Icma.az
close
up
RU
Qonşu ölkədə dollar kəskin bahalaşdı Azərbaycanı nələr gözləyir?

Qonşu ölkədə dollar kəskin bahalaşdı Azərbaycanı nələr gözləyir?

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türk lirəsi (TRY) ucuzlaşaraq tarixi minimum səviyyəsi sayılan 42.1-dən də aşağı düşüb. Beləliklə, 2010-cu ildə bu yana TRY dollar qarşısında 97 faiz dəyər itirmiş olub.

Bu, həm Türkiyə iqtisadiyyatı, həm də region ölkələri, o cümlədən Azərbaycan üçün diqqətçəkən göstəricidir. Lirə ilə bağlı vəziyyətin ölkəmizə də təsir edəcəyi düşünülür.

Ucuz lirə Azərbaycanla ticarətə, turizmə və investisiya axınına necə təsir göstərə bilər? 

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, lirə yalnız dollar deyil, eyni zamanda avro qarşısında da dəyər itirib:

“Məzənnə 49,10-49,70 səviyyəsində dəyişir. Lirənin ucuzlaşması Azərbaycanın ticarət, turizm və investisiya axınlarına müəyyən təsir göstərə bilər. Bu isə əsasən istehlakçı davranışından asılıdır. Ölkəmizdə həm məlumatlı, həm də bilgisi olmayan alıcı kütləsi mövcuddur. Təəssüf ki, ikincilərin sayı kifayət qədərdir. Bəziləri düşünürlər ki, dolların məzənnəsi Türkiyədə yüksəlibsə, deməli, manat güclənib, bu da avtomatik olaraq qiymətləri ucuzlaşdırır. Amma inflyasiya da paralel şəkildə artır və bu, Türkiyədə qiymət artımına səbəb olur”.

Günay Hüseynova

İqtisadçı qeyd edib ki, turizm və xidmət sektorlarında qiymət artımı əvvəlki illərlə müqayisədə daha sürətlidir:

“Xüsusilə payız-qış aylarında turizm üçün müəyyən avantajlar mövcuddur. Türkiyədə istirahət etmək indi nisbətən sərfəli görünür, lakin bu, yalnız mövsümi təsirdir. Yay ayları və turizm mövsümü yaxınlaşdıqda qiymətlər yenidən yüksələcək. Ticarət sahəsinə gəlincə, burada da vəziyyət oxşardır. Türkiyədən idxal olunan məhsulların bir çoxu mövsümə görə dəyişir. Məsələn, yaz və yay aylarında tələb artdığı üçün qiymətlər stabil saxlanılır. Hazırda isə tələbin azalması bəzi onlayn platformalarda, xüsusilə “Trendyol” kimi saytlarda qiymətləri nisbətən aşağı səviyyədə saxlayır”.

G.Hüseynova əlavə edib ki, lirənin ucuzlaşması Azərbaycan istehlakçıları üçün qısa müddətli üstünlük yaratsa da, sahibkarlar baxımından durum fərqlidir:

“Artıq bir çox azərbaycanlı sahibkar Türkiyə bazarını əvvəlki qədər avantajlı hesab etmir. İnflyasiyanın artması və xərclərin yüksəlməsi onları digər ölkə bazarlarına yönəldir. Məsələn, Misirdə tekstil sektoru Türkiyəyə nisbətən xeyli ucuzdur, bəzi hallarda iki dəfəyə qədər fərq müşahidə olunur. Bu səbəbdən bir çox sahibkar artıq ərəb ölkələrinin bazarlarını araşdırmağa başlayıb. Bu tendensiya həm də mağaza sektorunda hiss olunur. Artıq real mağazalarda “Türkiyə məhsulu” adı altında satılan malların bir qismi əslində oradan gəlmir. Məlumatlı istehlakçılar bunun fərqindədirlər, lakin bir çox alıcı hələ də anlamır.

Türk məhsullarının bahalaşması isə birbaşa lirənin dəyərsizləşməsi ilə deyil, inflyasiya və əmək haqqı artımı ilə bağlıdır. Yanvar ayından etibarən Türkiyədə minimum əmək haqqının artırılması gözlənilir. Bu, əsasən özəl sektorda qiymətlərin artımına təzyiq göstərəcək. Rəsmi açıqlamadan əvvəl, yəni dekabr ayında belə, biz qiymətlərin tədricən qalxdığını müşahidə edəcəyik. Onlayn ticarət platformaları qiymət artımını tam şəkildə alıcılara yansıtmayacaq, çünki tələb və təklif amili burada əsas rol oynayır. Qiymətləri çox qaldırmaq bu platformalar üçün sərfəli deyil, onlar alıcı kütləsini itirə bilərlər. Fevral ayından etibarən, yeni əmək haqqı və inflyasiya təsiri ilə Türkiyədə qiymətlərin yüksəlişini açıq şəkildə görəcəyik”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Noyabr 2025 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri