Icma.az
close
up
RU
Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq SİYAHI

Trampın qərarı Azərbaycanda bu məhsulları bahalaşdıracaq SİYAHI

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp yeni vergi tariflərini açıqlayıb.

Modern.az xəbər verir ki, ABŞ-ın digər ölkələrə qarşılıqlı şəkildə tətbiq etdiyi gömrük vergilərinin (tariflər, rüsumlar - red) dərəcələri  10-50 faiz arasında dəyişir.

Siyahıya əsasən Azərbaycan ABŞ-ın 10% gömrük vergisi tətbiq edəcəyi ölkələr siyahısındadır. Qeyd edilib ki, Azərbaycan ABŞ-a 10% vergi tətbiq etdiyi üçün ABŞ da Azərbaycana 10 % vergi tətbiq edir.

Tramp ABŞ-ın ticarət müstəqilliyini bərpa etmək məqsədilə bu tarifləri tətbiq edəcəyini vurğulayıb və ölkəsinin iqtisadi gücünün yenidən yüksələcəyini bəyan edib. Açıqlamalara görə ABŞ-ın yeni tarifləri aprelin 5-dən etibarən qüvvəyə minəcək və minimum tarif dərəcəsi 10 % olacaq.

Bu tariflərin Azərbaycan mənşəli məhsullara təsiri necə olacaq?

Qeyd edək ki, ABŞ Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 753 milyon dollar olub. Bu göstəriciyə görə ABŞ ticarət tərəfdaşları sırasında 4-cü yerdədir. Amerikanın bu mövqedə olması Azərbaycana idxalla bağlıdır. Belə ki, ticarət dövriyyəsinin 94 faizini Amerikadan gətirilən mallar təşkil edir. 

Azərbaycanın xarici ticarət dövrüyyəsində ABŞ-ın payı 3,68 faizdir. Ölkəyə gətirilən malların 7,68 faizi Amerikadan gətirilir. Azərbaycanın ixracında Amerikanın payı heç 1 faizə də çatmır. Ötən ilin sonunda bu göstərici 0,51 faiz olub. 

Azərbaycandan ABŞ-a əsas ixrac məhsulları təbii meyvə şirələri və mürəbbələr, xalça və toxuculuq malları, dərman və ətir hazırlamaq üçün bitkilər, şərab məmulatları, avadanlıqlar və mexaniki qurğular, kimya məhsulları, radio və radar avadanlıqlarıdır. 

Azərbaycanın ABŞ-dan idxal etdiyi məhsullar isə iymətli metallar (qızıl, alüminium), mülki təyyarə, onun mühərrik və ehtiyat hissələri, yerüstü nəqliyyat vasitələri, avadanlıq və cihazlar, eyni zamanda onların ehtiyat hissələri, borular, çənlər və onlara aid hissələrdir.  Bu ildən bu siyahıya yumurta da əlavə olunacaq. 

Gömrük rüsumlarının artırılması Azərbaycandan ABŞ-a ixrac edilən məhsulların qiymətini artıracaq. Bu ABŞ bazarında həmin məhsulların daha bahalı olmasına gətirib çıxaracaq. Bu da məhsulların rəqabətqabiliyyətini qismən azalda bilər. 

Yüksək rüsumlar Azərbaycan ixracatçılarının yükünü artıracaq. Onlar qiymətləri tənzimləmək məqsədilə əlavə xərcləri ya özləri üzərlərinə götürməli, ya da qiymətləri artırmalı olacaqlar. 

Amma nəzərə almaq lazımdır ki, Azərbaycandan ABŞ-a əsasən xalça, toxuculuq malları, şərab məmulatları və digər əl işləri məhsulları kimi unikal və premium məhsullar ixrac edilir. Onların da öz alıcıları var. 

Əgər Azərbaycan məhsullarıbnın  rəqabət qabiliyyəti azalarsa Azərbaycan ixracatçıları digər bazarlara, xüsusən Avropa, Asiya və yaxın Şərq bazarlarına yönələ bilərlər. 

Ümumilikdə, ABŞ tərəfindən tətbiq edilən 10% gömrük rüsumlarının artırılması Azərbaycan üçün ciddi itkilər vəd etmir. Azərbaycandan bu ölkəyə ixracın zəif olması bunu deməyə əsas verir. Üstəlik  Azərbaycandan Amerikaya ixrac olunan məhsulların çeşidi də çox deyil.

Qeyd edək ki, Tramp xüsusilə Çinə qarşı sərt mövqe göstərərək 67% rüsum tətbiq edir. Yeni tarif siyahısında ən yüksək tariflər Afrikadakı bəzi ölkələrə, məsələn, Lesoto, Kamboca, Laosa və Madaqaskara tətbiq ediləcək. Həmçinin, Vyetnam, Şri Lanka, Myanma kimi ölkələr də yüksək tariflərə məruz qalacaq. Azərbaycana və Türkiyəyə isə 10% gömrük rüsumu qoyulacağı açıqlanıb.

Dərc edilən siyahıya görə ən yüksək tarif Lesotoya (50%), Kambocaya (49%), Laosa (48%), Madaqasqara (48%), Vyetnama (46%), Şri-Lankaya (44%) və Myanmara (44%) tətbiq edilir.

Bundan əlavə, Tramp, ABŞ-a xaricdən gətirilən avtomobillərə 25% gömrük rüsumu tətbiq ediləcəyini də qeyd edib. O, bu tariflərin ABŞ istehsalçıları üçün daha güclü rəqabət və istehlakçılar üçün aşağı qiymətlər yaradacağına inandığını bildirib.

Yeni tariflər həmçinin ABŞ-ın ticarət tərəfdaşları ilə daha bərabər şərtlər üzərində əlaqələr qurmağı məqsəd qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri