Icma.az
close
up
RU
“Qonaqlar gəlibgedəcək, özü isə qəzəbli əhali ilə üzüzə qalacaq”

“Qonaqlar gəlibgedəcək, özü isə qəzəbli əhali ilə üzüzə qalacaq”

Icma.az, Ayna saytına istinadən bildirir.

Deputat: “Barnienin kabinetinin istefasından sonra Makron öz yaşaması üçün mübarizə aparmalı olacaq”

Ötən həftə Fransanın siyasi tarixində 62 il əvvəlki presedenti təkrarlayan bir hadisə baş verdi. Mişel Barnienin rəhbərlik etdiyi Fransa hökuməti cəmi üç aydan sonra istefa verdi.

Yada salaq ki, sonuncu dəfə belə bir hadisə 1962-ci ildə, Jorj Pompidu kabineti istefaya göndəriləndə baş vermişdi.

Qeyd edək ki, Barnie hökumətinə etimadsızlıq səsverməsinə səbəb 2025-ci ilin büdcəsinin razılaşdırılması zamanı yaranan fikir ayrılıqları olub. ÜDM-in 6,1%-nə çatan büdcə kəsirini azaltmaq, Avropa norması olan 3%-ə yaxınlaşmaq üçün hökumət xərclərin 40 milyard avro azaldılmasını, həmçinin iri korporasiyalar və varlı fransızlar üçün vergilərin artırılmasını təklif etdi ki, bu da xəzinədarlığa 20 milyard avro gətirəcək. Ümumilikdə, bu, büdcə kəsirini ÜDM-in təxminən 2%-i qədər azalda bilər.

Mişel Barnienin bir sıra güzəştlərə getməsinə baxmayaraq, fraksiyasına Marin Le Penin rəhbərlik etdiyi ifrat sağçılar üçün bu kifayət etmədi. Nəticədə, Barnie büdcə xərclərinin sosial hissəsi haqqında qanun layihəsi təqdim etmək üçün Parlamentin aşağı palatasında səsvermədən yan keçməyə imkan verən Konstitusiyanın 49.3-cü maddəsindən istifadə etmək qərarına gəldi.

Buna cavab olaraq, aşağı palatada mandatların yarıdan çoxuna birgə sahib olan ifrat sağçı Milli Birlik partiyası və solçu Yeni Xalq Cəbhəsinin fraksiyaları hökumətə etimadsızlıq səsverməsi elan etmək qərarına gəliblər.

Siyasi hadisələr bundan sonra necə inkişaf edəcək? Xüsusilə, Fransa Prezidenti Emmanuel Makronun impiçment riski varmı?

Mövzunu AYNA-ya şərh edən Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov xatırladıb ki, Barnie hökumətinin ömrü uzun sürmədi və ekspertlərin proqnozlaşdırdığı kimi, dövlət büdcəsinin müzakirəsi zamanı dağıldı: “Xərclərin azaldılması siyasəti aparmaq lazım idi, çünki bir neçə il ərzində büdcə kəsiri 5 faizi ötmüşdü, halbuki Aİ qaydalarına görə bu, 3 faizi keçməməlidir. Aydındır ki, Milli Assambleyadakı sol çoxluq özünü Prezident Makron tərəfindən aldadılmış hiss edib və təkcə hökumətə etimadsızlıq səsverməsi ilə deyil, həm də dövlət başçısının özünü impiçmentlə hədələyib”.

“Həqiqətən də, seçki kampaniyası zamanı Makronun mərkəzçi liberal partiyası Mari Le Penin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün solçu partiyalar vasitəsilə bloklandı. Lakin Makron parlamentdə ən böyük fraksiyanı təşkil edən solçuları təmin etməyib, respublikaçı Barnienin başçılıq etdiyi texniki nazirlər kabinetini formalaşdırdı. Nəticədə həm sol, həm də sağçıların səsləri ilə hökumət istefaya göndərildi”, - deyə həmsöhbətimiz bildirib.

Makronun Barnie hökuməti ilə eyni aqibəti yaşaya biləcəyi sualına cavab verən Musabəyovun sözlərinə görə, Fransa Konstitusiyası Prezidentə böyük səlahiyyətlər verir: “O, parlamentdən yan keçərək büdcəni təsdiq edə və yaya qədər texniki hökuməti saxlaya bilər ki, son seçkilərdən bir il sonra parlamenti buraxıb yeni seçkilər təyin edə bilsin. Lakin sağ və sol müxalifət insanları küçələrə çıxarıb Prezident Makronun özünün istefası tələbi ilə etiraz kampaniyasına başlasa, onun siyasi manevrlərə yeri qalmayacaq”.

“Sorğulara əsasən, Makronun vətəndaşlar arasında etimad reytinqi olduqca aşağıdır - 22-25 faiz aralığındadır. Aydındır ki, Prezident Makron hakimiyyətini yaşatmaq uğrunda mübarizə aparır. Nəticə etibarı ilə onun Cənubi Qafqazda və ya Ukraynada siyasi intriqalara vaxtı olmayacaq. Bu arada Makron böyük yanğından sonra bərpa edilən Notr-Dam de Paris Kilsəsinin açılışından, KİV-in yazdığına görə, ABŞ Prezidenti Donald Trampın iştirak etməyə razılıq verdiyi PR kampaniyası kimi istifadə etməyə çalışır. Yaxşı, qonaqlar gəlib-gedəcək, Makron isə sol və sağ müxalifətlə, eləcə də hazırkı hakimiyyətin boş vədlərindən və arxayınlığından yorulmuş qəzəbli əhali ilə üz-üzə qalacaq”, - deyə analitik fikrini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://ayna.az
archiveBu xəbər 09 Dekabr 2024 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri