Icma.az
close
up
RU
“Qocalıqda həyatı dolğun yaşamağın dörd açarı“ Psixoloqlardan açıqlama

“Qocalıqda həyatı dolğun yaşamağın dörd açarı“ Psixoloqlardan açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Sadəlik, daxili azadlıq və hər günün dəyərini dərk etmək - tənha qalmaq da bir hədiyyədir..."

"Московский комсомолец" nəşri yazır ki, çoxumuz yetkin yaşları ailə və dostlarla dolu, rahat və səmimi illər kimi təsəvvür edirik: həyat yoldaşı ilə gündəlik qayğıları bölüşmək, uşaqların uğurlarına sevinmək, dostlarla ürəkdan söhbətlər etmək. 

Lakin reallıq bəzən fərqlidir: altmış yaşa çatanda çoxları səssizlik içində öz düşüncələri ilə tək qalır. Bu tənha məkan isə əslində daxili dayanıqlığın və həyat məmnuniyyətinin qaynağı olur.

Özünlə tək qalma bacarığı

Tək qalmaq təcrid deyil, özünü tanımaqdır. Səhər ritualı - bir fincan ətirli çay, sakit musiqi, sevimli kitabları yenidən oxumaq həyatın mənasını artırır. Müasir psixoloqlar bildirir ki, gündəlik 15-20 dəqiqə meditasiya və yazı ilə məşğul olmaq zehni sağlamlığı qoruyur, emosional sabitliyi artırır. Özünü dinləmək qocalıqda daxili balansı möhkəmləndirir.

Sadəlik və nizam-intizam

Hər əşyanın öz yeri olduğu, artıq yük yaratmayan ev həyatımızı yüngülləşdirir. Minimalist həyat tərzi yalnız fiziki məkandan deyil, düşüncələrdən də yükü azaldır. Araşdırmalar göstərir ki, nizam-intizamlı mühit stresi azaldır, diqqəti cəmləməyə kömək edir və xatirələri daha yaxşı təşkil edir.

Xarici qiymətləndirmələrdən azadlıq

Yaş artdıqca başa düşülür ki, həyatı başqalarının gözləntilərinə uyğun deyil, öz daxili səsimizə görə yaşamalıyıq. Rahat geyinmək, sevdiyin musiqini dinləmək - bu, daxili azadlığın göstəricisidir. Özünü qəbul edən insanlar daha az narahat olur və sosial təzyiqlərə daha dözümlüdür.

Hər günün dəyərini anlamaq

Sadə, lakin mənalı gündəlik işlər - pəncərə önündə çiçək böyütmək, parkda gəzinti, jurnal yazmaq və ya sevimli yeməyi bişirmək həyat ritmini yaradır və hər günün unikallığını xatırladır. Bu rutin fəaliyyətlər yaddaşı möhkəmləndirir, emosional sabitliyi qoruyur və həyatdan zövq almağa imkan verir.

Yaxın insanlar yanımızda da,  uzaqda da ola bilər, amma bu dörd dayağımız  - tək qalma bacarığı, nizamlı həyat tərzi, daxili azadlıq və öz dəyərini dərk etmək hər zaman bizimlə qalır. Onlar həyatı dolğun yaşamaq, sadə zövqlərdə sevinc tapmaq və daxili sakitliyi qorumaq üçün əvəzolunmazdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2025 23:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri