Icma.az
close
up
RU
İranla quru sərhədlər açılır? Qonşu ölkədən təklif

İranla quru sərhədlər açılır? Qonşu ölkədən təklif

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tehran Pezeşkianın Azərbaycan səfərində belə bir qərar qəbul edildiyini açıqladı; cənub qonşumuzla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi?

“Hazırda dövlət başçısının tapşırığı ilə əldə edilmiş razılaşmaların reallaşdırılması icra strukturlarının gündəliyindədir”. İranın İRNA dövlət agentliyi xəbər verir ki, bunu İran Prezidentin siyasi müşaviri Mehdi Sənayi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşdə deyib.

O, iki ölkə arasında əlaqələrin inkişafını yüksələn xətt kimi səciyyələndirib. M.Sənayi təmasların əhəmiyyətini, uçuşların artırılması, bank fəaliyyətinin genişləndirilməsi ilə bağlı son birgə qərarların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və bundan sonra quru sərhədlərin açılışlarına şahid olacağına ümidvar olduğunu bildirib.

Öz növbəsində, Hikmət Hacıyev iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib: “Cənab İlham Əliyev də sazişlərin həyata keçirilməsi üçün lazımi sərəncamlar verib və onları həssaslıqla izləyir”. Azərbaycan Prezidentinin köməkçisi onu da bildirib ki, dövlət başçısı iki ölkə arasında strateji əməkdaşlığa dair sənəd layihəsinin hazırlanmasına göstəriş verib: “Ölkəsi İran İslam Respublikası ilə bütün sahələrdə dostluq əlaqələrini genişləndirməyə hazırdır”.

İran Prezidentinin son səfərindən sonra Tehranla Bakı arasında ticarət əlaqələrinin səviyyəsi 5 milyard dollara yüksəldiləcək. Bunu İran-Azərbaycan parlament dostluq qrupunun rəhbəri Sədif Bədri açıqlayıb. Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianın Bakıya son səfəri sayəsində mümkün olacaq. Bədri bildirib: “Bu səfər zamanı İran tərəfdən bəzi tələblər səsləndi, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələrin gediş-gəlişinin asanlaşdırılması və sərnişin daşımaları üçün quru sərhədin açılması qərara alındı. Azərbaycan tərəfi bu məsələni diqqətlə araşdıracaq”.

İran-Azərbaycan Parlament Dostluq Qrupunun rəhbəri qeyd edib ki, bu səfər zamanı əldə olunan digər razılığa əsasən, Tehranın İmam Xomeyni hava limanından, eləcə də Təbriz, Ərdəbil, Məşhəd və İsfahan hava limanlarından iki ölkə arasında uçuşların gücləndirilməsi hər iki tərəfin müvafiq nazirlərinin gündəliyinə salınıb.

Məlumdur ki, ölkəmizdə pandemiya dövründən bu yana sərhədlər bağlıdır. Lakin bu yay bir sıra ölkələr arasında sərhəd keçidlərinin açılması ilə bağlı ümidlər artır. Bildirilir ki, bu addım iqtisadi əlaqələr və turizm sahəsinə müsbət təsir göstərəcək. Gürcüstan və İranla quru sərhədlərlə bağlı məlumatlar hələ rəsmi şəkildə açıqlanmasa da, ölkələr arasında qarşılıqlı anlaşma və danışıqların sürətlənməsi bunu düşünməyə əsas verir.

O zaman, İranla münasibətlərin yumşalması kontekstində sərhəd rejimi də yumşala bilərmi? Pandemiya səbəbindən ilk bağlanan cənub sərhədimiz elə ilk açılan quru sərhəd də olacaqmı?

Yeri gəlmişkən, son illər ölkələrimiz beynəlxalq yükdaşımalar, nəqliyyat-logistika sahələrində də uğurla əməkdaşlıq edirlər. Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu baxımdan diqqət çəkir. Artıq iki ölkə sözügedən dəhlizin infrastruktur imkanlarının artırılması ilə bağlı birgə fəaliyyətlərini xeyli artırıb. Elə İran Prezidenti müsahibəsində bu məqama toxunaraq Astara-Astara, eləcə də Astara-Rəşt dəmir yolları ilə İran və Azərbaycan arasında ticarət əlaqələrinin perspektivlərindən bəhs etmişdi.

REAL Partiyasının sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ayrı-ayrı ölkələrlə quru sərhədlərin açılması mümkün deyil. “Görünən budur ki, Gürcüstan da, İran da, hətta Rusiyadan Dağıstan tərəfi də xahiş, yanaşmalar olub, amma reallaşmayıb. Ona görə də quru sərhədlər açılacaqsa, bütün istiqamətlər üzrə olmalıdır. Artıq cəmiyyətdə də ciddi bir gözləntiyə çevrilib”, - deyə partiya sədri vurğulayıb. Onun qənaətinə görə, rəsmi səbəblərlə quru sərhədləri saxlamaq doğru deyil, vətəndaşlar da buna inanmır: “Ona görə də sərhədyanı ticarətin, turizmin canlanması üçün quru sərhədlərin açılması vacibdir. Məsələn, Gürcüstanın rəqəmlərini göstərmək olar - Rusiyadan gələn turistlərin sayı artır, əksəriyyəti də quru sərhədlə səfər edir. Bu səbəbdən quru sərhədlərin açılmasına çoxdan ehtiyac yaranıb”.

N.Cəfərlinin müqayisə üçün açıqladığı rəqəmlərə görə, bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq, cəmi 508 min nəfər olub: “Qonşu və müttəfiq Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib”.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycana gələn turistlərin 9 faizi İrandan olub. Bundan əlavə, ötən il Azərbaycanla İran İslam Respublikası arasında ticarət əməliyyatlarının həcmi 647 milyon ABŞ dolları təşkil edib. Rəsmi məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 159,7 milyon ABŞ dolları və ya 32,8% çoxdur.

Hesabat dövründə İran İslam Respublikası ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 1,3%-i həcmində olub.

Ötən il Azərbaycan İrana 14 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 299 min ABŞ dolları və ya 2,1% azdır. Dövr ərzində İran ilə ixrac əməliyyatları ölkənin ümumi ixracının 0,05%-ni təşkil edib.

2024-cü ildə Azərbaycan İrandan məhsul idxalını illik müqayisədə 160 milyon ABŞ dolları və ya 33,8% artıraraq, 633 milyon ABŞ dollarına çatdırıb. Dövr ərzində İranla idxal əməliyyatları ölkənin ümumi idxalının 3,01%-ni təşkil edib.

Onu da deyək ki, baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən quru sərhədlərin bağlı qalması iyulun 1-dək uzadılıb. Yəni bu yay da quru sərhədlərin açılacağı gözlənilmir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri