Icma.az
close
up
RU
Qondarma rejimin “nazir”ləri İrəvanda təyin olunurdu

Qondarma rejimin “nazir”ləri İrəvanda təyin olunurdu

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 2-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və sualları cavablandırması ilə davam etdirilib.

Zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, – deyə R.Quliyev qeyd edib.

O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.

R.Quliyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini bildirib.

Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, – deyə o əlavə edib.

R.Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də vurğulayıb.

Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o, vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında təbliğatların başlandığını bildirib.

N.Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə də danışıb: “Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər”.

C.Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.

C.Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və yaralananların olduğunu bildirib.

Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib.

Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.

Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin kənddə əhalinin 600–650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən 1988–1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”.

O, suallara cavabında Emil Balayanı tanıdığını, onun kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.

Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun 26–27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”.

Bu zaman prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxanyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduqlarını bildirib və əlavə edib: “Bütün bunlara başçılıq edən Valodiya Xaçaturyan idi”.

D.İşxanyan Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin ünvanladığı növbəti suallara cavabında 1992-ci ilin sentyabrında hərbi xidmətə çağırıldığını, daha sonra 28-ci “Xocavənd batalyonu”nda tabor komandiri təyin olunduğunu bildirib. Təqsirləndirilən şəxs “Xocavənd müdafiə rayonu”nun komandirinin Monte Melkonyan, müavininin isə Movses Akopyan olduğunu deyib.

“Taborumda 430-480 hərbçi var idi. Digər taborlarda say daha az və ya daha çox olurdu. Tapşırıqları qərargahdan alırdım. Taborun sərəncamında qumbaraatanlar, pulemyotlar, “Kalaşnikov” avtomatları var idi”, – deyə o əlavə edib.

D.İşxanyan Ağdərənin yuxarı hissəsinin işğalı əməliyyatında, Kəlbəcər rayonu istiqamətində Çərəkdarın və Xudavəngin, Füzuli rayonunun iki istiqamətində, o cümlədən Aşağı Veysəlli istiqamətində kiçik bir yüksəkliyin işğalında iştirak etdiyini bildirib.

Təqsirləndirilən şəxs “Emil Balayanın sizinlə ədavəti var idimi ki, sizin və qardaşınızın adını çəksin” sualına cavab verməkdən yayınaraq bildirib ki, o, şənbə və bazar günləri kənddə növbə çəkilməsi ilə məşğul olub.

Bu zaman dövlət ittihamçısı Vüsal Əliyev elan edib ki, digər erməniəsilli şəxslər (Aleksandr Qriqoryan və digərləri) də E.Balayanın ifadəsinə bənzər ifadələr verib, eyni adları çəkiblər.

Ardınca təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, 2015–2018-ci illərdə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “müdafiə ordusunun komandanı” vəzifəsini, buna qədər isə hərbi sahədə bir sıra vəzifələr tutduğunu təsdiqləyib. O, qondarma rejimin “ordusu”nda xidmətə 1992-ci ilin sentyabrında başladığını bildirərək qeyd edib: “Motoatıcı taborun komandirinin müavini vəzifəsində başladım”.

O, Xocavənd əməliyyatlarında iştirak etmədiyini, Xocalıda isə ümumiyyətlə, ilk dəfə 1990-cı illərin ikinci yarısında olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il oktyabrın 2-də Şuşa rayonunun Şırlan kəndində yerləşən tabora gedərkən yaralanıb.

Levon Mnatsakanyan Azərbaycanın Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanı Ermənistanda xidmət etdiyi zaman tanıdığını deyib. Bildirib ki, həmin vaxt Arkadi Ter-Tadevosyan ordu üçün mütəxəssis hazırlayırdı.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarına cavabında Xocavəndin işğalında və Qaradağlıdakı qətliamlarda hansı qüvvələrin iştirak etməsi barədə məlumatsız olduğunu iddia edib.

O, Aşot Qulyan və Monte Melkonyan ilə şəxsən tanış olmadığını da iddia edib.

A.Qukasyan dövlət ittihamçısı Fuad Musayevin həmin adamları tanımadan onları qondarma rejimin “qəhrəmanı” adı ilə təltif etməsi barədə suala isə konkret cavab verə bilməyərək, bununla bağlı “komissiya”nın təqdimatının olduğunu söyləyib.

O, Artur Aqabekyanla təxminən 1994–1995-ci ildən sonra tanış olduğunu və onu 1999-cu ildə qondarma rejimin “daxili işlər naziri” “təyin” etdiyini bildirib.

“Bildiyim qədərilə Ermənistan Müdafiə Nazirliyində xidmət edirdi”, – deyə A.Qukasyan əlavə edib.

Xatırladaq ki, A.Aqabekyan 2000–2007-ci illərdə Ermənistan Respublikası müdafiə nazirinin müavini olub, habelə Ermənistanda bir sıra digər yüksək vəzifələrdə çalışıb.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin olunub.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 May 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see245

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see235

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see140

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see138

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see130

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see122

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see119

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see118

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see118

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see117

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see117

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see114

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see113

İrandan “Hizbullah”a dəstək

07 Avqust 2025 04:49see113

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see111

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see110

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see110

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see109

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see109

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri