Icma.az
close
up
RU
Menu

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

Kənanla Afranın serialında o da olacaq Foto

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

Dünya çempionu klubunu dəyişdi

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

ABŞ da atışma zamanı 3 polis öldürülüb

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

Akademik Üzeyir Hacıbəyli

Akademik Üzeyir Hacıbəyli

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“...Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi daha da çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır...”

Heydər ƏLİYEV,
Azərbaycan xalqının ümummilli lideri

Bu il dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 140 illiyi ilə bərabər, Azərbaycan Milli Elmlər Akademiyasının da 80 illik yubileyini qeyd edirik. Hər iki yubileylə bağlı Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Üzeyir bəy bu elm məbədini yaradanlardan biri olub və 1945-ci ildə – akademiya təsis ediləndə həqiqi üzv seçilib. Uzun müddət görkəmli mədəniyyət xadiminin ev-muzeyinin direktoru olmuş jurnalist-musiqişünas Səadət Qarabağlı ilə söhbətimiz Üzeyir bəyin akademik fəaliyyəti barədədir.

– Əvvəla qeyd edim ki, 1945-ci ilin 27 martında Azərbaycan Elmlər Akademiyasına 15 nəfər ilk həqiqi üzv seçilib, – deyə o bildirdi. – Bunlar Üzeyir bəy Hacıbəyli, Şamil Əzizbəyov, Əli Əlizadə, Səməd Vurğun, Aleksandr Qrossqeym, Heydər Hüseynov, Sadıq Dadaşov, İosif Yesman, Mirzə İbrahimov, Yusif Məmmədəliyev, Mirəsədulla Mirqasımov, Mustafa Topçubaşov, Mirəli Qaşqay, Mikayıl Hüseynov və İvan Şirokoqorov idi. Digərləri kimi, Azərbaycan mədəniyyətinin əsas və sarsılmaz sütunu olan dahi bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq, dirijor, filosof, tərcüməçi, ictimai xadim Üzeyir bəy Hacıbəyli də bu ada tamamilə layiq bir şəxsiyyət olmuşdur.

Ölkəmizin fundamental elmi-tədqiqat və araşdırma mərkəzi sayılan, ən böyük elm ocağı olan AMEA keçmiş SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli fərmanına əsasən, həmin il Azərbaycanın hüdudlarından uzaqlarda da böyük nüfuza malik olan məşhur sənətkar akademiyanın fəaliyyətini genişləndirmək məqsədilə ciddi səy göstərirdi. SSRİ Elmlər Akademiyasının aparıcı alimləri ilə tez-tez görüşür, onlarla əlaqə saxlayaraq maraqlı fikir mübadiləsi aparırdı.

AMEA-nın indiki Memarlıq və İncəsənət İnstitutu bilavasitə Ü.Hacıbəylinin təşəbbüsü ilə təşkil olunmuşdur. Bu, elmi araşdırma mərkəzi o zaman sadəcə İncəsənət İnstitutu adlanırdı. İnstituta rəhbərlik də elə böyük bəstəkarın özünə həvalə edilmiş, həmin ildən ömrünün sonuna kimi Üzeyir bəy bu elm ocağının direktoru olmuşdur. 1945-ci ilin sentyabrında Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir bəy Hacıbəylinin anadan olmasının 60, yaradıcılıq fəaliyyətinin 40 illiyinin geniş qeyd edildiyi günlərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanına əsasən, instituta dahi sənətkarın adı verilmişdir. Yəni özünün sağlığında dünyaşöhrətli bəstəkar çox böyük hörmət və ehtirama layiq görülmüşdür. Təəssüf ki, vəfatından sonra bu elm ocağının adında dəyişiklik edilmiş, akademik Ü.Hacıbəylinin adı oradan götürülmüşdür. Araşdırma mərkəzi sadəcə Memarlıq və İncəsənət İnstitutu adlanmışdır.

Üzeyir bəy Hacıbəyli yorulmaq bilmədən bəstəkarlıq fəaliyyəti ilə yanaşı, elm sahəsində də araşdırmalarını mütəmadi olaraq davam etdirirdi. Musiqişünaslıq sahəsindəki ciddi tədqiqatları nəticəsində “Azərbaycan xalq musiqisinin əsasları” elmi əsəri yaranmışdır. Əsərdə Üzeyir bəy milli musiqi mədəniyyətimizə. estetika elminin tarixinə rövnəq bəxş etmişdir. Tədqiqat əsərini musiqişünas-alim əvvəlcə “Azərbaycan türk xalq musiqisinin əsasları” adı altında işləməyə başlamışdır.

1919-cu ildən araşdırmalara başlayan Üzeyir bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 28 may 1919-cu il tarixli “İstiqlal” qəzetində “Azərbaycan türklərinin musiqisi haqqında” geniş məqaləsini dərc etdirmiş, sonrakı illərdə əsəri daha da təkmilləşdirmişdir. 1934-cü ildə tədqiqatçı alim “Kommunist” qəzetində nəşr etdirdiyi “Mən nə yaradıram” məqaləsində belə yazırdı: “Azərbaycan türk xalq musiqisinin əsasları adında yaratmaqda və üzərində işləməkdə olduğum əsər ən mühüm məsələlərdən biridir. Əsər üzərində mən on ildən artıqdır ki, işləyirəm. Bu müddət içərisində həmin əsərimi əməlli tərcümə və sınanma nəticəsi olaraq bir neçə dəfə dəyişib yeniləşdirmiş və bir çox yerlərini təshih etmişəm. Əsər özü nisbətən kiçik bir şey olsa da, mündəricəsində bəhs edilən məsələlər ümumi musiqi xadimləri üçün əhəmiyyətlidir və “Şərq musiqisi problemlərindən hesab edildiyinə görə elmi və əməli əsaslara müvafiq gəlməsini tələb edir. Bu əsər türk və rus dillərində nəşr ediləcəkdir”.

25 ildən artıq üzərində işlənmiş və çox böyük zəhmət bahasına ərsəyə gəlmiş əsər 1945-ci ildə “Azərbaycan xalq musiqisinin əsasları” adı altında əvvəlcə rus, sonra isə Azərbaycan dillərində Azərbaycan Elmlər Akademiyası tərəfindən nəşr olunmuşdur. Kitab çap olunduqdan dərhal sonra Rusiyanın məşhur bəstəkar və musiqişünasları, alimləri tərəfindən hədsiz maraqla qarşılanmışdır. O dövrün SSRİ Xalq artisti bəstəkar R.Qliyer dəyərli kitabın müəllifinə 1945-ci ildə göndərdiyi məktubda yazırdı: “Əziz və hörmətli Üzeyir bəy! “Azərbaycan xalq musuqisinin əsasları” əsəriniz Azərbaycan musiqi sənətinin, deməli, bütün sovet və dünya musiqi sənətinin inkişaf etdirilməsində müstəsna əhəmiyyətə malik olacaqdır. Bu, gözəl kitabın meydana gəlməsi münasibəti ilə Sizi və gənc Azərbaycan bəstəkarlarını səmimi təbrik edirəm. Sizə qəlbən sadiq olan Qliyer”.

Tanınmış rus musiqişünası, Şərq musiqisi üzrə görkəmli tədqiqatçı, professor V. Belyayev isə elə həmin ildə Üzeyir bəyə yazırdı: “Çox hörmətli Üzeyir! “Azərbaycan xalq musiqisinin əsasları” kitabınızı aldım. Elə həmin gün, habelə ertəsi gün əsərinizi böyük diqqətlə nəzərdən keçirdim. Kitabla tanış olmağım mənə hədsiz zövq verdi, çox məmnun qaldım. Əsər öz adına tamamilə uyğundur. “Azərbaycan xalq musiqisinin əsasları”nda Azərbaycan musiqi yaradıcılığının kompozisiya əsaslarının həqiqi izahı verilir. Zənnimcə, əsərinizin əsas məqsədi və ən mühüm hissəsi Azərbaycan musiqisi üçün seçdiyiniz ən tipik Azərbaycan ladlarında musiqi bəstələmək qaydalarının şərhindən ibarətdir. Sizin ifadə sisteminiz təlimatı pedaqoji nöqteyi-nəzərdən olduqca səmərəli sistemdir və əsərlərinizi asanlıqla başa düşməyə imkan verir. Şübhəsiz ki, bu əsər oxucuları Azərbaycan xalq musiqisi yaradıcılığı ilə tanış etmək işində böyük rol oynayacaqdır. Dərin hörmətlə,V. Belyayev. 1945-ci il”.

Kitab haqqında xalqımızın fəxri, kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Xudu Məmmədov isə demişdir ki, Üzeyir bəy Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı böyük bir dəryadır. Bu qiymətli əsər təkcə Azərbaycan xalq musiqisinin deyil, eyni zamanda bütün elmlərimizin əsasıdır.

İlk nəşrinin 80 ili tamam olan bu kitab səmətşünaslıq və estetika elmlərinin ən böyük müvəffəqiyyətlərindən biridir. 1945-ci ildən bu günə qədər bütün bəstəkarların və musiqişünasların masaüstü kitabı olaraq mühüm əhəmiyyət kəsb edir. Görkəmli bəstəkarımız Tofiq Quliyev 1991-ci ildə Ü.Hacıbəylinin ev-muzeyində olarkən bu əsər haqqında belə demişdir: “Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” adlı dərin məzmunlu kitabı bu gün bizim çox dəyərli dərsliyimizdir. Mənim 74 yaşım var. Bu kitabsız mən yaşaya bilmirəm. Həmişə iş zamanı ona əl atıram, ondan öyrənirəm”. – Elə buna görə də Tofiq Quliyevin mahnıları xalqın ən sevimli mahnılarıdır. İşıq üzü görməsindən 80 il ötməsinə rəğmən, hələ də bu əsərə ehtiyac duyulur. Ondan sevə-sevə, tükənməz maraqla öyrənirlər və bundan sonra da öyrənəcəklər. Bu, Üzeyir bəy dühasının sirridir.

Ölkəmizdə musiqi məktəbləri, musiqi texnikumu, Azərbaycan Dövlət Konservatoriyası xalq çalğı alətləri notlu orkestri, Dövlət xoru, simli kvartet, simfonik orkestr, mahnı və rəqs ansamblı, sazçı qızlar dəstəsi, bəstəkarlıq məktəbi və Azərbaycan Bəstəkarlar İttifaqı, hətta Dövlət Sirki böyük sənətkar tərəfindən təşkil olunmuşdur. Asəf Zeynallı, Ərtoğrol Cavid, Fikrət Əmirov, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Niyazi, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Səid Rüstəmov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova, Ağabacı Rzayeva, Hökumə Nəcəfova, Məmməd Cavadov, Əminə Eldarova, başqa bəstəkar və musiqişünaslar qayğıkeş müəllim olan Üzeyir Hacıbəylinin tələbələri idilər. Ondan musiqinin bütün incəliklərinə yiyələnmişdilər. Hamısı da sevimli müəllimlərinə dərin hörmət və ehtiram bəsləyirdilər.

Akademik Ü.Hacıbəyli dərslərini həm konservatoriyada, həm də Azərbaycan EA-nın binasında tədris edirdi. Bəstəkar Hökumə Nəcəfova danışırdı ki, Üzeyir müəllim ömrünün axır illərində dərslərini Kommunist (indiki İstiqlaliyyət – S.Q.) küçəsindəki Elmlər Akademiyasının binasında keçirdi. Musiqi şöbəsi 2-ci mərtəbədə, pilləkəndən çıxanda sol tərəfdəki otaqlarda yerləşirdi. Ora müəllimin evinə, “Monolit”ə yaxın idi. Dərsə piyada gəlib-gedirdi.

AMEA-da fəaliyyət göstərən Memarlıq və İncəsənət İnstitutundakı mütəxəsislər uzun illərdir ki, dahi sənətkarın yaradıcılıq irsini öyrənir, tədqiqat işləri, elmi araşdırmalar aparır, kitablar, monoqrafiyalar çap etdirirlər. Üzeyir bəy Hacıbəyli dərin biliyə malik alim, akademik idi. Onda ilahidən bir qüdrət, fitri istedad vardı. O, yalnız musiqi ilə yox, bütün elmlərlə maraqlanırdı. Bəstəkarın maraq dünyası və bilik dairəsi çox geniş idi. Bu, Üzeyir bəyin şəxsi kitabxanasındakı kitablarla bir daha sübut olunur. Kitabxanada musiqi elmi ilə yanaşı, klassik ədəbiyyat, tarix, siyasi və qədim fəlsəfə, coğrafiya, riyaziyyat, hətta kimya elmlərinə aid çoxlu kitablar, elmi əsərlər mövcuddur.

Hələ XX əsrin əvvəllərində Ü.Hacıbəyli mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türk-rus, rus-türk lüğəti”ni (1907), eləcə də “Hesab məsələləri” (1908) dərsliyini nəşr etdirmişdir. Bu kitablar o dövrdə ilklərdən sayılırdı və hədsiz maraqla qarşılanmışdı. “Hesab məsələləri” məktəblərdə tədris olunurdu. “Türk-rus, rus-türk lüğəti”nə də ehtiyac çox idi. Üzeyir bəy Hacıbəyli 1910-cu ildə özünün nəşr etdiyi “Həqiqət” qəzetində yazırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər”.

Qeyri-adi zəka sahibi olan mütəfəkkirin hələ keçən əsrin əvvəllərində söylədiyi bu fikirləri tamamilə onun özünə şamil edilməlidir. Çünki XXI əsrdə də xalqımız dahilər dahisi Üzeyir bəy Hacıbəylinin əkdiyi ağacların bəhrəsini görür. Bu müqəddəs insanın, əvəzolunmaz şəxsiyyətin canından çox sevdiyi qədirbilən xalqımız, Azərbaycanımızı dünyaya tanıdan, musiqi, söz, elm xiridarı olan ulu dühamızın xatirəsini daim əziz tutaraq, onun uca sənəti və nəhəng şəxsiyyəti qarşısında ehtiramla baş əyir.

Söhbəti hazırladı:
Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə məlumat yayıb

18 Sentyabr 2025 00:06see462

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025 2030 cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 Sentyabr 2025 17:42see369

“Qarabağ”ın rəqiblərindən məğlubiyyət ÇL də gecənin nəticələri

18 Sentyabr 2025 01:23see233

Trampın səfəri zamanı dron uçurdular Həbs edildilər

17 Sentyabr 2025 07:44see152

Rummenigge: Top klublar Çempionlar Liqasının yeni formatınından dərs çıxarıblar

16 Sentyabr 2025 21:17see146

Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin tikintisi başa çatır FOTO VİDEO

16 Sentyabr 2025 19:23see145

“Qalatasaray”ın əsas hücumçusu ÇL oyununu buraxacaq

17 Sentyabr 2025 19:47see145

Qarabağ Benfika ilə matçda hesab arasındakı fərqi azaldıb YENİLƏNİR

16 Sentyabr 2025 23:35see144

Kənanla Afranın serialında o da olacaq Foto

17 Sentyabr 2025 17:38see136

Yuventus la Borussiya Çempionlar Liqası tarixində ən məhsuldar ikinci hissəni oynayıblar

17 Sentyabr 2025 04:57see136

Sərnişinlərə YENİLİK: Bu terminallar istifadəyə verildi KONKRET

17 Sentyabr 2025 00:09see132

Dünya çempionu klubunu dəyişdi

17 Sentyabr 2025 23:46see130

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi Bayramov

16 Sentyabr 2025 18:32see130

Aşağı Çəmbərək, Aşağı Şipirxan, Aşağı Şəhərcik, Aşağı Şorca Türk tarixinin izi

17 Sentyabr 2025 02:02see127

Payız aylarında səyahət ediləcək ÖLKƏLƏR SİYAHI

16 Sentyabr 2025 17:32see126

Gürcüstanın XİN rəhbəri: Ölkəmizə xarici müdaxilələr açıq şəkildə baş verir

16 Sentyabr 2025 23:19see125

33 ildən sonra Xocalıya qayıdış Sakinlər Prezidentlə görüşün təəssüratlarını bölüşdülər

18 Sentyabr 2025 01:25see124

Azərbaycan Qran prisinə yeni stüard təyin olunub

18 Sentyabr 2025 00:37see122

ABŞ da atışma zamanı 3 polis öldürülüb

18 Sentyabr 2025 02:52see122

Kobaxidze: Avropanın bəzi səfirlikləri Gürcüstanda radikalizmi qızışdırır

17 Sentyabr 2025 19:19see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri