Icma.az
close
up
RU
Qloballaşan elmin yeni üfüqləri: transmilli əməkdaşlıq nə vəd edir? ŞƏRH

Qloballaşan elmin yeni üfüqləri: transmilli əməkdaşlıq nə vəd edir? ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 24 sentyabr, AZƏRTAC

Bakıda keçirilən “THE Avrasiya Universitetlərinin Sammiti” (THE Eurasia Universities Summit 2025) transmilli tədqiqatların və təhsilin yeni imkanlarının müzakirəsi üçün strateji platforma rolunu oynayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Ceyran Bəbirova AZƏRTAC-a şərhində bildirib ki, sammitin mövzusu olan “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” elm, təhsil və iqtisadiyyat sahələrində qarşılıqlı əlaqənin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu sahə həm Azərbaycan, həm də Avrasiya regionu üçün prioritetlərdəndir.

Ceyran Bəbirova qeyd edib ki, transmilli tədqiqatların əsas mahiyyəti müxtəlif ölkələrin alim və institutlarını bir araya gətirərək bilik və resursların paylaşılmasına, fərqli yanaşmaların inteqrasiyasına və çətin qlobal problemlərin birgə həllinə imkan yaratmaqdır.

“Bu əməkdaşlıq yalnız yaradıcılığı və elmi innovasiyaları təşviq etmir, həm də daha geniş maliyyə mənbələrinin cəlbinə şərait yaradır. Beynəlxalq təcrübə göstərir ki, hökumətlər, universitetlər və şirkətlər transmilli layihələrə xüsusi maraq göstərirlər. Avropa İttifaqının “Horizon Europe” (2021–2027) proqramı bu baxımdan diqqətəlayiq nümunədir. Təqribən 95,5 milyard avro həcmində maliyyə vəsaitinə malik olan proqram qlobal problemlərin həllinə istiqamətlənmiş yüzlərlə elmi-tədqiqat və innovasiya layihəsini dəstəkləməklə, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və biliklərin transformasiyasına əhəmiyyətli töhfə verir. Qafqaz və Mərkəzi Asiya regionunda həyata keçirilən “CARSI” layihəsi sosial innovasiya sahəsində əməkdaşlığın uğurlu nümunəsi kimi qiymətləndirilir. Eyni zamanda, regionda fəaliyyət göstərən “Caucasus Research Resource Centers” şəbəkəsi sosial elmlər üzrə tədqiqatların keyfiyyətinin yüksəldilməsinə və məlumat bazasının zənginləşdirilməsinə yönəlmiş transmilli təşəbbüslərdən biri hesab olunur”, - deyə o bildirib.

İİTKM-nin aparıcı məsləhətçisi vurğulayıb ki, transmilli əməkdaşlığın mühüm istiqamətlərindən biri də beynəlxalq filial kampuslarıdır: “Hazırda bu kampusların 21 faizi ABŞ-da, 24 faizi Fransada, 15 faizi Böyük Britaniyada yerləşir. Çin, Sinqapur, Malayziya, BƏƏ və Avstraliya isə ali təhsil sistemlərini beynəlmiləlləşdirmək məqsədilə sürətlə yeni filial kampusları açırlar. Xüsusilə, BƏƏ və Özbəkistan kimi ölkələr beynəlxalq filial kampuslarının sayını sürətlə artıraraq ali təhsilin beynəlmiləlləşməsini təşviq edirlər. Bu kampuslarda təhsil alan tələbələr həm təhsil aldıqları ölkələrin, həm də kampusu yaradan ölkələrin əmək bazarına inteqrasiya imkanları qazanır. Nümunə olaraq demək olar ki, “Transnational Education” vasitəsilə Böyük Britaniya universitetlərinin proqramlarında iştirak edən tələbələrin böyük bir hissəsi sonradan həmin ölkədə işlə təmin olunur və bu da transmilli təhsilin həm akademik, həm də iqtisadi faydalarını nümayiş etdirir.

“Times Higher Education” (THE) tərəfindən yayımlanan hesabatda beynəlxalq tələbələrin sayının 2024-cü ildə 6,9 milyon nəfərə çatdığı bildirilir, 2030-cu ildə isə 10 milyon nəfərə yüksələcəyi proqnozlaşdırılır. Bu tendensiyalar transmilli təhsilin qlobal əhəmiyyətini daha da gücləndirir, bilik və innovasiya axınının intensivləşməsinə, eləcə də müxtəlif ölkələr arasında mədəni, sosial və iqtisadi inteqrasiyanın dərinləşməsinə zəmin yaradır. Transmilli tədqiqat və təhsilin inkişafı universitetlərin beynəlxalq mövqelərini möhkəmləndirməklə yanaşı, milli iqtisadiyyatların rəqabət qabiliyyətinin artırılmasına, insan kapitalının inkişafına və qlobal çağırışların həllinə əhəmiyyətli töhfələr verə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see165

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see159

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see144

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see134

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri