Icma.az
close
up
RU
Qonşu ölkədən göz dağı sayılacaq açıqlama Riskli silah bu vaxt işə düşəcək

Qonşu ölkədən göz dağı sayılacaq açıqlama Riskli silah bu vaxt işə düşəcək

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İran ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Kəyumərs Heydərinin son açıqlaması ictimaiyyətdə maraqla qarşılanıb. Belə ki, o, İranın nümayiş etdirmədiyi, amma çox yaxşı inkişaf etmiş silah-sursatının olduğunu bildirib.

Məlumata görə, bunlar süni intellektdən istifadə edən son dərəcə mürəkkəb sistemlərdir. Hələ də adi silahlar kimi təsnif edilsə də, onların imkanları müstəsnadır.

Bu açıqlama nəyə hesablanıb?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İranı hərbi baxımdan zəif ölkə hesab etmək olmaz, çünki onun müdafiə sənayesi kifayət qədər güclüdür:

“İranın nümayiş etdirmədiyi silahlar barədə kifayət qədər məlumatlar mətbuata sızdırılır. PUA-larla bağlı xüsusi irəliləyiş əldə olunub. İranın müdafiə sənayesi zəif deyil. Bu cür açıqlamalar strateji çəkindirmə xarakteri daşıyır.

Hərbi gərginliyin və sərt ritorikanın hökm sürdüyü ölkələr bir-birlərinə qarşı bu tipli bəyanatlar verirlər. Məqsəd rəqibi qorxutmaqdır. Lakin İran bu prosesdə dozanı hər zaman bir qədər yüksək səviyyədə saxlayır. Bir müddət əvvəl nüvə silahına malik olduqları barədə, indi isə dünyada heç kimdə olmayan silahlara sahib olduqları haqda açıqlamalar verilir. Nəticə etibarilə, əgər bu gün İsrail və onun müttəfiqləri İranla müharibəyə başlasa, rəsmi Tehran rəqibləri qarşısında uzunmüddətli müqavimət göstərə bilməyəcək.”

Asif Nərimanlı

Siyasi şərhçinin sözlərinə görə, İsrailin son hücumları İran daxilində ciddi boşluqların mövcud olduğunu göstərir:

“İranın hava hücumundan müdafiə sistemləri o qədər zəifdir ki, hücumların qarşısını ala bilmirlər. Raket sistemləri güclü ola bilər, amma generalın səsləndirdiyi səviyyədə texnikaları yoxdur. İranda mövcud rejimə qarşı müqavimət də güclənib. Xaricdən hər hansı bir müdaxilə bu müqavimət göstərənlər üçün ümid yerinə çevrilə bilər. İran isə göstərmək istəyir ki, xaricdən gələn bütün təhdidlərə cavab verə bilər.”

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Aprel 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see252

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see239

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see196

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see187

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see186

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see184

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see173

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see159

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see155

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see146

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see132

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see130

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see130

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see127

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see127

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see123

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see122

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see121

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see118

Arina Sabalenka qadın tennisində transgenderlərin iştirakına qarşıdır

10 Dekabr 2025 04:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri