Icma.az
close
up
RU
Qohum nikahları da yalnız bir halda qadağan edilir: SOSİOLOQ AÇIQLADI

Qohum nikahları da yalnız bir halda qadağan edilir: SOSİOLOQ AÇIQLADI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Əslində, bu mümkün deyil. Bu cür düşüncə -“övladımdan imtina edim ki, qohum nikaha icazə verilsin” - çox bəsit və məntiqsiz yanaşmadır. Birincisi, hüquqi baxımdan valideynin övladdan imtinası mümkün deyil. İkincisi, belə bir addım atılsa belə, bu vəziyyətə çıxış yolu kimi istifadə olunması real deyil". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, bu məsələdə artıq sistem elektronlaşdırılıb. Bütün soy-kökümüz, yəni soyağacımız dövlətin elektron platformasında əks olunub. Qohum nikahlar da yalnız bir halda qadağan edilir: əgər iki şəxs eyni nənə və babanın nəvələridirsə: "Yəni, onlar eyni adamı nənə-baba kimi tanıyırlarsa, onların evlənməsi qanunla qadağandır. Bu da elektron sistemdə açıq şəkildə görünür və avtomatik olaraq nikah qeydə alınmır. Belə fırıldaq yollarla - məsələn, övladdan imtina etməklə - bu sistemin yanından keçmək mümkün deyil. Hətta bəzi insanlar düşünürlər ki, başqa ölkəyə gedib orada evlənsinlər. Amma bu da çıxış yolu deyil. Əgər həmin ölkənin vətəndaşı deyilsə, nikah yalnız konsulluğun, səfirliyin vasitəsilə rəsmiləşdirilə bilər. O zaman da səfirlik Azərbaycanın aidiyyəti orqanlarına sorğu göndərir və qohumluq əlaqəsi aşkarlanarsa, nikah qeydə alınmır. Bu məsələ hüquqi baxımdan hərtərəfli tənzimlənib və dövlət tərəfindən çox effektiv işlənib.

Əgər bu cür yolları düşünmək əvəzinə, sadəcə bir dəfə internetdə tibbi resurslara, elmi məqalələrə və ya süni intellektə belə bir sual versələr - “Qohum nikahları hansı nəticələrə səbəb olur?” - cavabdan şok olacaqlar.
Əgər bu cavabı oxuyandan sonra belə valideynlər yenə də övladlarını qohumla evləndirmək istəyirlərsə, artıq onların valideynlik məsuliyyətini ciddi sual altına almaq lazımdır.

Çünki qohum nikahları nəticəsində doğulan uşaqlarda genetik xəstəliklər riski artır, həm valideynlər, həm də gələcək nəslin çəkəcəyi fiziki və mənəvi iztirablar böyük olur. Bunu heç bir məsuliyyətli valideyn övladına rəva görə bilməz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Avqust 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see174

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see171

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see139

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see134

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see132

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see131

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see130

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see125

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see124

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri