Icma.az
close
up
RU
Qocalmağa qarşı dəmir arqument

Qocalmağa qarşı dəmir arqument

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Genetika ömrümüzün uzunluğunu təyin etmir. Əkizlər üzərində aparılan bir araşdırmada irsiyyət faktorunun bu baxımdan çox əhəmiyyətsiz olduğu ortaya çıxıb. Nə vaxt və necə qocalacağımıza özümüz təsir edə bilərik.
1920-ci illərin əvvəllərində elmi fantastika romanlarından ilhamlanan sovet alimi Aleksandr Boqdanov qocalmamağın yollarını axtarırdı. O, insanların öz qanını bir-biri ilə bölüşməsinin zəruriliyinə əmin idi. Kreml ilə əlaqələri ona 1926-cı ildə Qanköçürmə İnstitutunu yaratmaq və dərhal ilk növbədə öz üzərində təcrübələrə başlamaq imkanı verdi.
Əvvəlcə hər şey plan üzrə gedirdi. Boqdanov iki il qanköçürmələrdə iştirak etdi. Dostlarından biri onun sinnindən on yaş kiçik görünməyə başladığını deyirdi. Ancaq sovet aliminin bəxti ondan üz döndərdi: On birinci qanköçürmə tərəfdaşında malyariya və vərəm var idi. Boqdanovda qana qarşı immun reaksiyası başladı, nəticədə iki həftə sonra böyrəkləri və ürəyi işləmədi. O, 1928-ci il aprelin 7-də 54 yaşında öldü.
Erkən təcrübələr
Boqdanov qanköçürmə təcrübələri aparan ilk şəxs deyildi. Hələ 1864-cü ildə fransız təbiətşünası Pol Ber bunun mümkün olduğunu göstərmək üçün iki siçanı bir-birinə tikmişdi. Əməliyyatdan dərhal sonra siçanların qan dövranının avtomatik birləşdiyini gördü (bu fenomen parabioz adlanır). Sonralar digər elm adamları da oxşar təcrübələr həyata keçirdilər. Daha sonra orqan transplantasiyası ilə bağlı ilk cəhdlərdə də eyni texnikadan istifadə edildi.
1950-ci illərdə amerikalı biokimyaçı Klayv Mak-Key gənc və qoca siçanı bir-birinə tikərək, onların bir-birinə necə təsir edəcəyini təcrübədən keçirdi. Lakin onun bu qəribə təcrübəsi kifayət qədər diqqət çəkmədi.
2005-ci ildə bu yanaşmaya maraq yenidən canlandı. Stenford Universitetindən Tomas Randonun rəhbərlik etdiyi tədqiqat qrupu müxtəlif yaşlarda olan siçanları yenidən bir-birinə tikdi. Məlum oldu ki, gənc fərdlərlə əlaqə zamanı yaşlı siçanlarda bir çox orqanların regenerasiya funksiyası yaxşılaşır. Gənclər isə əksinə, zəifləyir, sağalma qabiliyyətləri pisləşir. Başqa sözlə, bu birləşmə qoca siçanlarda cavanlaşmaya, gənc siçanlarda isə qocalmanın sürətlənməsinə səbəb oldu.
Cavan və qoca siçanlar arasında parabiozla aparılan təcrübələr elmi tərəqqi üçün zəruri olan qeyri-adi təcrübələrdən biridir. Bu təcrübələr tibb sahəsində qocalma əleyhinə tamamilə yeni perspektivlər açdı. Aydın idi ki, gənc orqanlarla əlaqə qoca siçanlara regenerasiya məsələsində hansı yollasa kömək edib, halbuki yaşları keçdiyinə görə, onlarda bu mümkün olmamalı idi. Amma hansı yolla?
Plazma - qanın maye hissəsidir, yəni qandan bütün hüceyrələr çıxarıldıqda yerdə qalan maye. Həmin maye müxtəlif maddələrlə - hormonlar, qida maddələri, zülallarla doludur. Plazma zülalının tərkibi yaşla dəyişir. Bəs qanda aradan qaldırıla biləcək spesifik qocalma faktorları varmı? Yəni elə faktorlar varmı ki, yaşla əlaqədar azaldıqda onları əlavə edə bilək?
Gənc qan
Gənc qan haqqında söhbət işbazların diqqətindən kənarda qala bilməzdi. Bədənə bir az gənc qan köçürməklə cavanlaşmaq olarsa, bunu təşkil etmək çox asandır. Bir gəncdən pulla aldığın qanı qocaya köçür, vəssalam. Transfuziya standart tibbi prosedurdur və onu yerinə yetirmək üçün ixtisaslı kadr tapmaq çətin deyil.
2016-cı ildə “Ambrosia” adlı şirkət oxşar təkliflərlə bazara daxil oldu. Prosedurun dəyəri 8 min dollar idi. ABŞ Qida və Dərmanlara nəzarət İdarəsi (FDA) bu prosedura diqqət yetirənə və qadağan edənə qədər işlər artan sürətlə gedirdi. Amma şirkət prosedurun müsbət təsirinə dair heç bir sübut təqdim edə bilmədi.
Bəzi qurumlar işə daha ciddi yanaşaraq, gənc qanın qocalmaya qarşı olan komponentlərini müəyyən etməyə çalışırlar. Əgər belə komponentlər aşkarlanarsa, onları ehtiva edən dərmanı yaratmaq çətin olmayacaq. Klinik sınaqlardan birində gənclərin qanı xəstəliyin inkişafını dayandırmaq ümidi ilə Alzheimer sindromlu xəstələrə köçürüldü. Amma heç nə alınmadı.
Ola bilsin ki, qanın müəyyən komponentləri həqiqətən qocalma prosesini dayandırır. Bir qrup alim qoca siçanın qanının bir hissəsini tərkibində az miqdarda zülal olan fizioloji məhlulla dəyişərək, bu nəzəriyyəni sınaqdan keçirmək qərarına gəldi. Nəticə gənc qanla müalicə olunan siçanlardakı kimi oldu: Qoca siçanların əzələləri, qaraciyərləri və beyinləri öz qanlarından qurtulduqdan sonra açıq-aşkar cavanlaşdılar. Bunu insanlarda da sınaqdan keçirmək olar, çünki bəziləri təcrübədəki siçanlarda olduğu kimi, qanlarını süni şəkildə bədənlərindən xaric edirlər. Onlar donorlardır.
Adi donorluq zamanı donor təxminən yarım litr, yəni ümumi həcmin təxminən 10%-i miqdarında qan itirir. Bir-iki həftəyə bədən bu həcmi bərpa edir. Əgər donor daim qan verirsə, onun qanı donor olmayanlara nisbətən daha tez dəyişir. Siçanlar üzərində aparılan təcrübələrin müsbət nəticələri insanlara tətbiq oluna bilərsə, donorlar cavanlaşmanın təsirini hiss etməlidirlər.
Danimarka alimləri artıq bu ideyanı sınaqdan keçiriblər. Məlum olub ki, donorlar digər insanlara nisbətən daha çox yaşayırlar. Onlar, əlbəttə, tam sağlamdırlar, əks halda donorluq etmələrinə icazə verilməzdi. Transfuzioloqlar bunu çoxdan bilir və bu məsələni araşdırırlar. Ancaq donorluq təbliğatında bu arqumentə rast gəlinmir.
Donorluq faydalıdırmı?
Niyə qan vermək orqanizm üçün faydalıdır? Yarım litr qan itkisi təbii ki, orqanizm üçün stress faktorudur. Qanvermədən sonra bədən müdafiə mexanizmlərini işə salır və stressə daha davamlı olur.
Donorluq zamanı bəzi zərərli maddələrin bədəndən çıxması da mümkündür. Biz onları “qocalmanın təxribatçıları” adlandıra bilərik. Bu maddələrin nə olduğunu (əgər onlar ümumiyyətlə varsa) elm adamları hələ də müəyyənləşdirməyə çalışırlar. Ən maraqlı ehtimallardan biri də dəmirdir.
Donorluq zamanı insan çoxlu qırmızı qan hüceyrələri itirir. Qana qırmızı rəng verən, oksigeni ağciyərlərdən bədənin digər orqanlarına daşıyan məhz bu hüceyrələrdir. Onlar bunu oksigeni xüsusi bir zülala - hemoglobinə bağlayaraq edirlər. Hər bir hemoqlobin molekulunda dəmir var.
Eritrositlərin qırmızı olması dəmirin sayəsindədir. Donorluq zamanı insan çoxlu qırmızı qan hüceyrəsi və müvafiq olaraq dəmir itirir. Bədən qanın həcmini mümkün qədər tez bərpa etməyə çalışır, bu zaman ehtiyatdan dəmir götürür. Bədənimiz dəmir artıqlığını təbii yolla xaric etməyin öhdəsindən təəccüblü dərəcədə pis gəlir. Orqanizmin artıq dəmirdən xilas olmaq üçün heç bir sistemi yoxdur. Sink və ya mis kimi digər metallar artıq miqdarda olanda bədəndən asanlıqla xaric olurlar. Ancaq dəmir yalnız toplanır.
Bədənimizdən dəmirin xaric olunması mexanizmlərinin əsası keçmişdə qoyulub: təbabət yaranmazdan əvvəl istənilən insanın bağırsaqları parazitlərlə dolu idi. Onların çoxu insan qanı hesabına yaşayır və bununla da dəmirin müntəzəm xaric olunmasını təmin edirdi. İndi biz bu parazitlərdən xilas olmuşuq, orqanizmdə yeni mexanizm isə yaranmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://azvision.az
archiveBu xəbər 19 Oktyabr 2026 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri