Qonşu ölkədə dollar kəskin bahalaşdı Azərbaycanı nələr gözləyir?
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İranda davam edən etirazlar fonunda ölkənin milli valyutası rial avro və dollara qarşı kəskin dəyər itirib.
Bunun Azərbaycan üçün real iqtisadi təsirləri nələr ola bilər?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, bu, ilk növbədə İran vətəndaşlarına və sahibkarlarına, xüsusilə də ixracyönümlü olmayan biznes subyektlərinə ciddi zərər vuracaq:
“Bu proses İran iqtisadiyyatı üçün dağıdıcı nəticələr yaradır, sosial rifahın azalmasına səbəb olur və inflyasiyanın hiper səviyyəyə çatmasını sürətləndirir. Lakin rialın ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına birbaşa təsiri yoxdur. Dolayı təsirlər isə minimaldır və mənfi xarakter daşımır. Əksinə, bu, İran məhsullarının Azərbaycara daha ucuz qiymətlərlə daxil olmasına şərait yaradır”.
Eldəniz Əmirov
İqtisadçı bildirib ki, İran məhsullarının əhəmiyyətli hissəsi idxaldan asılı xammal və komponentlər əsasında istehsal olunur:
“Bu isə maya dəyərinin artmasına gətirib çıxarır və ümumi mənzərədə ölkəmiz üçün ciddi qiymət üstünlüyü formalaşdırmır. Ümumilikdə, Bakı-Tehran arasında mövcud olan iqtisadi münasibətlərin strukturu, xüsusilə də ticarət dövriyyəsində ödənişlərin əsasən dollar üzərindən aparılması fonunda, İran valyutasının dəyər itirməsinin Azərbaycana əhəmiyyətli təsir göstərmədiyini və gələcəkdə də göstərməyəcəyini deməyə əsas verir”.
Ləman İmran
Globalinfo.az
Baxış sayı:104
Bu xəbər 14 Yanvar 2026 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















