Erməni nazir qondarma dövləti “diriltdi” “Əcdadlarım ordandır”
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Mənim tarixi vətənim Kilikiyadır (Türkiyənin cənub əraziləri nəzərdə tutulur – red.), amma mən real vətənim kimi Ermənistan Respublikasına üstünlük verirəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan parlamentdə çıxışı zamanı deyib.
“Mənim əcdadlarım Kilikiyadandır, mənim də tarixi vətənim var, amma mən öz vətənim olan Ermənistan Respublikasını üstün tuturam”, - Qalyan bildirib.
Nazirin sözlərinə görə, hökumət üzvü kimi o, ancaq Ermənistan Respublikasının maraqlarına xidmət etməyə hazırdır: “Sizin üçün Ermənistan Respublikasından başqa vətən varmı, Ermənistan Respublikasının maraqlarından başqa dövlət maraqları varmı?”.
Srbuhi Qalyan həmçinin müxalif deputat Aram Vardevanyanı tənqid edərək qeyd edib ki, onun səsləndirdiyi ifadələr Konstitusiyanın ümummilli məqsədləri müəyyən etdiyi anlamına gəlmir.
Xatırladaq ki, Kilikiya xəyali erməni dövlətidir. Ermənilər iddia edirlər ki, XI-XIV əsrlərdə bugünkü Türkiyənin cənub ərazilərində (Cənubi Andolu) bu adda “dövlət”ləri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 14 Sentyabr 2026 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















