Qlobal təsir Azərbaycanda da bu məhsulları bahalaşdıracaq İqtisadçı açıqladı
Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı Qrupu (DBQ) və Ümumdünya Ərzaq Proqramı (ÜƏP) rəhbərlərinin aprelin 8-də keçirdiyi görüşdə yayılan birgə bəyanatda vurğulanıb ki, Yaxın Şərqdəki müharibə ərzaq qiymətlərinə təzyiq göstərir. Xüsusilə qeyd olunub ki, bu artımın yükü daha çox aşağı gəlirli və idxaldan asılı iqtisadiyyatların üzərinə düşəcək.
Qlobal təşkilatların xəbərdarlıqları real təhlükəni əks etdirir, yoxsa ehtiyatlı yanaşma xarakteri daşıyır? Bu proseslərin Azərbaycana təsirləri necə ola bilər və qiymət artımı əsasən hansı məhsul qruplarında hiss olunacaq?
İqtisadçı Asif İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, qlobal təşkilatların xəbərdarlıqları həm real təhlükəni əks etdirir, həm də hökumətləri və bazar iştirakçılarını qabaqlayıcı tədbirlər görməyə çağırır.

Dünyada baş verənlərin Azərbaycanın qida bazarına təsirləri haqqında danışan iqtisadçı vurğulayıb ki, ölkəmizə təsirləri əsasən idxaldan asılı məhsul qruplarında baş verəcək:
"Bu artım daha çox buğda və un məhsulları, qarğıdalı, bitki yağları və qismən süd məhsullarında qiymət artımı daha çox hiss olunacaq".
Asif İbrahimov vurğulayıb ki, bundan başqa, aşağı gəlirli ailələr üçün ərzaq xərclərində artım müşahidə oluna bilər:
"Dövlətin subsidiyalar və qiymət nəzarəti mexanizmləri vasitəsilə bu təsirlərin yumşaldılması mümkündür. Qısaca desək,qlobal ərzaq bazarındakı dalğalanmalar bütün idxalçı ölkələr üçün ciddi xəbərdarlıq rolunu oynayır və ehtiyatlı yanaşmanı zəruri edir".
Günay İlqarqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Aprel 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















