Icma.az
close
up
RU
QMİ sədri: Yenidən inşa olunmuş məscidlərdə ucalan azan

QMİ sədri: Yenidən inşa olunmuş məscidlərdə ucalan azan

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Forumda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarına uğurlar arzulayıb
"Dini maarifləndirmənin aktual məsələləri — ənənə, təcrübə və perspektivlər" mövzusunda Din xadimlərinin Forumunda bir araya gəlməyimiz xoş məram və zəruri əhəmiyyət kəsb edir. Necə ki Allah-Təala müqəddəs Qurani-Kərimdə bizlərə buyurur: «İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et».
​Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində zəfər qazanmış Azərbaycan xalqının dini maarifləndirilməsi sahəsində din xadimlərinin üzərinə böyük vəzifələr düşür. Qalib Azərbaycanın azad Qarabağda apardığı genişmiqyaslı quruculuq işləri, bərpa olunan dini-mənəvi irsimiz, dövlətimizin artan beynəlxalq nüfuzu — bütün bunlar dini-mənəvi maarifləndirmədə əks olunmalıdır və din xadimlərimiz bu şərəfli gerçəkləri insanlara ən yüksək şəkildə çatdırmağa məsuldurlar. Uca Allahdan müstəqilliyimiz, ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçmiş şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirik.
​Hörmətli Konfrans iştirakçıları! Dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda, şükürlər olsun ki, ictimai-siyasi sabitlik hökm sürür. Bu, Azərbaycan Prezidentinin müdrik daxili və uzaqgörən xarici siyasətinin bəhrələridir. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. Şadam ki, Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri hörmətli cənab Ramin Məmmədovun rəhbərlik etdiyi Dövlət Komitəsi ilə dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsi arasında səmərəli, işgüzar əməkdaşlıq daha da artmış, münasibətlərdə yeni abı-hava yaranmışdır. Birgə layihə və tədbirlərimiz dövlət-din münasibətlərinin səviyyəsinin daha da yüksəlməsinə xidmət edir.
​Hörmətli Konfrans iştirakçıları! Vətənimiz Azərbaycanın ildən-ilə artan uğurları, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi hər bir vətəndaş kimi biz din xadimlərini də ürəkdən sevindirir. Dövlət başçımızın qlobal ideya və insan həmrəyliyinə xidmət edən müdrik təşəbbüslərinin təbliği yönündə din xadimlərinin fəallığı, cəmiyyətin həyatında yaxından iştirakı önəmli məsələlərdəndir. Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir. Uca Allahın buyurduqlarını, Vətən məhəbbətini ali dəyərlər işığında insanlara çatdırmaq, dövlətimizin qazandığı Böyük Zəfərin dərin anlamını, görülən genişmiqyaslı işlərin mahiyyətini açıqlamaq mühüm vəzifəmizdir. Azad olunmuş torpaqlarımızda yenidən inşa olunmuş məscidlərimizdə ucalan azan səsləri qürur mənbəyimizdir. Yeni məscidlərdə fəaliyyətə başlayan din xadimlərimiz sıralarımızı genişləndirir. Dövlət əhəmiyyətli bayramlar və günlər məscidlərdə moizələrdə yüksək səviyyədə təşviq olunur. İmam Hüseyn əleyhissalamın və Əhli-Beynitin, Vətən və şərəf uğrunda canından keçən bütün şəhidlərimizin ehtiramla yad edildiyi ənənəvi Aşura mərasimlərində təşkil etdiyimiz qanvermə aksiyaları ictimaiyyət tərəfindən yüksək təqdir olunur. Məhərrəmlik tədbirlərində və Ramazan dönəmində məzhəbindən asılı olmayaraq vəhdət halında iştirakımız milli-mənəvi vəhdətimizin təzahürü olub, milli dövlətçiliyimizə xidmət edən mühüm amildir. Təsadüfi deyil ki, ölkəmiz dünyada dinlərarası və məzhəblərarası anlaşmanın nadir nümunəsinə malik dövlət kimi tanınır və təqdir edilir. Din xadimlərimiz üçün illər öncə hazırladığımız Xütbələr və Moizələr kitabı maarifləndirmə işində xüsusi əhəmiyyət kəsb edir. Şükürlər olsun, milli-mənəvi birliyimizə xidmət edən vahid namaz təqvimi, azanların eyni vaxtda verilməsi, müqəddəs dini bayramların vəhdət şəklində keçirilməsi məsələləri həllini tapmışdır.
​Mühüm məqamlardan biri din xadimlərimizin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun daha da artırılmasıdır ki, bu məsələdə vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir. Dini mərkəz olaraq illər öncə milli xüsusiyyət və tarixi ənənələrimizi ehtiva edən geyim forması işləyib hazırlamış və tətbiq etmişdik. Vahid ruhani formasının qəbulunda məqsəd – hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir. Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
​Möhtərəm Konfrans iştirakçıları! Dini mərkəz olaraq qlobal miqyasda dinlərarası dialoq və əməkdaşlıq prosesinin öndə gedən platformalarında fəal iştirak edirik. Qafqaz Müsəlmanları İdarəsi beynəlxalq əlaqələrini hər zaman Azərbaycan dövlətinin maraq və mənafelərinə, dövlətin strateji xəttinə uyğun qurur. Şükürlər olsun ki, bu il ərzində Prezident cənablarının tövsiyə və xeyir-duası ilə keçirilmiş iki mühüm beynəlxalq tədbir – Altıncı Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı, Şuşa zirvə görüşləri, habelə Dini Komitə ilə həmtəşkilatçılıqda COP 29 çərçivəsində Dini Liderlərin Qlobal Sammiti ölkəmizdəki din-dövlət münasibətlərinin yüksək səviyyəsini bariz şəkildə nümayiş etdirdi. Özəlliklə dini liderlərin azad Qarabağa səfərləri olduqca önəmli idi. Bugünədək bu tədbirlərin yüksək səviyyədə təşkilinə və qəbul edilmiş sənədlərin zəruriliyinə dair təşəkkür və təqdir məktubları almaqdayıq.
​Hörmətli Konfrans iştirakçıları! Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla birgə səmərəli əlaqələrimizin bəhrəsi olaraq bu il Beynəlxalq Tolerantlıq günündə İçərişəhərdə dünyada analoqu olmayan Tolerantlıq Evi dövlətimizin multikultural siyasətini əyani nümayiş etdirən məkan kimi fəaliyyətə başlamışdır. İlk dəfə COP 29 qonaqlarının ziyarət etdiyi Tolerantlıq Evi hazırda çoxsaylı xarici nümayəndə heyətlərinin böyük maraq göstərdiyi məkana çevrilmişdir. Dini maarifləndirmə işində, həmçinin, Azərbaycan İlahiyyat İnstitutunun, bu istiqamətdə xeyli işlər görən institutun rektoru Aqil Şirinovun fəaliyyəti təqdirəlayiqdir. Zənnimcə, birgə həyata keçirməli olduğumuz layihələr barədə düşünülməlidir.
Hörmətli Forum iştirakçıları! Müzəffər liderimizin anadan olmasının şərəfli ildönümü ərəfəsindəyik. Müdrik dövlətçilik təfəkkürü və dəmir siyasi iradə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Zati-aliləri İlham Əliyev cənabları azad olunmuş Qarabağ torpaqlarında şəhər və kəndlərin yenidən dirçəldilməsi ilə yanaşı məscid və məbədləri xüsusi qayğı ilə bərpa etdiyi üçün Uca Yaradanın Nəzərində və xalqın qəlbində daim ucalmaqdadır. Dövlət başçımızın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mənəvi irsə, bütün dinlərə məxsus məbədlərə müstəsna qayğı və diqqəti bütün dünya üçün dövlətçilik təfəkkürü örnəyidir. Azərbaycan dindarları adından Azərbaycan Prezidentini müdriklik zirvəsinə yetişməsi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, misilsiz fəaliyyətlərində uğurlar və yeni zəfərlər arzulayıram".
Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Dekabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri