Xarici media nümayəndələri üçün Qobustana mediatur təşkil olunub AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 18 noyabr, AZƏRTAC
Noyabrın 18-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Qobustan Qaya Sənəti Mədəni Landşaftından başlayan mediaturda qonaqlar on minlərlə il əvvələ aid həyatı əks etdirən 6 mindən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiya ilə tanış olublar. Onlara Qobustan qaya rəsmləri, daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi aləti sayılan qavaldaş haqqında geniş məlumat verilib. Vurğulanıb ki, buradakı qədim qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunəsidir.
Sonra xarici media nümayəndələri dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarına ekskursiya edib, “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Bununla yanaşı, Palçıq Vulkanları Turizm Kompleksində jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri, maketi və Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral barədə məlumat verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 18 Noyabr 2024 18:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















