Azərbaycanda məktəb kollektivi vahid geyim formasına KEÇDİ
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025–2026-cı tədris ilindən vahid geyim formasından istifadə edəcək.
Redaktor.az xəbər verir ki, məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib.
Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk.
Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur.
Qərar 30 nəfərdən ibarət olan pedaqoji və rəhbər heyətə şamil olunur. Məqsəd müəllimlər arasında bərabərlik prinsiplərini möhkəmləndirmək, nizam-intizamı artırmaq və məktəb mühitində sağlam psixoloji atmosfer yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 03 Sentyabr 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















