Icma.az
close
up
RU
QLOBAL TİCARƏTDƏ YENİ İSTİQAMƏTLƏR Şərq Qərb arasında dəhliz alternativləri

QLOBAL TİCARƏTDƏ YENİ İSTİQAMƏTLƏR Şərq Qərb arasında dəhliz alternativləri

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Elmi və texnoloji inkişaf, ölkələr arasında ticarətin sürətlə artması və qlobal mal mübadiləsinin genişlənməsi yeni ticarət dəhlizlərinin və alternativ yolların ön plana çıxmasına səbəb olur. Xüsusilə ABŞ Prezidenti Donald Trampın son dövrlərdə tətbiq etdiyi yeni rüsum siyasəti bir sıra yeni tendensiyaların yaranmasına yol açıb.

XVIII əsrdən bəri ən güclü ticarət xətti sayılan Qərb-Şərq xətti bu gün yeni reallıqlara uyğun gəlmir. Avropa, Çin, Kanada və Meksika başda olmaqla, bir çox ticarət tərəfdaşına tətbiq etdiyi rüsumlarla rəsmi Vaşinqton ticarətdəki balansı dəyişməyə çalışır və bu, tərəfdaş ölkələri yeni bazar axtarışına sövq edir.

Dünyada ABŞ bazarından sonra iki ən böyük bazar mövcuddur: Çin və Avropa bazarları. Bu iki nəhəng iqtisadi mərkəz dünya iqtisadiyyatının təxminən 50%-ni təşkil edir və ticarət dövriyyələri artmaqda davam edir.

Dünya Bankının məlumatına görə, 2023-cü ildə Çin və Avropa İttifaqı arasında ticarət dövriyyəsi təxminən 739 milyard avroya çatmışdır. Bu göstərici ilə Çin Aİ-nin ən böyük ticarət tərəfdaşına çevrilmişdir. Statistikaya əsasən, Aİ-nin Çinə ixracı 223,6 milyard avro, Çindən idxalı isə 515,9 milyard avro təşkil edib.

İxrac və idxal strukturlarına nəzər salsaq, Avropa İttifaqı Çinə əsasən dəzgah və avadanlıqlar, nəqliyyat vasitələri, kimyəvi məhsullar, lüks mallar və kənd təsərrüfatı məhsulları ixrac edir. Çin isə Avropa İttifaqına əsasən elektronika, texnoloji avadanlıqlar, elektrik batareyaları və komponentlər, oyuncaqlar, məişət texnikası, tekstil və geyim məhsulları ixrac edir.

TRAMPIN RÜSUM SİYASƏTİNİN TƏSİRLƏRİ

Trampın sərt rüsum qərarlarından öncə Qərb-Şərq ticarət əlaqələrinin zəifləyəcəyi gözlənilirdi. Boston Konsaltinq Qrupunun bu ilin yanvar ayında yaydığı hesabatda 2033-cü ilə qədər Qərb-Şərq ticarət dövriyyəsində hər il 1,2% azalma və ümumilikdə 221 milyard dollar həcmində geriləmə proqnozlaşdırılırdı. Lakin Trampın həm Çinə, həm də Avropaya qarşı sərt tarif siyasəti bu mənzərəni dəyişdirdi.

İndi bir çox analitikə görə, Donald Trampın yeni iqtisadi siyasəti ABŞ-ın həm Avropa, həm də Çinlə ticarət əlaqələrini zəiflədəcək, buna qarşılıq olaraq Çin və Avropa arasındakı ticarət daha da inkişaf edəcək.

İsveçrənin St. Gallen Universitetinin professoru Simon J. Evenett və IMD Biznes Məktəbinin Analitika bölməsinin rəhbəri Fernando Martín Espejo iki həftə əvvəl qələmə aldıqları məqalədə Trampın tarif qərarlarından sonra Şərq-Qərb ticarətinin güclənəcəyini vurğulamışlar. Onların fikrincə, ABŞ bazarından sıxışdırılan Çin malları Avropa bazarına yönələcək və bu, iki tərəf arasındakı ticarət əlaqələrinin artmasına səbəb olacaq [4].

Bu modelin əvvəllər, 2017-2019-cu illərdəki ABŞ-Çin ticarət müharibəsində də sınandığı və indi vəziyyətin daha ciddi olduğu bildirilir. Trampın addımları daha strukturlaşdırılmışdır və Çin iqtisadiyyatı bu dəfə daha hazırlıqlıdır.

BEYNƏLXALQ TİCARƏTDƏ YENİ DƏHLİZ AXTARIŞLARI

Qlobal ticarətdə tərəflər arasındakı münasibətlərin dəyişməsi yeni alternativ tranzit yollarının axtarışını da gündəmə gətirib. Bu baxımdan təhlükəsiz və sürətli tranzit xətləri xüsusi əhəmiyyət kəsb edir.

Hazırda Qərb və Şərq arasında üç əsas alternativ dəhliz mövcuddur: Şimal Dəhlizi, Orta Dəhliz və Cənub Dəhlizi.

Hər bir dəhlizin öz üstünlükləri olsa da, coğrafi mövqeyinə görə ən qısa məsafəyə sahib olan Orta Dəhlizdir. Orta Dəhliz təxminən 7 min kilometr, Şimal Dəhlizi 10 min kilometr, Cənub Dəhlizi isə 20 min kilometr uzunluqdadır. Qısa məsafə yük daşımalarının sürətli həyata keçirilməsini təmin edir.

RİSKLƏR VƏ PERSPEKTİVLƏR

Təhlükəsizlik məsələsinə gəldikdə isə, Şimal Dəhlizi ciddi risklərlə qarşı-qarşıyadır. 2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna münaqişəsi bölgədə daşımaların təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Eyni zamanda Qərb dairələri münaqişənin Şərqi Avropaya yayılmasından narahatdır. Rusiya ilə Avropa İttifaqı arasındakı gərgin münasibətlər isə Şimal Dəhlizinin siyasi məqsədlər üçün bloklanması riskini artırır.

Cənub Dəhlizi də təhlükəsizlik baxımından problemlidir. 2023-cü ildə Həmas və İsrail arasında başlayan və hələ də davam edən qanlı toqquşmalar, Yəməndəki Husi qruplarının ticarət gəmilərinə hücumları, “Afrika buynuzu” bölgəsində dəniz quldurluğunun davam etməsi Cənub Dəhlizini qeyri-sabit hala gətirib.

ORTA DƏHLİZİN ÜSTÜNLÜKLƏRİ

Orta Dəhliz isə həm coğrafi, həm də təhlükəsizlik baxımından üstünlük təşkil edir. Dəhliz Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçir və bu bölgələrin heç birində aktiv hərbi münaqişə yoxdur.

Son dövrlərdə regionda baş vermiş iki mühüm hadisə də Orta Dəhlizin mövqeyini gücləndirib:

 - Azərbaycanın Qarabağ zəfəri Cənubi Qafqazda uzun illər davam edən bir işğalın sona çatmasına səbəb oldu və Azərbaycanın dövlət gücünü təsdiqlədi.

- PKK terror təşkilatının özünü buraxması xəbəri isə Türkiyənin daxili təhlükəsizliyini artıraraq Orta Dəhlizin sabitliyini daha da möhkəmləndirdi.

Bəzi analitiklər Gürcüstanın 2008-ci il münaqişəsini və Cənubi Osetiya-Abxaziya məsələsini risk kimi qeyd etsələr də, ümumi fonda Orta Dəhliz ən stabil və perspektivli alternativ kimi dəyərləndirilir.

EHTİYAC DUYULAN ALTERNATİV: ZƏNGƏZUR DƏHLİZİ

Azərbaycan da "Zəngəzur dəhlizi" ideyasını irəli sürərək Orta Dəhlizə əlavə şaxələnmə imkanı yaradır. Bu dəhliz İran, İraq, Suriya və Ərəb Körfəzi ölkələrinin də gələcəkdə bu şəbəkəyə qoşulmasını asanlaşdıra bilər.

Prezident İlham Əliyevin son Çin səfərində verdiyi mesajlar, Azərbaycanın müxtəlif regionlarla güclənən enerji siyasəti və həyata keçirilən infrastruktur layihələri Bakının Orta Dəhliz layihəsində əsas oyunçulardan birinə çevrilməkdə olduğunu açıq şəkildə ortaya qoyur.

Kazım Kazımov, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri