“Qonorardan əvvəl mən çıxış etdiyim yer, məkan, necə olacağı haqda soruşuram” Üzeyir
Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.
Müğənni Üzeyir Mehdizadə dünyanın bir çox yerində konsert versə də, Azərbaycanda bu təklifdən imtina etmə səbəbini açıqlayıb.
Sənətçi “İzzət şou”da bunun səbəbinin təşkilatçılar olduğunu deyib. O bildirib ki, peşəkar iş ortaya qoyan yoxdur:
“Demirəm ki, təşkilatçılar işi bilmir. Sadəcə, mən istədiyim halla rastlaşmamışam. Olanlar məni qane etmir. Həyatımdan tutmuş, işimə qədər hər şeydə həssasam. Çalışıram mahnı sözlərinin yazılışında, aranjimandan öz müdaxiləm olsun. Təşkilatçılarla uyğunlaşmamışıq. Təkilatçı ilə etməsən, gərək özün edəsən. Mən isə təşkilatçılıqla olan konsertlərə gedib gəlirəm. Özümün bununla məşğul olmağa vaxtım yoxdur. Özüm məşğul olsam gərək 5-6 ay heç yana getməyim. Qonorardan əvvəl mən çıxış etdiyim yer, məkan, necə olacağı haqda soruşuram. Qonorar nə qədər desəm razılaşacaqlar. Amma iş tək qonorar deyil. Mən nəsə istəyirəm, onlar “baxarıq” cavabı verirsə, narahat oluram”. (Axşam.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 05 Avqust 2025 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















