Icma.az
close
up
RU
Qlobal temperatur kritik həddi aşır: Dünyanı nə gözləyir?

Qlobal temperatur kritik həddi aşır: Dünyanı nə gözləyir?

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş iqlim böhranı ilə əlaqədar dünyanın artıq qlobal temperatur artımını 1,5 dərəcə Selsi həddində saxlamağın qarşısını ala bilməyəcək vəziyyətə gəldiyini bildirib. 

"Cebheinfo.az" xəbər verir ki, o, emissiya fərqinin aradan qaldırılması üçün ölkələri təcili tədbirlər görməyə çağırıb.

Baş katib noyabr ayında Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP31) ərəfəsində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən dərc olunan illik Emissiya Fərqi Hesabatı ilə bağlı videomüraciət yayımlayıb.

“Dünya artıq 1,5 dərəcəlik həddin aşılmasının qarşısını ala bilməz və bunun nəticələri indidən dağıdıcıdır”, - deyə Quterreş xəbərdarlıq edib. 

O, dünyada baş verən ölümcül daşqınlara, həddindən artıq isti hava dalğalarına və güclü meşə yanğınlarına diqqət çəkib.

BMT-nin Baş katibi iqlim böhranının iqtisadiyyatları iflic etdiyini, bərabərsizliyi daha da dərinləşdirdiyini vurğulayıb. O qeyd edib ki, iqlim böhranına səbəb olan proseslərə ən az töhfə verən insanlar və ölkələr onun nəticələrindən ilk və ən ağır şəkildə zərər çəkirlər.

Bununla yanaşı, Quterreş əsrin sonuna qədər qlobal temperatur artımını yenidən 1,5 dərəcəlik həddən aşağı salmağın mümkün olduğunu bildirib.
Onun sözlərinə görə, buna nail olmaq üçün qlobal istixana qazı emissiyaları 2030-cu ilə qədər 18 faiz, 2035-ci ilə qədər isə 45 faiz azaldılmalıdır:

“Lakin emissiyalar rekord səviyyədə qalmaqda davam edir. Milli iqlim planları və mövcud siyasətlər təhlükəli dərəcədə qeyri-kafidir və temperaturun 2,6–2,8 dərəcə artacağına işarə edir”.

Gülər
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Oktyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri