Icma.az
close
up
RU
QMİ sədri ABŞ da Ravvin Artur Şnayerlə görüşdə erməni kilsəsinin fəaliyyətini tənqid edib

QMİ sədri ABŞ da Ravvin Artur Şnayerlə görüşdə erməni kilsəsinin fəaliyyətini tənqid edib

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, Ravvin Şnayer hazırki görüşün olduqca əlamətdar bir dövrdə - Azərbaycan və Ermənistan arasında sülhə dair sənədin imzalandığı, Yaxın Şərqdə sülhün bərqərar olacağının gözlənildiyi, həmçinin, yəhudi xalqının Sukkot bayramını qeyd etdiyi vaxtda keçirildiyindən öz sevincini ifadə edib.

A.Şnayer bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakıyla Ağ Evdə Ermənistan-Azərbaycan sülh protokolunun imzalanması münasibətilə öz xüsusi məmnuniyyətini dilə gətirdi, Cənubi Qafqazda, Fələstində, Qəzzada, o cümlədən, yaxın gələcəkdə Ukraynada sülhün bərqərar edilib davamlı olması üçün dualar etdi.

Şeyxülislam A. Paşazadə Ravvin A. Şnayerin Azərbaycana tarixi zəfər gətirən Vətən müharibəsindən öncə və sonra hər zaman haqqı və ədaləti dəstəklədiyinə toxunaraq, bununla da bölgədə sülhün bərqərar olunmasına töhfə verdiyini vurğuladı, Azərbaycan dindarları adından və şəxsən öz adından təşəkkür etdi.

Dini liderlər olaraq, həm özünün, həm Şeyxülislam A. Paşazadənin Uca Yaradan qarşısında mənəvi missiyasının sülhə xidmət olduğunu vurğulayan Ravvin A. Şnayer bundan sonra da Azərbaycan və Ermənistan dini liderləri arasında dialoq müstəvisinin davam etməsinin vacibliyinə diqqəti çəkdi. Bununla bağlı QMİ sədri qeyd etdi ki, iki ölkənin siyasi rəhbərlikləri konstruktiv əməkdaşlıq mühitində sülh quruculuğu istiqamətində səy göstərdikləri hazırkı vəziyyətdə erməni kilsəsi və erməni diasporu bu prosesi pozmaq üçün var gücü ilə dağıdıcı təbliğat aparır. "Qəribədir, adətən siyasilər müharibə törədir, münaqişələrə və qarşıdurmalara səbəb olurlar, din xadimləri isə sülhə çağırırlar. İndi isə gördüyümüz mənzərə tam tərsidir - siyasi rəhbərliklər sülhə doğru addımlar atır, erməni kilsəsi isə hələ də əlindən "kalaşnikov"u yerə qoymaq istəmir" - deyə Şeyxülislam qeyd edib.

A. Paşazadə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında hazırda irimiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığını, Böyük Qayıdışın həyata keçirildiyi haqda Ravvin Şnayerə məlumat verib. Azad olunmuş torpaqlarımızda mənşəyindən asılı olmadan bütün dini məbədlər - məscidlər, kilsələr, o cümlədən, erməni mənşəli dini obyektlər təmir olunur.

Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A. Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamladı və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə etdi. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oncüllük etdiyini qeyd etdi, bu müstəvidə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi rol oynadığını alqışladı.

Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see248

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see162

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see159

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see150

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see150

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see141

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see139

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see135

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see134

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see130

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see129

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see129

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see127

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see125

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see124

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see121

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri