Icma.az
close
up
RU
Qondarma siyasi epitetlər və eşidilməyən hay küy

Qondarma siyasi epitetlər və eşidilməyən hay küy

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əli Kərimli bütün dövrlər üçün özü-özünə bir epitet tapıb və o epitetlərin arxasında gününü keçirib. Bəzən bunu ictimai fikrə yükləmək istəyib, amma alınmayıb.

Özü-özünə o qədər inanıb ki, indi də o köhnə variantlardan istifadə edir. Ötən 30-35 il ərzində dəyişən nəsə yoxdur. Dəyişən təkcə o epitetlərdir.

İndi də özünü demokratik müxalifətin lideri elan edib. Halbuki, ona heç kim, xüsusilə də xalq belə bir siyasi status verməyib. Nə xalq onu lider seçib, nə də müxalifət. Ona görə də Əli Kərimlinin müxalifətin adından danışmaq hüququ yoxdur. Amma danışır, kiminsə köməyi ilə bir söz uydurur və onun əsirinə çevrilir. Bu dəfə onun köməyinə Fransa mediası çatıb.  

Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən və ermənipərəst məqalələri ilə tanınan “Le Monde” qəzeti Əli Kərimlini müxalifətin lideri kimi təqdim edib. 

Ortada bir siyasi bazarlaşmanın olduğu açıq görünür: Əli Kərimli Azərbaycan dövlətinin əleyhinə danışır, dövlətçiliyə qarşı qara piar təbliğatı aparır, Fransa mətbuatı isə onu "müxalifətin lideri" adlandırır. İşğalçı Ermənistana, Qarabağda ləğv edilmiş qondarma rejimə dəstək verən, ermənilərin Azərbaycana qarşı informasiya müharibəsini tirajlayan “Le Monde”-yə bir dəfə olsun etiraz etməyən Əli Kərimli indi ora müsahibə verir, özünü bol-bol reklam edir. Məqsəd isə özünü cəmiyyətə lider imicində göstərmək, illərdir zəbt etdiyi sədr kürsüsündən möhkəm yapışmaqdır. 

Amma bu cəhdlərin faydası yoxdur. Çünki Əli Kərimlinin lider olub-olmaması Azərbaycan xalqı üçün maraqlı deyil. Əslində, Əli Kərimlinin siyasi fəaliyyətinin heç bir dönəmi xalq üçün maraqlı olmayıb. Maraqlananlar tək-tük adam olubsa da, buna bir əyləncə kimi baxıblar.  

Dünyanın dəyişdiyi bir zaman kəsiyində yaşayırıq. Bizim yaşadığımız region da bu qəbildəndir. Xüsusən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra tamamilə fərqli siyasi reallıqlar yaranıb və cəmiyyət yeni dəyərlər ətrafında birləşib. 

Ona görə də xalqla dövlətin birləşdiyi bu meydanda Əli Kərimlinin sözü, hay-küyü eşidilmir. "“Le Monde”-nin və Əli Kərimlinin iddia etdiyindən fərqli olaraq,

Azərbaycan müxalifətinin Əli Kərimli adında lideri yoxdur. Çünki Azərbaycanda konstruktiv siyasi müxalifət formalaşıb və  qaragüruh ictimai rəydə qəbul olunmur. 

Bütün qaragüruhlar siyasi mədəniyyətdən uzaq fəaliyyətin tərəfdarlarıdırlar. Xalq isə siyasi mədəniyyəti olmayanları siyasətdə görməyin, dəstəkləməyin əleyhinədir. 

Əli Kərimli özünü nə qədər lider adlandırsa da, müxalifəti təmsil edə bilməz. O ancaq hələlik ətrafında saxlaya bildiklərinin lideri ola bilər.  Amma indi aldanaraq orada olan adamların nə qədər dözəcəyi özü də müəmmalıdır. 

Ortada olan reallıq fərqlidir. Bir vaxtlar öz ətrafıyla pafoslu görüntü yaradan Əli Kərimlinin o zaman yanında olanlar onu tərk etdiyindən, meydanda tək qaldığından sözünü demək üçün düşmən tribunasına üz tutub. Lakin bunun da faydası olmayacaq. Artıq beynəlxalq aləmdə hamı Azərbaycan dövlətinin mövqeyi və nüfuzu ilə hesablaşır. Əli Kərimlinin öz boyuna biçdiyi "liderliyi" isə bu nüfuzla müqayisə olunmayacaq dərəcədə kiçikdir.

Süleyman  
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see227

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see195

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see172

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see158

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see154

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see154

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see153

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see147

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see147

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see139

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see137

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri