QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir
Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Bəzi din xadimləri vahid geyim formasına əməl etmir.
Newscenter.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir.
A.Paşazadə vurğulayıb ki, illər əvvəl Azərbaycanın milli xüsusiyyət və tarixi ənənələri ehtiva edən geyim forması işlənib, hazırlanıb, tətbiq edilib.
QMİ sədrinin sözlərinə görə, vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir:
"Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".
Bu mövzuda digər xəbərlər:QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir
23 Dekabr 2024 11:08
QMİ sədri: Vətən müharibəsində din xadimləri mənəvi vəzifələrini layiqlə həyata keçirdilər
24 Sentyabr 2025 11:46
QMİ sədri BMTnin tədbirində
27 Noyabr 2024 09:55
Azərbaycanda məktəb kollektivi vahid geyim formasına KEÇDİ
03 Sentyabr 2025 22:34
Bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir Xəbərdarlıq!
09 Oktyabr 2025 13:07
Baxış sayı:109
Bu xəbər 24 Yanvar 2025 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















