Icma.az
close
up
RU
Yeni hədəflər, prioritet istiqamətlər

Yeni hədəflər, prioritet istiqamətlər

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci ildə “Böyük Qayıdış” proqramının icrası sürətlənəcək  

Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir – həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il, təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətindən

Sərlövhəyə “prioritet istiqamətlər” ifadəsini çıxarmağımız təsadüfi deyil. Çünki on illər boyu davam edən belə müraciətlərin prioritet istiqamətləri tamamilə başqa məzmunda olurdu. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev 2020-ci ilədək olan bütün müraciətlərdə deyirdilər ki, növbəti il üçün əsas prioritetimiz ölkənin ərazi bütövlüyünün bərpası üçün apardığımız siyasi-diplomatik mübarizəni daha geniş müstəvidə davam etdirməkdən, danışıqlar variantı  bir nəticə verməzsə, onda məqsədimizə  istənilən yolla çatmaqdan ibarətdir. 

İndi isə müraciət ənənəvi, hədəflər yeni, proritetlər qürurvericidir. Cənab Prezident böyük fəxr və fəxarət hissi ilə bəyan edir ki, biz barbar qonşularımızın on illər boyu dağıdaraq viranəyə çevirdiyi Qarabağın və Şərqi Zəngəzurun bərpasına yeni ildə daha böyük vüsət verəcək, çoxdan bəri bayquşların ulaşdığı tarixi torpaqlarımıza qayıdışın sürətlənməsinə nail olacağıq. Adıçəkilən müraciət barədə söz açan ekspertlərin əksəriyyətinin fikri belədir ki, Prezident  “Böyük Qayıdış” proqramının icrasını 2025-ci ilin prioriteti adlandırıb. 

Bu prioritetin zəmininə çevrilmiş şanlı Zəfərimiz öz ata-baba yurdlarından didərgin salınaraq məcburi köçkün həyatı yaşayan soydaşlarımıza xoşbəxtlik,  sevinc, fərəh bəxş edirdisə, həmin qədim türk torpaqlarında daşı daş üstündə qoymayan “quzğun başçıları”nın bir neçəsinin Bakıda – ədalət məhkəməsi qarşsına çıxarılmasından daha çox mənəvi rahatlıq hissi yaşayırıq. Məmnunuq ki, Qarabağ və Şərqi Zəngəzurun bərpasının sürətləndiyi ildə qolu bağlı  hay rəhbərlərinə o yerlərin necə, niyə viran qoyduqları barədə çoxsaylı suallar veriləcək. 

Dövlət başçımız qürurla xatırlatdı ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və  “Böyük Qayıdış” proqramının icrası bundan sonra daha da sürətlənəcək. Ancaq işğalçı ölkənin sülhə razılaşmasını əngəllyən, Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmmağa çalışan Qərb dövlətləri, xüsusən, Makron Fransası Ermənistanı yenidən silahlandırmaqla mütərəqqi istiqamətli bütün addımlara badalaq gəlməyə çalışır. 

Dövlət başçımız xatırlatdı ki, əgər məlum qüvvələr Ermənistanın silahlandırılmasını sürətləndirməsələr, biz də hərbi büd-
cəmizə ayrılan milyardlarla manatın xeyli hissəsini Qarabağın və Şərqi Zəngəzurun bərpasına sərf edərdik: “Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası, hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər”. 

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, Azərbaycan Prezidenti Qarabağ və Şərqi  Zəngəzurun bərpasına, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını təmin etməsinə, eləcə də sülh sazişinin imzalamnmasına israrla çalışmasına baxmayaraq, daim xatırladır ki, biz xalqımızın başına gətirilmiş müsibətləri heç zaman unutmamalıyıq və unutmayacağıq. Müraciətdə də bu tezis “qırmızı xətt” kimi hamının nəzərinə çatdırıldı: “Otuz illik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil”.

Təbii ki, dövlət başçımızın bu qətiyyətinin  təməlində Azərbaycanın iqtisadi imkanları dayanır. Cənab Prezident dəfələrlə deyib ki, bizim həm daxili, həm də xarici siyasətimizin əsas stimulu iqtisadi inkişafımızdır, maddi imkanlarımızdır. Müraciətdə xatırladılır ki, hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var: “Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz, bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik”. 

Sonda müraciətdəki daha bir siyasi məqamı yada salaq. Prezident 2024-cü ilin siyasi yekunları barədə danışarkən xatırlatdı ki, 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi: “Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci
ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan – Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq”.

İttifaq MİRZƏBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Yanvar 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri