Icma.az
close
up
RU
Qlütenə qarşı həssaslığın müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır

Qlütenə qarşı həssaslığın müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Seliakiya (çölyak) — buğda, arpa, çovdar kimi dənli bitkilərdə olan qlüten adlı proteini parçalayan fermentlərin çatışmazlığı ilə əlaqəli nazik bağırsağın genetik xəstəliyidir. Bu dənli bitkilərdən hazırlanmış qidaların qəbulu nazik bağırsağın iltihabına və zədələnməsinə səbəb olur. Bu xəstəliyi olan insanların orqanizmi qlüteni qəbul edə bilmir. Uşaqlarda seliakiya xəstəliyi adətən erkən yaşda tərkibində qlüten olan süni qidalara keçmə zamanı əmələ gəlir. 

“Qafqazinfo” xəbər verir ki, xəstəliyin diaqnozu vaxtında qoyulmazsa uşaqlarda inkişaf geriliyi, boy və çəki artımının, cinsi yetkinliyin ləngiməsi, osteoporoz, həzm sistemi problemləri, qadınlarda hormonal disbalans, vitamin və mineralların çatışmazlığı, anemiya yarana bilər.

Xəstəliyin müayinəsi və ağırlaşma zamanı stasionar terapevtik müalicə icbari tibbi sığorta ilə qarşılanır. Xəstəliyin diaqnostika və müalicəsi pediatr/terapevt və qastroenteroloq tərəfindən aparılır. İxtisaslı həkimin müayinəsi, sözügedən xəstəliyin əsas müayinə üsulu olan seliakiya paneli və digər laborator analizlər, endoskopiya, biopsiya müayinələri və bəzi genetik müayinələr icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Müayinədən əvvəl qlütenli qidaların pəhrizdən çıxarılması düzgün nəticələrin əldə edilməsinə mane ola bilər. Buna görə müayinə dövründə qlüten istifadəsi davam etdirilməlidir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, seliakiyaya istənilən yaşda rast gəlinir. Əsasən, xroniki ishal və ya qəbizlik, ürək bulanma və qusma, qarın ağrısı və şişkinlik, dəmir çatışmazlığı, yorğunluq, sümük və oynaq ağrıları, dəri problemləri, uşaqlarda çəki və boy artımında geriləmə, yuxu pozğunluğu, çəki itkisi, qadınlarda menstrual dövrün pozulması, sonsuzluq və hamiləlikdə düşük kimi simptomlarla müşahidə oluna bilər.

Bu xəstəliyi olan şəxslər buğda, çovdar, arpa kimi dənli bitkilərdən hazırlanmış çörək, makaron, şirniyyat kimi qlütenli qidaları tamamilə rasiondan çıxarmalı, həkimin təyin etdiyi pəhrizə riayət etməli, qəbul etdikləri dərman və qida əlavələrinin tərkibində qlüten olub-olmadığını yoxlamalıdırlar. Bununla xəstəliyin simptomları azalır və bağırsaq zədələnməsinin qarşısı alınır.

Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:78
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 20 May 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri