“Qoca” ilə qaçan Əli Ağami qaydaları pozub Qobustana köçürüldü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Səkkiz il əvvəl “Qoca” ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.
Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.
Qeyd edək ki, Əli Ağami və “Qoca”nın qaçmasına kömək etdiyi üçün müğənni Fədayə Laçın da məhkum edilmişdi. Əməliyyat zamanı baş verən atışmada “Qoca” öldürülüb. Hadisə ilə bağlı Penitensiar Xidmətin o vaxtkı tabor komandiri və bir neçə əməkdaşı da həbs olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami əvvəlki qətl cinayətinə görə təyin olunmuş cəzası birləşdirilməklə 20 il, Fədayə Laçın 5 il, tabor komandiri və digər şəxslər isə 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Əli Ağami istisna olmaqla digər məhkumlar artıq azadlıqdadırlar.
Sail Ağasəlim
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Avqust 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















