Icma.az
close
up
RU
Qondarma “soyqırım” və İKİÜZLÜLÜK TƏHLİL

Qondarma “soyqırım” və İKİÜZLÜLÜK TƏHLİL

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qondarma “erməni soyqırımı” cəfəngiyyatının yenə də ortalığa atılması artıq ikrah doğurur. Məhz erməni lobbisinin təsiri altında olanların alətə çevrilərək, hayların uydurmalarının, yalanlarının ayaq tutub yeriməsi üçün “canfəşanlıq” etmələri həqiqətən də həddindən artıq utancvericidir. Xüsusən də Amerika kimi nəhəng bir dövlətdə konqresmenlərin Ermənistan kimi cılız bir ölkənin əsassız iddialarına nökər kimi “qulluq” etmələri onların rəzalətidir.

Əqidəsini satanlar da təəssüf ki, olur və məhz belələri ABŞ konqresi üçün üz qarası sayılmalıdırlar

Diqqətə çatdıraq ki, bir qrup konqresmen qondarma “erməni soyqırımı” ilə bağlı guya maarifləndirici proqram hazırlayan qanun layihəsi təqdim edib. Yəni, məhz konqresmenlərin bir neçəsi erməni oyunlarına alət olmağı yenə də özlərinə rəva biliblər. Hayların “soyqırım” uydurmalarının ağ yalan olduğunu bilə-bilə bir qrup konqresmenin hansısa layihə ilə çıxış etməsi, hansısa layihəni təqdim etməsi ümumiyyətlə, ABŞ konqresmenləri üçün imic, nüfuz baxımından böyük zərbədir. Doğrudur, bu absurd layihənin təşəbbüskarı Dina Titus və ona qoşulan Qus Bilirakis, David Valadao və Ted Liu kimi alətə çevrilən həmkarları olub, amma bu bir neçə konqresmen erməni oyunlarına alət olmağı qəbul etməklə, bütövlükdə Amerika konqresmenləri ilə bağlı mənfi rəy formalaşdıra bilib.

Rəsmi Vaşinqton hazırda məhz Donald Trampın rəhbərliyi ilə Azərbaycanla münasibətləri daha da yaxşılaşdırmağa çalışdığı halda, Amerika rəsmiləri ölkəmizin haqlı olduğunu, haqq işi uğrunda mübarizə apardığını bildirdiyi halda və erməni yalanlarına məhəl qoyulmaması fonunda konqresmenlərin belə bir absurd layihə ilə çıxış etməsi və onu təqdim etməsi əlbəttə ki, paradoksaldır. Dünyanın bir çox mətbuat səhifələrinin mövqeyi də təsdiq edir ki, məhz erməni oyunlarına alət olmayanlar bu fikirdədirlər və onlar da məhz rəsmi Vaşinqtonun mövqeyi ilə konqresmenlərin absurd layihə təqdim etmələrinin tamamilə təzadlı olduğu qənaətindədirlər. Yalnız erməni mətbuatı və hayların dəyirmanına su tökməyə çalışanlar fərqli yanaşma sərgiləyirlər. Bunu da başa düşmək çətin deyil. Çünki ermənilərin öz yalanlarına həqiqət donu geyindirmək istəyi və bunun üçün də “əldən-ayaqdan getmələri” çoxdan bütün dünya ictimaiyyətinə, xüsusən də bizim özümüzə bəllidir. Həm də bəllidir ki, hayların, erməni lobbisinin vəsaitlərinə əl açan həmin o sadalanan konqresmenlər kimi əqidəsini satanlar da təəssüf ki, olur və məhz belələri ABŞ konqresi üçün üz qarası sayılmalıdırlar.

Yalan, uydurma olduğunu bilə-bilə məlum təklifi irəli sürmək ədalətsiz yanaşma, haqsızlıq və ikiüzlülükdür

Bəli, erməni lobbisinin vəsaitləri ilə satın alınmış, erməni diasporlarının təsiri altında olan konqresmenlərin absurd təşəbbüsünü və təklifini Ermənistana məxsus kütləvi informasiya vasitələri böyük “həvəslə” yayırlar. Bunu başa düşmək heç də çətin deyil. Məhz erməni mətbuatı Amerika Birləşmiş Ştatlarının Hay Dat Komitəsinə istinadən şövqlə xəbər verir ki, layihə beş il ərzində tədris materiallarının hazırlanması və yayılması, müəllimlərin təlimi, onlayn resursların yaradılması, eləcə də müvafiq mövzuların məktəb kurikulumlarına daxil edilməsi üçün 10 milyon dollar ayırmağı planlaşdırır. Haylara məxsus medianın bu şəkildə “sevincək” olması qeyd olunduğu kimi, başadüşüləndir. Amma başa düşülməyən, yaxud da qəbul edilməyən məhz həmin o absurd layihə ilə konqresmenlərin çıxış etmələridir, çünki onların məhz bunun yalan, uydurma olduğunu bilə-bilə məlum təklif irəli sürmələri ədalətsiz yanaşma, haqsızlıq və ikiüzlülükdür.

Dina Titus utanmadan, qızarmadan deyir ki, guya onun təşəbbüsü tələbələrə “erməni soyqırımı” haqqında məlumat verməklə, mübarizədə bir addım olmaqla yanaşı, qurbanların xatirəsini ehtiramla yad etmək üçün də bir “yol” olacaq. "Bu qanun həqiqət və ədalət axtarışıdır və təhsilin dünyanı gələcək nəsillər üçün daha məlumatlı və humanist bir yerə çevirə biləcəyinə inamdır", deyən Titus həyasızcasına ağ yalana əl atır. Əvvəla, qondarma “erməni soyqırımı” olmayıb və bu barədə danışmaq belə nəinki çox gülüncdür, həm də həyasızlıq və çox böyük simasızlıqdır. Digər tərəfdən də, yalanı, uydurmanı “bayraq edən” Dina Titusun və həmfikirlərinin belə bir təklifin fonunda həqiqət və ədalət axtarışı özü heç bir normaya sığışmayan utanmazlıqdır. Belə ədalətsizlik, belə haqsızlıq, belə ikiüzlülük ancaq Titus və onunla həmfikir olan, erməni lobbisinin əlində oyuncağa çevrilənlərə, alət olanlara məxsusdur.

Titus öz çağırışı ilə özünü ifşa edib və necə bir ermənipərəst, necə ikiüzlü olduğunu göstərib

ABŞ Konqresinin gündəliyinə məhz erməni lobbisi tərəfindən fəal şəkildə təbliğ edilən qondarma “erməni soyqırımı” mövzusunun davamlı şəkildə daxil edilməsi elə bil ki, artıq bir tendensiyaya çevrilib. Sanki bəzi konqresmenlər bu qondarma mövzunu gündəliyə daşımağa alışqandırlar. Belə bir qondarma layihəni gündəmə gətirməyə çalışanlar hər dəfə də uğursuzluqla qarşılaşsalar belə, həya, abır edənə oxşamırlar. Xatırladığımız kimi, bu qondarma layihə əvvəlcə 2022-ci il aprel ayında Caroline Maloney və Qus Bilirakis kimi alət olan konqresmenlər tərəfindən təklif edilmişdi və uğursuzluqla qarşılaşdıqları da yaddadır. Belə bir uğursuzluğun ardınca indi də məhz ardıcıl anti-Azərbaycan mövqeyi və ölkəmizə qarşı əsassız hücumları ilə tanınan Dina Titusun bu təşəbbüsü irəli sürmək missiyasını öz üzərinə götürməsi olduqca gülüncdür. Çünki heç bir fakt və heç bir arqumentə əsaslanmayan, yalan, uydurma iddiaları irəli sürməklə, Titus özün gülünc vəziyyətə salmış olur.

“Mən indicə “Artsax”da ermənilərin etnik təmizləməsi və siyasi müxalifətin amansız repressiyasından sonra 44 Azərbaycan məmurunu hədəfə alacaq Sanksiya Aktını təqdim etdim”, sözlərini sosial şəbəkədə paylaşan Dina Titus, 2024-cü il aprel ayında ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırış edib. Onun bu çağırışı ilə əslində, əsl üzü, yəni, ermənipərəst mövqeyi açıq şəkildə ifşa olunub. Daha doğruru, Titus bu çağırışı ilə özün ifşa edib. Özü də məhz Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham edilən şəxsləri, Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrini müdafiə etməklə, Dina Titus necə bir ermənipərəst və ikiüzlü olduğunu göstərib. “Artsaxda ermənilərə hücum etdikdən sonra Azərbaycan 90 hərbi əsir, o cümlədən bir çox yüksək vəzifəli erməni məmurları saxlamaqda və onlara işgəncə verməkdə davam edir”, sözlərini, daha doğrusu yalanlarını ötən ilin iyulunda öz mikrobloqunda utanmadan yazmaqla “kifayətlənməyən” Titus, erməni lobbisinə daha çox yarınmaq, ermənilərin aləti olduğunu sübut etmək üçün cari ilin yanvarında bu dəfə Bakıda keçirilən məhkəmə prosesi ilə bağlı yenidən cəfəngiyyatlar səsləndirib. “18 erməni siyasi məhbusu Azərbaycanda həbsxanaya salıblar” deyən həmin o konqresmen erməni lobbisinə “sadiq nökər” olduğunu, sponsorlarının vəsaitlərinə görə onlara “sədaqətli qul” oldiuğunu göstərməyə çalışıb. Belə görünür ki, buna nail ola bilib də.

ABŞ-Azərbaycan münasibətlərinin inkişafına mane olduqlarını düşünməyən konqresmenlər erməni lobbisinin marionetinə çevrilirlər

Heç şübhəsiz ki, bir qrup amerikalı konqresmen tərəfindən erməni maraqlarının həyasızcasına müdafiə edilməsi fəal erməni lobbiçiliyinin, fəal erməni diasporunun irimiqyaslı maliyyələşdirməsi sayəsindədir. Bütün dünya ictimaiyyəti çox yaxşı görür ki, ABŞ Konqresi, daha dəqiq desək, bəzi konqresmenlər artıq uzun müddətdir ki, erməni lobbisinin əlində alətə çevrilib. Elə alətə çevriliblər deyə, məhz öz uydurmalarını, yalanlarını beynəlxalq ictimaiyyətə sırımağa çalışan erməni lobbisinin təsiri altındadırlar. Məhz erməni lobbisinin marionetinə çevrilən konqresmenlər elə buna görə də Amerika ilə Azərbaycan arasında olan münasibətlərinin inkişafına mane olduqlarını belə düşünmədən hayların dəyirmanına su tökməkdə davam edirlər.

Onu da diqqətə çatdıraq ki, təkcə ABŞ Konqresində deyil, elə Fransa Senatında da Azərbaycana qarşı hücumlar münaqişədən sonrakı dövrdə daha intensiv xarakter alıb və ələlxüsus da məhz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ilkin şərtlərin yarandığı, Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlandığı vaxt daha da güclənib. Təsadüfi deyil ki, sülhə sadiqlik bəyanatlarına baxmayaraq, İrəvan məhz ABŞ və Fransanın dəstəyini gördütyü üçün hərbiləşdirmə kursuna üstünlük verir və danışıqları uzadır. Bütün bu reallıqları elə konqresmenlər də yaxşı görürlər və deməli, belə çıxır ki, Ermənistanın qonşuları ilə münasibətləri tənzimləmək üçün onların qətiyyən istəkləri yoxdur. Belə çıxır ki, həmin konqresmenlər ancaq münaqişəni qızışdırmağa və davamlı şəkildə erməni lobbisindən nə isə “almağa” çalışırlar. Məhz bu niyyətlə də İrəvanın Bakı ilə, Ankara ilə dialoq qurmağını deyil, işğalçı ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılmasını istəyirlər. Onların bu istəkləri fonunda da erməni lobbisi Azərbaycanı ləkələyən qərəzli qətnamələrin qəbuluna can atır, özlərini pula satan, alət olmağı tərcih edən konqresmenlərə fantastik vəsaitlər axıtmaqda davam edir. Amma nə erməni lobbisi, nə də onlara alət olan ikiüzlü konqresmenlər başa düşmürlər ki, bütün cəhdləri mənasızdır və qurduqları xəyallar onları hər zaman olduğu kimi, yenə də uçuruma aparır...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:236
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Aprel 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri