Icma.az
close
up
RU
Paşinyan qocaları yorğan altında öldürür pensiyalar artmayacaq

Paşinyan qocaları yorğan altında öldürür pensiyalar artmayacaq

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Müdafiə xərclərini artıran Ermənistan pensiyaçılara 20 qram kəsmiyin pulunu verir    

 “Ermənistanda təqaüdçülərin Rusiya, Ukrayna və Moldovadan daha yaxşı yaşaması ilə bağlı məlumatlar sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb olub. Çünki hansı ölkələrlə müqayisə edirsən et, reallıqda erməni təqaüdçülərə verilən pul heç nəyə yetmir”. News24.az xəbər verir ki, bu barədə Ermənistanın “Novaya vremya” nəşri yazır.   

Bildirilir ki, son statistik məlumatlara görə, Ermənistanda aylıq ərzaq səbəti 41 657 dram (təxminən 107 dollar) təşkil edir və gündəlik qida rasionuna çörək (200 qram), un (20 qram), makaron (15 qram), dənli bitkilər (50 qram), ət (100 qram), süd (0,2 litr), kəsmik (10) qram), kərə yağı (20 qram), pendir (20 qram), kartof (250 qram), tərəvəz (300 qram), meyvələr (200 qram), şəkər (50 qram), yumurta (0,5 əd.), bitki yağı (20) qram), marqarin (10 qram), balıq (30 qram) təşkil edir. “Lakin hökumət fəxrlə bəyan edir ki, minimum istehlak səbəti ayda 77,065 dramdır. Bura yuxarıda göstərilən ərzaq məhsulları ilə yanaşı, siqaret, alkoqollu və alkoqolsuz içkilər, benzin, dizel yanacağı və elektrik enerjisi xərcləri də daxildir. Kommunal xidmətlərin - elektrik enerjisi, səhiyyə, mobil rabitə, internet xərcləri yüksək olaraq qalır, Yeni ildən sonra isə ictimai nəqliyyat da bahalaşacaq. Tənha təqaüdçü Razmik Atanesyan deyib ki, qış aylarını qış yuxusunda olan ayı kimi yorğan altında keçirir, çünki istilik üçün pul ödəməyə belə maddi imkanı yoxdur”. Alternativ” elmi-tədqiqat mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Tatul Manaseryan isə deyib ki, bu məbləğlər hətta bir həftəlik yemək almaq üçün kifayət etmir. “Mən çox istərdim ki, həm yüksək maaş, həm də əsassız bonuslar alan hər hansı bir məmura bu məbləğə bir ay yaşamaq təklifi verilsin . Bu gün erməni ailələrinin ailə büdcəsinin 65 faizi ərzağa xərclənir ki, bu da fəlakətli göstəricidir. Çiçəklənən ölkələrdə ailənin ərzaq xərclərinin faizi ümumi büdcənin 25 faizindən çoxunu təşkil edirsə, o zaman belə ailələr sosial müdafiə və ya müavinət siyahılarına düşür. Kommunal xərcləri ödədikdən sonra (30 faiz) nadir hallarda paltar, ayaqqabı, gigiyena məhsulları, məişət əşyaları, mədəni istirahət və ya əyləncə üçün praktiki olaraq pul qalmır. Yeri gəlmişkən, əlverişli iqtisadi vəziyyətə və yüksək gəlir səviyyəsinə malik ölkələrdə ərzaq xərcləri digər xərclərə nisbətən yüksək deyil və ümumi ailə xərclərinin 15 faizindən çoxunu təşkil etmir. Bu ölkələrin sakinləri pullarının qalan hissəsini əyləncəyə, səyahətə, təhsilə, kafe və restoranlara baş çəkməyə, məişət əşyalarına, avadanlıqlara, mədəni istirahətə, əyləncəyə xərcləyirlər. Təəssüf ki, bu, erməni təqaüdçülər üçün mümkün deyil. Bəlkə də buna görədir ki, bu gün pensiya yaşında olan həmvətənlərimiz xaricə getmək arzusundadırlar. Amma indi Rusiyaya yox, uzaq xarici ölkələrə”.

 Ermənistanda sosial vəziyyətin pisləşməsi fonunda isə Nikol Paşinyan iqtidarı gəlin ilin hərbi xərclərini artırıb ki, bu ÜDM-in 6%-ni təşkil edəcək ki, 2024- cü illə müqayisədə 0,7% çoxdur.

Maliyyə Nazirliyinin rəhbəri Vahe Hovhannisyanın parlament komissiyalarında büdcə dinləmələri zamanı deyib ki, ümumilikdə müdafiəyə 1,7 milyard dollardan çox vəsait xərclənəcək ki, bu da hazırkı rəqəmlərdən 20% çoxdur.

Nazir onu da bildirib ki, əsaslı xərclərin 55,8 faizi müdafiə sənayesinin payına düşəcək.

Yeri gəlmişkən, gələn il ümumi əsaslı məsrəflər ÜDM-in 6,6 faizini təşkil edəcək ki, bu da cari ilin göstəricisindən 0,6 faiz çoxdur. Mütləq rəqəmlərlə onlar 733,2 milyard dram (təqribən 1 milyard 889 milyon dollar) təşkil edəcək.

Hovhannisyan müdafiə xərclərini dövlət büdcəsinin ən mühüm hissəsi adlandırıb. Onun sözlərinə görə, bu xərclər ölkənin bütün potensialını cəmləşdirir və bu, təhlükəsizliyin möhkəmləndirilməsinə yönəldiləcək./Musavat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://news24.az
archiveBu xəbər 22 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see245

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see234

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see185

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see158

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see153

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see152

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see151

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri