Icma.az
close
up
RU
Qlobal temperatur kritik həddi aşır Dünyanı nə gözləyir?

Qlobal temperatur kritik həddi aşır Dünyanı nə gözləyir?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

BMT-nin Baş katibi Antonio Quterreş deyir ki, qlobal temperatur 1,5 dərəcəni aşarsa, fəlakət yaşanar. Tədqiqatlar göstərir ki, 2030-cu illərin əvvəllərində qlobal temperatur artımının 1,5 dərəcə Selsi həddinin üzərinə çıxması qaçılmazdır. Bəs qlobal temperatur artımının 1,5°C həddini aşması hansı fəsadlara səbəb ola bilər? Bu prosesin qarşısını necə almaq olar?

Meteoroloq Cavid Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, bir çoxları iqlim dəyişikliyi zamanı daha isti temperaturlar olduğunu düşünür. Ancaq temperaturun yüksəlməsi hekayənin yalnız başlanğıcıdır:

“Yer kürəsivahid bir sistem olduğu üçün hər hansı dəyişiklik bütün digər komponentlərə müxtəlif formalarda öz təsirini göstərir. İqlim dəyişikliyininmənfi təzahürlərinə güclü quraqlıqlar, su qıtlığı, şiddətli yanğınlar, okean (dəniz) səviyyəsinin dəyişməsi, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətli tufanlar və biomüxtəlifliyin azalması da daxildir. Təbii bitki örtüyünün və ekoloji tarazlığın pozulması da iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərindəndir. İqlim dəyişikliyi səbəbindən vegetativ və reproduktiv fazaların müddəti arasında dəyişiklik baş verir, əksər meyvə bitkilərində yüksək temperatur vegetativ fazanı azaltmaqla çiçəkləmə üçün tələb olunan gün intervalını azaldır və s”.

C.Hüseynov qlobal temperatur artımının yarada biləcəyi fəsadlardan danışıb:

“Dünyanın orta illik temperatur artımının 1,5°C həddini aşması su ehtiyatlarımızı azaltmaqla həyatımıza böyük təsir göstərə bilər. Yüksək temperatur, quraqlıq və su stresi, xəstəliklər və ekstremal hava şəraiti fermerlər üçün problemlər yaradacaq, iqlim və hava şəraitindən asılı olanərzaq təminatımız pisləşəcək. Hava və iqlim modellərindəki dəyişikliklər insanların həyatını bir çox cəhətdən risk altına ata bilər. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən, insan sağlamlığı üçün nisbi rütubətin optimal səviyyəsi 40-60% təşkil edir. İnsanın özünü rahat hiss etməsi üçün optimal temperatur diapazonu 20-24° C-dir. 18°C-dən aşağı və ya 26°C-dən yuxarı temperatur narahatlığa səbəb ola bilər. Okeanın temperaturu yüksəldikcə qasırğalar güclənir və rütubətli olur ki, bu da qasırğanın fəlakətli olmasına səbəb ola bilər. Quru şərait daha çox meşə yanğınlarına səbəb olur ki, bu da bir çox sağlamlıq riski yaradacaq. Daşqınlar su ilə yoluxan xəstəliklərin, yaralanmaların, ölümlərin və kimyəvi təhlükələrin yayılmasına səbəb ola bilər. Ağcaqanadların, gənələrin və digər zərərvericilərin coğrafi diapazonu genişləndikcə xəstəlikləri başqa yerlərə daşıyacaq. Temperatur artmı bütün canlılara və ya orqanizmlərə və onların yaşadıqları mühitə müxtəlif dərəcədə təsir edəcək”.

Ekspertin sözlərinə görə, iqlim dəyişikliyinin təsirlərini və şiddətini azaltmaq üçün hələ də vaxtımız var:

“Bəzi mütəxəssislər istixana effekti yaradan emissiyaları mümkün qədər tez sıfıra endirməklə ən pis nəticələrdən qaça biləcəyimizə inanırlar ki, bu da istiləşməni məhdudlaşdıracaq. Bu məqsədə çatmaq üçün yeni texnologiya və infrastruktura sərmayə qoymalıdır. Emissiyaların azaldılması həm də insan sağlamlığına fayda verəcək. Həm meşələr, həm də okeanlar iqlimimizi tənzimləməkdə həyati əhəmiyyətli rol oynadığından, meşələrin və okeanların karbon dioksidi udmaq üçün təbii qabiliyyətinin artırılması da qlobal istiləşməni dayandırmağa kömək edə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Noyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see239

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see221

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see218

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see217

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see215

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see214

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see212

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see210

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see209

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see207

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see206

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see206

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see203

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see202

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see199

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see198

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see193

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see182

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see178

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri