təşkil olunun kaolisiya forması düşünülür. Belə hal yaranarsa müharibə ocağının genişlənəcəyi və daha amansız xarakter alacağı şübhəsidir. Rusiya, Çin və müsəlman ölkələrinin Makronun iddialarına qarşı sərt təpki göstərmələri və belə bir birliyin yaradılması istəyini tənqid etmələri qeyd olunanlara misal ola bilər. Müharibə isə dayanmayacaq. Çünki bundan əvvəl ABŞ prezidenti Bayden də Yaxın Şərqdəki hadisələri şərh edərkən bildirib ki, "hələ müharibəni dayandırmağın vaxtı deyil". ABŞ, Fransa və ümumilikdə Qərbin yanaşması bölgədə sülhü bərpa etmək, hər iki tərəfdən minlərlə insanın ölümünə səbəb olan qanlı döyüşləri dayandırmaq yox, müharibəni daha da alovlandırmağa yönəlib.

Hesablamaya görə, son iki il ərzində Yeni Kaledoniyada, Polineziyada, Korsikada, Melaneziya, Karib, Antil və digər müstəmləkə ərazilərindən 443 fəal müxtəlif formada Makron hakimiyyətinin nəzarəti ilə yaradılan və fəaliyyət göstərən vəhşi qrup tərəfindən öldürülüblər. Bir qədər əvvəl isə Fransa hökuməti növbəti rüsvayçılığa imza atıb. Belə ki, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Seba Parisdə həbs edilib. Məlumata görə, K.Seba restoranda həmkarı ilə nahar edərkən saxlanılıb. O, Afrikanın müstəqilliyi və suverenliyi uğrunda hərəkatın simvolik liderlərindən biri kimi tanınır və neokolonializmə qarşı fəal mübarizə aparır, yəni neokolonializmin əsas tənqidçilərindən biridir. 2024-cü ildə Fransa hakimiyyətini açıq şəkildə tənqid etdiyi və onun dənizaşırı ərazilərinin müstəqilliyi uğrunda hərəkatları dəstəklədiyi üçün vətəndaşlıqdan məhrum edilib. Bəzi hüquq müdafiəçiləri Kemi Sebanın həyatı üçün narahat olduqlarını bəyan ediblər. Hüquq müdafiəçilərinin iddiasına görə, həbs ediləndən bu günə qədər K.Sebanın taleyi ilə bağlı məlumat əldə edə bilmirlər. Bu isə onu deməyə əsas verir ki, artıq Fransa hüquq-mühafizə orqanları K.Sebanı öldürüblər. İnsan Haqları Liqası assosiasiyası da Fransada "hüquq və azadlıqlara qarşı artan hücumlardan" narahatdır. Belə ki, assosiasiyanın Bordo şəhərində təşkil etdiyi 92-ci konqresdə LDH-ın prezidenti Patrik Budənin təqdim etdiyi "mənəvi hesabat"da Fransada insan hüquq və azadlıqlarına qarşı artan hücumlarla bağlı vəziyyətin kritik olduğu bildirilib. Yerli mətbuat tərəfindən yayılan hesabatda qeyri-mütənasib və ayrı-seçkilik yolu və qadağanedici tədbirlərin çoxladılması ilə nümayiş etmək hüququna mane olmasına dair xəbərdarlıq edir. Hesabatın müəllifi inzibati ləğvetmə tədbirlərindən istifadənin artdığını qeyd edib. 2025-ci ilin martına qədər alqoritmik videomüşahidədən istifadəyə icazə verən 2023-cü ilin yazında qəbul edilmiş Olimpiya Oyunları qanununa istinad edərək, bu müvəqqəti tədbirin daimi xarakter alacağını xatırladıb. LDH prezidenti həmçinin Fransada son dərəcə artmış islamofob hərəkətlərə qarşı mübarizə aparılmasının vacibliyini də xatırladıb.

Bütün bunları son olaraq onu ümumiləşdirərək demək olar ki, dünyada insanlıq üçün ən böyük təhlükə mənbəyi Fransadır. Bu dövlət mövcudluğu aradan qaldırılmasa bəşəriyyət dərin sarsıntılarla üzləşə bilər. Bu baxımdan yaxşı olardı ki, beynəlxalq koalisiya yaradılsın və müstəmləkə siyasəti aparan Fransanının məhv edilməsi üçün birgə iş aparsın. Əks halda dünyanın mövcudluğu sual altına düşə bilər.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Mart 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri