Qonşu ölkədə terror həyəcanı ABŞ üç binanı hədəf göstərdi
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ-ın Tbilisidəki səfirliyi Gürcüstanda olan vətəndaşlarına bu ölkədə baş verə biləcək terror hücumu ilə bağlı xəbərdarlıq edib.
Globalinfo.az xəbər verir ki, səfirlik Tbilisidəki üç ticarət mərkəzində bomba təhlükəsi olduğu ilə bağlı məlumat əldə etdiyini bildirib.
Səfirliyin bəyanatına görə, “East Point”, “Galleria Tbilisi” və “Tbilisi” ticarət mərkəzlərində terror cəhdləri həyata keçirilə bilər. ABŞ səfirliyinin bütün əməkdaşlarına adı çəkilən ərazilərə getməmək tövsiyə olunub.
Gürcüstanın Birinci Kanalı məsələ ilə bağlı aidiyyatı dövlət qurumları və ticarət mərkəzləri ilə əlaqə saxlayıb. Hər üç mərkəz məsələ ilə bağlı heç bir məlumat almadıqlarını, vəziyyətin normal olduğunu bildirib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:140
Bu xəbər 08 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















