Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Dostluq və əməkdaşlığımızın yeni üfüqləri ŞƏRH

Dostluq və əməkdaşlığımızın yeni üfüqləri ŞƏRH

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bildiyimiz kimi, oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində dövlət başçımızın işgüzar səfəri baş tutmuşdur. Dövlət başçımız İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Avaza Kompleksinə gəlmişdir. Son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə dövlətimizin sıx qardaşlıq, dostluq münasibətləri durmadan artır. Bu bizim üçün, əlbəttə, qürurverici bir haldır.

Keçən ilin noyabr ayında Azərbaycan Türkmənistanın təşəbbüsü ilə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü seçilmişdir. Azərbaycanla Türkmənistan arasındakı bağların daha da möhkəmlənməsi, Türkmənistanın təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisinin təməlinin birgə qoyulması, düşmən tapdağından azad olunmuş ərazilərimizin bərpasında bizə bu cür dəstək olmaqları tarixdə unudulmaz bir salnamə kimi qalacaqdır. O cümlədən, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın da bizə köməyini unutmuruq.

Ölkəmizin Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi əməkdaşlıqları artıq demək olar ki, yüksək səviyyədədir. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq. İqtisadi əməkdaşlıq Prezident İlham Əliyevin çıxışında əsas yer tutan məsələlərdən biri olmuşdur.

Xəzər dənizinin ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynadığını, bizim ümumi sərvətimiz olduğunu, onun nadir ekosistemini qorumağın və gələcək nəsillərə ötürməyin vacib olduğunu məsuliyyət kimi vurğulamışdır. Nəqliyyat sahəsi kimi energetika sahəsi də ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafına zəmin yaradır. Məlumdur ki, Türkmənistan və Qazaxıstandan neft ölkəmiz vasitəsilə nəql olunur və yaşıl enerji dəhlizi yaratmaq üçün Qazaxıstan və Özbəkistanla da birgə iş aparılır. Zənnimcə, bu çoxsahəli tərəfdaşlıq ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirəcək. 2027-ci ildə keçiriləcək Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə prezidentimiz İlham Əliyevin ilk dəfə sədrlik etməsi, bu qardaş ölkələrin birgə fəaliyyətinin inkişafına öz töhfəsini verəcək və bunun da öhdəsindən uğurla gələcəyinə əminik.

Oktyabr ayının 9-da Dövlət Başçımız İlham Əliyev Türkmmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da iştirak etmişdir. Bu il Müstəqil Dövlətlər Birliyi özünün 35 illiyini qeyd edir. Prezident çıxışı zamanı 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazır olduğunu bildirdi. MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə də iclası keçirilmişdir.

Eyni zamanda, Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tətkibdə də iclası olmuşdur. Dövlət Başçımız buradakı çıxışı zamanı da Xəzər dənizinin ekoloji problemlərinin həlli yollarından söz açmışdır. Əməkdaşlığımızın daha da yüksək inkişafı üçün Xəzər mühüm rol oynayır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Prezidentimiz bunu Xəzəryanı 5 dövlətin uzun illər apardıqları birgə işin nəticəsi kimi səciyyələndirdi. Xəzər dənizinin uzun illərdir səviyyəsinin aşağı düşməsi və getdikcə dayazlaşması artıq həyacan təbili çalmağın yetişməyini göstərir. Dövlət Başçımız da bunun qarşısını almaq məqsədilə ekspert qrupları yaratmağı təklif etmişdi. Çıxışında onu da qeyd etdi ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Mən belə düşünürəm ki, Xəzər dənizinin səviyyəsinin aşağı düşmə problemi təkcə bizim üçün problem olmamalıdır. Xəzəryanı ölkələr də bu haqda ciddi düşünsələr pis olmaz.

Sonda fikrimi prezidentimizin sözləri ilə bitirmək istəyirəm: “İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun”.

Əliəskərova Nuray

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Oktyabr 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri