Icma.az
close
up
RU
Qocaları dirçəltmək , yoxsa veteranlar liqası nda taktiki intibah?

Qocaları dirçəltmək , yoxsa veteranlar liqası nda taktiki intibah?

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Anar Həsənov yazır...

2000-ci illərin sonu, "San Siro" stadionu. "Milan" azarkeşləri meydana çıxan 11 nəfərin yaş ortalamasına göz gəzdirəndə, sanki "veteranlar liqası" izləyirmiş kimi hiss edirdilər. Maldini, Nesta, Pirlo, Zeedorf, İnzaqi, Ronaldinyo… bu adlar bəlkə də bir vaxtlar parlaq gələcəyin simvolu idilər. Ancaq "Milan" onları gələcəyin deyil, keçmişin kapitalı kimi idarə edirdi. Təbii ki, nəticə də alırdılar - 2007-ci il Çempionlar Liqası kuboku, 2011-ci il İtaliya A Seriyası çempionluğu və s. Lakin sual bu idi: uzunmüddətli strategiya varmı?

"Milan"ın "veteran transfer modeli": Qısamüddətli zəfərlərin uzunmüddətli bədəli.

"Milan" 2007-2012-ci illər arası transfer siyasətində "qocaları dirçəltmək" fəlsəfəsinə söykəndi. Əldə etdikləri bəzi parlaq nəticələrə baxmayaraq, klubun avtoritar müdafiə və yavaş hücum ritmi onu illərlə geridə saxladı. Ronaldinyo kimi texniki virtuozlar və Pirlo kimi strateji beyinlər İtaliyada oynaya bildi, çünki həmin dövrdə temp aşağı idi, oyun isə ağılla idarə olunurdu.

Ancaq indi vəziyyət fərqlidir. İtaliya A Seriyası o qədər dəyişib ki, müdafiəyönümlü olmasına baxmayaraq, fiziki hazırlıq və pressinq strategiyası baxımından artıq İngiltərə Premyer Liqası və İspaniya La Liqası ilə müqayisəyə girə bilir. İndi bu liqada oynamaq üçün təkcə ağıl yox, ayaq da işləməlidir.

"Real Madrid"in əfsanəsinə çevrilən Luka Modriçin "Milan" səyahəti italiyalı azarkeşlərə nə vəd edə bilər?

Luka Modriç artıq 38 yaşındadır. Amma yaş sadəcə bir rəqəmdir, məzmun yoxdursa, o rəqəm mənasızdır. "Real Madrid"in son onillikdəki bütün uğurlarında onun imzası var. Çempionlar Liqası qalibi, "Qızıl Top"un sahibi, Dünya Kubokunun finalçısı.

"Real Madrid" formasında son mövsümündə də az qala səhvsiz çıxış etdi.

90%-dən yuxarı ötürmə dəqiqliyi, oyuna istiqamət verən açar ötürmələr, fiziki yükə dözüm və ən əsası, müdrik sakitlik.

"Milan" tam da bu profildə oyunçuya ehtiyac duyur.

Tarix təkrar olunurmu?

Redondo, Ronaldo, Kaka - bu adlar bir vaxtlar "Madrid"-"Milan" xəttində hərəkət etdilər. Amma heç biri Modriç qədər "ağıllı futbolçu" deyildilər. "Milan" Modriçlə təkcə texniki yox, simvolik bir transferə imza atdı. Bu, klubun futbol fəlsəfəsinə, nəsil keçidinə və "ənənə ilə müasirliyin sintezi" ideyasına cavab verdi desək, yanılmarıq.

Pioli sistemində "Milan" orta sahə dinamikası üzərində qurulub. Amma qərarverici ötürmələrin sayı azdır. Modriç bu problemi 60 metrlik diaqonallar və 16-lıq önündəki kəskin ötürmələrlə həll edə bilər. O, Rafael Lean və Pulişiç kimi cinah oyunçularını təhlükəli oyunçulara çevirə bilər.

Onun iştirakı ilə "Milan"ın "pressinqdən çıxma" bacarığı yüksələr, topa nəzarət artar.

İtaliya A Seriyası hələ də "müdafiə düşüncəsinin universiteti"dir. Lakin oyun tempi artıb, fiziki yük iki qat çoxalıb. Bu səbəbdən Eriksen, Xames Rodriques, Koutinyo kimi yaradıcı beyinlər bu liqada uzun müddət tab gətirə bilmədilər.

Modriç isə fərqlidir. O, topu ayağında çox saxlamır, müdafiə olunan zonaları açmaq üçün mükəmməl təhlil edir. A Seriyasının dar kombinasiyalarında məhz bu bacarıq qızıldır.

Qısacası: "Milan" ona yox, o "Milan"a uyğundur

Modriç "Milan" üçün "nostalji transfer" yox, faydalı element ola bilər. Bu, bir brendin son parıltısı deyil. Bu, futbolda nadir görünən bir şeyin, ağlın zirvədə belə həlledici qalmasının sübutudur.

Futbol artıq yalnız gənclərin sürəti və enerjisi ilə qazanılmır. Bəzən bir baxışla tempi dəyişən bir beyin daha vacib olur. "Milan" Luka Modriçlə sadəcə oyunçu yox, oyunun ritmini almış oldu.

"Milan" hazırda yenidən eyni taktika ilə davam etməyə başlayıb. Deyəsən, "Napoli"də eyni formada taktikadan istifadə etmək ab-havasındadır.

Gəlin, səmimi olaq: Kevin De Bruyne bu gün dünya futbolunun ən ağıllı, ən dəqiq ötürmə verən və oyunu diktə edən beyinlərindən biridir. 33 yaşına yaxınlaşsa da, oyunu hələ də yüksək səviyyədə oxuya bilir. Bəs belə bir oyunçu üçün İtaliya A Seriyası nə təklif edir?

Taktika və dar zonalarda möcüzə

De Bruynenin oyun üslubu, vertikal ötürmələr, dərin hücum ötürmələri və ikinci dalğa hücumlarında qapıya yaxınlaşma, əslində A Seriyası üçün uyğun ola bilər. Çünki bu liqada hələ də çoxlu komanda 3-5-2 və ya 4-3-1-2 sxemində oynayır. Bu isə yarımmüdafiənin arxasında geniş boşluqlar deməkdir. De Bruyne bu boşluqları tapmaqda bir ustaddır.

Amma məsələ fiziki dözümlülükdədir. A Seriyasında oynamaq üçün yalnız mövqeni düzgün tapmaq kifayət deyil - 90 dəqiqə ərzində presinqi dağıtmaq, qapalı müdafiəni açmaq və əks-hücumları saxlamaq lazımdır. Kevin artıq bu cəhətdən Pepin ("Mançester Siti" klubunun baş məşqçisi Pep Qvardiola - red.) sistemi ilə "çox yüklənib".

Müdafiə fəlsəfəsi ilə idarə olunan bir liqa: Neçə De Bruyne "sındı"?

A Seriyası - tarixən "qapanmağı" sevən, müdafiə ilə fəxr edən bir liqadır. Maldini, Kannavaro, Çellini kimi müdafiə ikonları bu liqanın ruhu olublar. Burada yaradıcı oyunçulara dar zonalar verilir, zaman azalır, fiziki kontakt artır.

Xames Rodriqes - "Real Madrid"dən sonra "Milan"la danışıqlar aparmış, lakin İtaliya futbolunun ritminə uyğunlaşa bilməmişdi.

Paulo Dibala - çox yüksək texnikaya sahib olsa da, yalnız Allegrinin sistemində parlaya bildi.

Kristian Eriksen - "İnter"də parlaq olmadı, çünki dar zonalarda topu saxlaya bilmirdi.

De Bruyne bu sınağı keçə bilərmi? Ola bilər. Amma bu, hansı klubun onun ətrafına necə sistem quracağı ilə bilavasitə bağlıdır. "Latsio", "Napoli" kimi komandalar oyunqurucuya möhtac ola bilər. Amma "Yuventus", "Roma" kimi daha kompakt strukturlar onunla riskə girməz.

"Napoli" nümunəsi: Balanslı komanda ilə çempionluq mümkün olur

"Napoli" 2021-2023 arasında qurduğu sistemlə A Seriyasında ən balanslı və estetik komandalardan birinə çevrildi. Spalletti rəhbərliyində qurulan bu komandada:

Kvaratsxeliya və Osimhen ön cəbhədə sürət gətirdi, Zelinski və Lobotka orta sahədə idarəçilik etdilər. Müdafiədə isə Kim Min Jae fiziki ağırlıq əlavə etdi. De Bruyne bu komandanın 2022-ci il versiyasında olsaydı, yəqin ki, o, artıq bir mövsümdə 15 assist edərdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 İyul 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see341

“İnsanyuyan” satışa çıxarıldı Fotolar

29 Noyabr 2025 08:07see181

Yeni çəkilən zolaq sürücülərdə çaşqınlıq yaradır

29 Noyabr 2025 10:07see171

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see167

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see165

Göygöldə “BMW” alışıb yandı Fotolar+Video

29 Noyabr 2025 07:20see155

Zəngəzur dəhlizi Cənubi Qafqazın güc xəritəsini yenidən cızır TƏHLİL

29 Noyabr 2025 09:09see154

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see145

“Aristokrat” klinikasında QALMAQAL KONKRET

29 Noyabr 2025 09:10see143

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see133

ABŞ bütün sığınacaq müraciətlərinə baxışı dayandırıb

29 Noyabr 2025 08:22see133

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see133

Tanınmış türk məşqçi Azərbaycanda işləmək istəyir

29 Noyabr 2025 08:27see132

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see132

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see132

Ödənişli yolda YENİLİK

29 Noyabr 2025 10:08see131

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see129

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see128

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see126

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri