Icma.az
close
up
RU
Azad Zəngilanda yenidən azan səslənir, yenidən həyat qaynayır

Azad Zəngilanda yenidən azan səslənir, yenidən həyat qaynayır

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

20 oktyabr - Zəngilan şəhərinin işğaldan azad olunduğu tarixi gündür. Bu gün biz həm qürur, həm də ağrı dolu xatirələrlə Zəngilanın tarixini xatırlayırıq. Qürurumuz ondadır ki, 2020-ci ilin bu günündə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Zəngilanı işğaldan azad edərək dövlətimizin suverenliyini bərpa etdi. Ağrımız isə ondadır ki, Zəngilan azad olunarkən onun daşına, torpağına, mədəni irsinə, abidələrinə, məscidlərinə, qəbiristanlıqlarına qədər düşmən tərəfindən dağıdılmışdı. Zəngilan qədim tarixə, zəngin mədəniyyətə malik bir bölgədir. Tarixi mənbələrə görə bu diyar Qafqaz Albaniyasının mühüm yaşayış və mədəniyyət mərkəzlərindən biri olub. Lakin XX əsrin sonlarında Ermənistanın işğalçı siyasəti nəticəsində bu qədim diyar tamamilə viran qoyuldu. Erməni işğalçıları Zəngilan rayonunda yüzlərlə tarixi və memarlıq abidəsini yerlə-yeksan etdilər. Tarix və Mədəniyyət Nazirliyinin məlumatlarına görə, Zəngilan ərazisində 300-dən artıq tarixi-memarlıq abidəsi, 40-a yaxın arxeoloji obyekt, onlarla qəbiristanlıq və orta əsr körpüləri ya dağıdıldı, ya da təhqir olundu. Xüsusilə XIV əsrə aid Hacılı, Məmər, Şərifan və Bartaz kəndlərindəki məscidlər, Zəngilan şəhər məscidi, Minarəli məscid, Şaylı türbəsi, Qaragöl ətrafındakı qədim qəbir daşları vandalizmə məruz qaldı. Daş kitabələr sındırıldı, divar yazıları silindi, minarələr uçuruldu. Ermənilər təkcə daşları deyil, tariximizi, kimliyimizi silməyə çalışırdılar. Onlar azərbaycanlılara məxsus qəbiristanlıqlarda məzar daşlarını dağıdır, orada heyvan saxlayırdılar. Zəngilan məscidi uzun illər mal-qara tövləsi kimi istifadə olunmuşdu. Bu, təkcə vandallıq deyil, bəşəriyyətə, dinə, mədəniyyətə qarşı cinayətdir. Zəngilan rayonunda yerləşən qədim məscidlər Azərbaycan İslam memarlığının nadir nümunələri idi. Onların memarlıq quruluşu, naxış və ornamentləri Qafqazın ən qədim İslam abidələri ilə səsləşirdi. Lakin bu abidələr də işğal illərində mənəvi terrora məruz qaldı. Məscidlər yandırıldı, içərisində heyvanlar saxlanıldı, minbərləri söküldü. Bu, yalnız maddi deyil, mənəvi zərbə idi. Çünki bu abidələr xalqımızın inancını, mənəviyyatını, tarixi yaddaşını yaşadırdı. Lakin düşmən o yaddaşı silməyə çalışdı. Bu gün isə Zəngilan artıq yenidən dirçəlir. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Böyük Qayıdış” proqramı çərçivəsində dağıdılmış hər bir abidə, hər bir küçə, hər bir daş bərpa olunur. Dövlətimiz bu sahədə təkcə infrastruktur deyil, həm də tarixi və dini irsimizin bərpasını prioritet istiqamət kimi müəyyən edib. Artıq Zəngilan şəhər məscidi yenidən tikilib, Şərifan və Hacılı kənd məscidləri restavrasiya olunur. Hər bir bərpa addımı həm tarixə hörmətin, həm də gələcəyə inamın təzahürüdür. Zəngilanın bu gün açılan yeni səhifəsi həm də Azərbaycanın milli-mənəvi dirçəlişinin rəmzidir. Zəngilanın tarixi-dini abidələri bu xalqın yaddaşıdır. O yaddaş ki, onu dağıtmaq mümkün deyil. Erməni vandalizmi yüzillik mədəni irsimizi viran etsə də, Azərbaycan dövləti və xalqı bu abidələri yenidən dirçəltməklə tarixə, kökə, mədəniyyətə sahib çıxır.

Bu gün azad Zəngilanda yenidən azan səslənir, yenidən həyat qaynayır. Bu səslər, bu dirçəliş Zəngilanın, bütövlükdə Qarabağın əbədi azadlığının simvoludur.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri