Icma.az
close
up
RU
“Qol yağışı” və “Mançester Siti”nin fiaskosunun davamı...

“Qol yağışı” və “Mançester Siti”nin fiaskosunun davamı...

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çempionlar Liqasının əsas mərhələsinin çərşənbə axşamı keçirilən oyunları ilə bağlı bir çox maraqlı məqam qeyd etmək olar.

9 oyunda 40 qol vuruldu ki, bu da yetərincə yüksək məhsuldarlıq deməkdi. Levandovskinin turnirdə qol sayını 100-ə çatdırması önəmli olaydı. Bundan başqa, “Sparta” ilə “Zaltsburq”un növbəti, “Sportinq”in ilk dəfə darmadağın olması, 75-ci dəqiqəyə qədər hesabda 3:0 öndə olan “Mançester Siti”nin qələbəni inanılmaz şəkildə əldən verməsi də hər kəsin diqqətini çəkdi. 5-ci turun əsas hadisələrindən biri də “Liverpul”un 1/8 finala vəsiqəni rəsmiləşdirməsidi.
“Atletiko” “Sparta” ilə səfər oyununda heç bir problem yaşamadı. Oyuna fəal başlayan madridlilər Alvaresin erkən qolu ilə hesabı açdı. Onlar oyunun axarına tam nəzarət etməklə hissənin sonunda fərqi artırdılar. Fasilədən sonra də rəqibin “kötəklənməsi” davam etdi. Əvvəlcə dubl edən Alvares fərqi darmadağın həddinə çatdırdı. Ardından ÇL-də 100-cü oyuna çıxan Qrizmann da fərqləndi. Son 5 dəqiqədə isə Korrea dubl etdi. Ardıcıl 3-cü oyunda uduzan “Sparta”nın pley-offa çıxmaq şansı xeyli azaldı. “Atletiko” isə vacib qələbə sayəsində xalını 9-a çatdırmaqla yanaşı, top fərqini də yaxşılaşdırdı. Məhz bu amil sonda yerlərin bölüşdürülməsində həlledici ola bilər.
“Slovan”ın qonağı olan “Milan” dərhal topa nəzarət etməyə başladı. Bunun nəticəsi kimi Pulişiç 21-ci dəqiqədə hesabı açdı. Amma cəmi 3 dəqiqə sonra təkbətək çıxan Barseqyan bərabərliyi təmin etdi. 2-ci hissə də “Milan”ın hücumlarıyla başladı. Sadəcə, bu hücumlar heç də həmişə təhlükəli vəziyyətlər ilə müşayiət olunmurdu. Oyun planına əməl etməyə çalışan meydan sahiblərinin əsəbləri 2-ci hissənin ortalarında dözmədi. Əvvəlcə Fofananın iti ötürmə ilə qapıçıyla üzbəüz qoyduğu Leao “Milan”ı irəli çıxardı. Sonra isə Streletsin qeyri-dəqiq ötürməsindən yararlanan Abraham fərqi artırdı. Slovaklar 88-ci dəqiqədə Martsellinin sayəsində daha bir qol vursa da, Toliç qısa zaman kəsiyində iki “sarı” almaqla onların xal ümidini “dəfn etdi”.
PSJ-nin ÇL-də durumu faciəvidi. Luis Enrikenin komandası oyun ərəfəsində pley-off zonasından kənarda idi. Bu məğlubiyyət parisliləri daha aşağı pillələrə yuvarladı. PSJ-nin rusiyalı qapıçısı Safonov 38-ci dəqiqədə künc zərbəsi zamanı topa çıxışda kobud səhvə yol verdi və bundan yararlanan Kim Min Ce hesabı açdı. “Bavariya” ümumilikdə bütün komponentlərdə rəqibi üstələdi, münhenlilərin qələbəsi qanunauyğundu. Ədalət naminə parislilərin 57-ci dəqiqədə azlıqda qaldığını da vurğulayaq: Dembele 2-ci “sarı”dan sonra meydandan qovuldu.
“Leyptsiq”i qəbul edən “İnter” almanları öz qapısına doğru sıxışdırdı. “Öküzlər” çətinliklə meydanın rəqibə aid hissəsinə keçirdilər. “Neradzurra”nın aramsız təzyiqi 27-ci dəqiqədə hesabda əksini tapdı. De Vreyin baş zərbəsindən sonra Lukebadan səkən top tora daxil oldu. “İnter” 2-ci hissədə də hücumları davam etdirərək bir neçə təhlükəli vəziyyət yaratdı. Hətta Mxitaryanın vurduğu qol hücum zamanı fol üzündən qeydə alınmadı. “Leyptsiq” isə sonda da hücum dalğası təşkil edə bilmədi.
Günün ən gözlənilməz ssenarisi MS – “Feyenoord” oyununda yaşandı. Buna qədər müxtəlif turnirlərdə keçirdiyi 5 oyunun hamısında uduzan “şəhərlilər” yenə qələbəyə həsrət qaldı. Özü də 3 top fərqi ilə irəli çıxdıqları oyunda! Halbuki ilk bir saat hansısa sensasiyadan xəbər vermirdi. MS fasilə ərəfəsində Holannın sayəsində penalti qazandı. Norveçli zərbəni dəqiq yerinə yetirdi. 2-ci hissənin əvvəlində meydan sahibləri qısa zaman kəsiyində daha iki qol vurdu. Gündoğanla Holann fərqi darmadağın həddinə çatdırdı. “Etihad” qələbəni bayram etməyə başlayırdı ki... Bəli, “Feye” qolları sıralamağa başladı. Hac-Musanın ilk qolu həyəcan təbili olmadı. Ardından Ederson iki dəfə inamsız oynamaqla hesabın bərabərləşməsinə yol açdı. Dəlilik həddinə çatan Qvardiolanın üzünü-başını necə qançır etdiyini görməyə dəyərdi...
Amorimin MY-ni “həyata qaytarmağa” çalışdığı məqamda onsuz ilk ilk oyununu keçirən “Sportinq” “Arsenal” qarşısında faciə yaşadı. Lissabonda keçirilən oyunun ilk yarısında qonaqlar üç qol vurdu. İnasio 47-ci dəqiqədə fərqlənəndə düşünmək olardı ki, “Sportinq” oyunun axarını dəyişə biləcək. Ancaq “topçular” savadlı şəkildə tempi aşağı salmaqla yanaşı, hissənin ortalarında penalti də qazandı. Saka bununla da oyunun taleyini həll etdi. 82-ci dəqiqədə “Arsenal”, daha dəqiqi, Trossar 5-ci qolu da vurdu.
“Barselona” – “Brest” oyunu ikili təsir bağışadı. Bir tərəfdən, favorit heç bir çətinlik yaşamadı. Digər tərəfdən, heç parlaq oyun da göstərmədi. Levandovski penaltini dəqiq yerinə yetirəndən sonra “Barsa” sakitləşdi. 2-ci hissədə isə elə həmin Levandovski və Olmo fərqləndi. Yəqin ki, kataloniyalılar pley-offa problemsiz adlayacaq. Amma orda komandanın taleyi necə olacaq – bax, əsas sual budu. “Brest” isə turnirdə ilk məğlubiyyətini alsa da, hələ yaxşı xal ehtiyatı var.
“Bayer-04”ün cari mövsümdə müdafiədə problemlər yaşadığını nəzərə alsaq, “Zaltsburq”la oyunla bağlı intriqa gözləməyə dəyərdi. Sadəcə, Avstriya nəhəngi indi elə dərin böhran yaşayır ki, Almaniya çempionunun problemləri gözə dəymədi. Kovarj oyunboyu işsiz qaldısa, onun rəqib həmkarı Şlager ilk dəqiqələrdən tər tökməli oldu. Fasiləyə qədər üç qol vuran “aspirinlər” 2-ci hissədə də dayanmadı. “Zaltsburq”un baş məşqçisi Leyndersin fasilədə reallaşdırdığı üçlü dəyişiklik də işə yaramadı. Şik 61-ci dəqiqədə 4-cü qolu vurdu, sonradan oyuna qoşulan Qarsiya isə oyunda son nöqtəni qoydu. “Bayer-04” bu qələbə sayəsində ilk “8-liy”ə qayıtdı, “Zaltsburq” isə top-24-dən kənarda qaldı.
“Atalanta” iki cəbhədə uğurlu çıxışı davam etdirir. Bir neçə gün əvvəl “Parma” üzərində inamlı qələbə qazanan berqamolular Berndə “Yanq Boyz”un qapısından 6 top keçirdi. Qonaqlar faktiki fasiləyə qədər oyunun taleyini həll etdi. Komandalar paltardəyişmə otağına yollananda hesab 1:4 idi. Reteginin ardından De Ketelare də 2-ci hissədə dubl etdi, Samarciç isə 90-cı dəqiqədə fərqləndi. “Atalanta” parlaq qələbə sayəsində pley-offa adlamaq şansını bir qədər də artırdı. “Yanq Boyz” isə turnirin aşkar autsayderidi, qalan oyunlarda, sadəcə, “qapını möhkəm çırpmağa” çalışacaq.
Sparta – Atletiko 0:6 (0:2)
Sparta (Praqa, Çexiya): Vindal, Visner, Vitik, Panak, Ross, Rıneş, Lyaçi (Solbakken, 79), Kayrinen, Krasniçi (Tuçi, 61), Rrahmani (Olatunci, 60), Haraslin (Peşek, 27/Pavelka, 79).
Atletiko (Madrid, İspaniya): Oblak, Lyorente, Ximenes, Lanqle, Qalan, Simeone (Rikelme, 79), De Paul (Lino, 78), Barrios (Koke, 78), Qallaher, Sörlot (Qrizmann, 59), Alvares (Korrea, 79).
Qollar: Alvares, 15 (0:1). Lyorente, 43 (0:2). Alvares, 59 (0:3). Qrizmann, 70 (0:4). Korrea, 85 (0:5). Korrea, 89 (0:6).
Vərəqə: Peşek, 66. Barrios, 67 – sarı.
Hakim: Danni Makkeli (Niderland).
26 noyabr. Praqa. 18110 tamaşaçı.
Slovan – Milan 2:3 (1:1)
Slovan (Bratislava, Slovakiya): Takaç, Blekmen, Bayriç, Kaşiya, Vut (Martselli, 76), Medvedev, Kutska (Toliç, 76), Savvidis (Mak, 90), Barseqyan, Strelets, Metsoko (İqnatenko, 66).
Milan (İtaliya): Menyan, Kalabriya (Emerson, 74), Tomori, Pavloviç, T.Ernandes, Fofana (Musa, 75), Reynders, Çukvueze, Pulişiç (Loftus-Çik, 75), Okafor (Leao, 46), Abraham (Kamarda, 84).
Qollar: Pulişiç, 21 (0:1). Barseqyan, 24 (1:1). Leao, 68 (1:2). Abraham, 71 (1:3). Martselli, 88 (2:3).
Vərəqələr: Çukvueze, 54. Kalabriya, 58. Tomori, 79. Toliç, 90. Bayriç, 90+6 – sarı. Toliç, 90+1 – qırmızı (ikinci sarı).
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
26 noyabr. Bratistava. 22500 tamaşaçı.
Bavariya – PSJ 1:0 (1:0)
Bavariya (Münhen, Almaniya): Noyer, Laymer, Upamekano, Kim Min Ce, Devis, Kimmix, Qoretska, Sane (Olise, 72), Musiala (Müller, 77), Koman (Qnabri, 72), Keynş
PSJ (Paris, Fransa): Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Vitinya, Neveş, Ruis (Asensio, 83), Zair-Emeri (Li Kan İn, 65), Dembele, Barkola (Ramuş, 72).
Qol: Kim Min Ce, 38.
Vərəqələr: Dembele, 37. Hakimi, 57. Koman, 67. Mendeş, 71. Olise, 77. Qnabri, 84. Ruis, 90+5 – sarı. Dembele, 57 – qırmızı (ikinci sarı).
Hakim: İştvan Kovaç (Rumıniya).
26 noyabr. Münhen. 75000 tamaşaçı.
İnter – Leyptsiq 1:0 (1:0)
İnter (Milan, İtaliya): Zommer, Dyumfris, Pavar (Bissek, 44), De Vrey, Bastoni (Auqusto, 65), Dimarko, Çalxanoğlu (Mxitaryan, 76), Barella, Zelinski, L.Martines (Arnautoviç, 76), Taremi (Türam, 65).
Leyptsiq (Almaniya): Qulaçi, Gertryoyda (Gebel, 85), Orban, Lukeba, Henrixs, Baumqartner (Uedraoqo, 61/Vermeren, 70), A.Aydara (Zayvald, 61), Kampl, Nusa, A.Silva (Şeşko, 61), Openda.
Qol: Lukeba, 27-öz qapısına.
Vərəqələr: Pavar, 11. Bastoni, 33. Baumqartner, 34. Lukeba, 85 – sarı.
Hakim: Joao Pineyro (Portuqaliya).
26 noyabr. Milan. 63174 tamaşaçı.
Mançester Siti – Feyenoord 3:3 (1:0)
Mançester Siti (İngiltərə): Ederson, Lüis, Akanci, Ake (Simpson-Pyuzi, 68), Qvardiol, Gündoğan (De Bruyne, 68), B.Silva, Nunyeş, Foden (Makeyti, 68), Holann, Qriliş.
Feyenoord (Rotterdam, Niderland): Vellenroyter, Niuvkoop (Lotomba, 72), Trauner, Hantsko, Smal (Beelen, 68), Hvan İn Bom (Qonsales, 90+3), Milambo (Zerruki, 68), K.Timber, Hac-Mussa, Karransa (Ximenes, 72), Payşao.
Qollar: Holann, 44-p. (1:0). Gündoğan, 50 (2:0). Holann, 53 (3:0). Hac-Mussa, 75 (3:1). Ximenes, 82 (3:2). Hantsko, 89 (3:3).
Vərəqələr: Karransa, 57. Makeyti, 88 – sarı.
Hakim: Radu Petresku (Rumıniya).
26 noyabr. Mançester. 47011 tamaşaçı.
Sportinq – Arsenal 1:5 (0:3)
Sportinq (Lissabon, Portuqaliya): İsrael, Kenda, Sent-Yuste, Diomande, İnasio (Reys, 88), Arauxo (Katamo, 68), Yulmann, Morita (Harder, 78), Edvards (Braqansa, 68), Trinkan (Simoeş, 88), Dyökereş.
Arsenal (London, İngiltərə): Raya, Y.Timber, Saliba, Qabriel (Kivyor, 84), Kalafyori (Zinçenko, 78), Parti, Rays (Merino, 70), Edeqor (Nvaneri, 78), Saka, Haverts, Martinelli (Trossar, 70).
Qollar: Martinelli, 7 (0:1). Haverts, 22 (0:2). Qabriel, 45+1 (0:3). İnasio, 47 (1:3). Saka, 65-p. (1:4). Trossar, 82 (1:5).
Vərəqələr: Diomande, 4. Rayya, 52 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
26 noyabr. Lissabon. 47386 tamaşaçı.
Barselona – Brest 3:0 (1:0)
Barselona (İspaniya): Penya, Kunde, Kubarsi, İ.Martines, X.Martin (Balde, 78), Kasado, Pedri (De Yonq, 88), Rafinya, Lopes (Torre, 78), Olmo (Qavi, 67), Levandovski.
Brest (Fransa): Bizot, Lala, Şardonne, Le Kardinal, M.Aydara, Fernandeş (Marten, 77), Kamara (Fevr, 69), Manyetti, Dumbiya (Pereyra Laje, 69), Ajork (Del Kastilyo, 77), Sima (Balde, 59).
Qollar: Levandovski, 10-p. (1:0). Olmo, 66 (2:0). Levandovski, 90+2 (3:0).
Vərəqələr: Lala, 24. Kamara, 63. Ajork, 74. Le Kardinal, 81 – sarı.
Hakim: İrfan Pelto (Bosniya və Hersoqovina).
26 noyabr. Barselona. 46317 tamaşaçı.
Bayer-04 – Zaltsburq 5:0 (3:0)
Bayer-04 (Leverkuzen, Almaniya): Kovarj, Frimponq (Tella, 68), Tapsoba, Ta, İnkapye (Artur, 67), Qrimaldo, Caka, Andrix, Palasios (A.Qarsiya, 67), Virts (Onyeka, 76), Şik (Stepanov, 73).
Zaltsburq (Avstriya): Şlager, Dediç, Pyontkovski, Baydu, Terziç (Qindo, 46), Klark (Bidstrup, 46), Qurna-Duat (Bayçetiç, 46), Dyambu (Kapaldo, 74), Yeo, Konate (Dorjeles, 16), Qlux.
Qollar: Virts, 8-p. (1:0). Qrimaldo, 11 (2:0). Virts, 30 (3:0). Şik, 61 (4:0). A.Qarsiya, 72 (5:0).
Vərəqələr: Yeo, 58. Andrix, 65 – sarı.
Hakim: Nikolay Balakin (Ukrayna).
26 noyabr. Leverkuzen. 29211 tamaşaçı.
Yanq Boyz – Atalanta 1:6 (1:4)
Yanq Boyz (Bern, İsveçrə): Fon Ballmoos, Blum, Kamara, Lauper, Acam (Atekame, 78), Nyasse, Uqriniç, Lakomı (Maleş, 46), Kolli (Virjinyus, 46), Qanvula (İtten, 61), Monteyro (Elia, 67).
Atalanta (Berqamo, İtaliya): Karnesekki, Kuadrado, Kossunu, Hin (Qodfri, 80), Kolaşinats (Toloy, 75), Ruceri, De Roon, Paşaliç, De Ketelare (Palestra, 75), Breşianini (Samarciç, 63), Retegi (Zanyolo, 63).
Qollar: Retegi, 9 (0:1). Qanvula, 11 (1:1). De Ketelare, 28 (1:2). Kolaşinats, 32 (1:3). Retegi, 39 (1:4). De Ketelare, 56 (1:5). Samarciç, 90 (1:6).
Vərəqələr: Kolli, 44. Breşianini, 45. Elia, 74 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
26 noyabr. Bern. 31500 tamaşaçı.
Faktlar
* “Bavariya” evdəki məğlubiyyətsiz oyunlar seriyasını davam etdirdi. Münhen nəhəngi son 33 ev oyununun 31-də qalib gəlib, 2-də heç-heçə edib. Bu isə turnirin tarixindəki ən uzun seriyadı. “Bavariya” 2009-20 aralığında 33 ev oyununda uduzmayan “Barselona”nın rekordunu təkrarladı.
* “Bavariya”nın müdafiəçisi Kim Min Ce “Rubin”in baş məşqçisi Rəşid Rəhimovun Çempionlar Liqasındakı rekordunu təkrarladı. 28 yaşlı koreyalı bu turnirdə PSJ-nin qapısından top keçirən ikinci asiyalı futbolçudu. Tacikistanlı Rəhimov indiyə qədər ən nüfuzlu klub turnirində parislilərin qapısına qol vuran yeganə asiyalı idi. O, bunu 1994-cü ildə "Spartak"ın heyətində oynayarkən bacarmışdı. Moskvada keçirilən oyunda meydan sahibləri 1:2 uduzmuşdu.
* Levandovski ÇL-də 100 və daha artıq qol vuran üçüncü futbolçudu. Polşalı hücumçu “Brest” ilə oyunda qol sayını 101-ə çatdırdı. Ona qədər yalnız Kriştiano Ronaldu (140) və Messi (129) 100 qol həddini keçib.
* Holann dubl etməklə ÇL-də keçirdiyi 44-cü oyunda qol sayını 46-ya çatdırdı. 24 yaşlı norveçlinin hesabında daha 5 məhsuldar ötürmə də var. Holann ÇL tarixində 50 məhsuldar hərəkət etməyi hamıdan tez bacarıb. O, bunu 45-ci oyunda bacaran Van Nistelroyun rekordunu yenilədi.
* MS ÇL tarixində yeni antirekord müəyyənləşdirdi. Mançester təmsilçisi bu turnirdə 75-ci dəqiqəyə 3:0 öndə girən, lakin qalib gələ bilməyən ilk komandadı. Yeri gəlmişkən, baş məşqçi kimi 942-ci oyuna çıxan Qvardiola da indiyə qədər heç vaxt 3:0 öndə olduğu oyunda qələbəni əldən verməmişdi. Onun əvvəllər “Bavariya” ilə “Barselona”nı çalışdırdığını da xatırladaq.
Oyundan sonra
Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“3:0 öndəydik, hər şey yaxşı gedirdi. Ancaq sonradan bir-birinin ardınca qollar buraxdıq. Son vaxtlar işlərimiz yaxşı getmir, həssas dönəmdən keçirik, bu üzdən qələbəyə ehtiyac duyurduq. Mümkün qələbə bizə özünəinam verəcəkdi. Rəqib nəsə yaratmağa başlayan kimi problemlərimiz üzə çıxdı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Dekabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see142

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see140

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see139

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see139

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see136

Bakıda FACİƏ: iki qardaş...

13 Aprel 2025 13:46see131

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see129

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see128

İŞİD ə qarşı tarixi ittifaq: 5 ölkə güclərini birləşdirir

13 Aprel 2025 15:26see126

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see124

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see122

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see122

Zelenski beynəlxalq ictimaiyyətə səsləndi: “Rusiyaya qarşı daha sərt tədbirlər görün!”

13 Aprel 2025 16:15see120

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see119

Heydər Əliyev Mərkəzinin parkında gəzinti istirahət və incəsənət gözəlliyini seyr etmək üçün sevilən məkan FOTO

13 Aprel 2025 11:33see117

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see113

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see112

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see110

Kikboksçuların iştirakı ilə Ulu Öndərə həsr olunmuş xatirə turniri keçirilir FOTOLAR

13 Aprel 2025 14:13see110

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri