Qonşu ölkələrdə qatar biletləri neçəyədir? Azərbaycan orta sırada yer alır
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan və qonşu ölkələr arasında ən baha dəmir yolu biletləri Rusiyada qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərindən Vladimir şəhərinə qatarla getmək üçün 1 600 rubl (38 manat) dəyərində standart bilet almaq lazımdır.
Moskva–Vladimir marşrutunun uzunluğu təxminən 190 kilometrdir. Bu isə hər kilometr üçün təxminən 20 qəpik xərc deməkdir.
Siyahıda ikinci yerdə Gürcüstan gəlir. Tbilisi–Qori marşrutu üzrə 75 kilometrlik yolun bilet qiyməti 8,2 manat (13 lari) təşkil edir. Bu marşrutda bir kilometrin qiyməti 10,9 qəpikdir.
Azərbaycan isə müqayisədə üçüncü sırada qərarlaşıb. Bakı–Kürdəmir marşrutu üzrə 203 kilometrlik səfərin bileti 15 manatdır. Bu marşrutda bir kilometr üçün təxminən 7,4 qəpik ödənilir.
Türkiyədə Ankara–Konya marşrutu üzrə 317 kilometrlik səfərin bilet qiyməti 16 manat (430 lirə) təşkil edir. Bu istiqamətdə hər kilometrə düşən xərc təxminən 5 qəpikdir.
Ən aşağı göstərici isə Ermənistanda qeydə alınıb. İrəvan–Gümrü marşrutu üzrə 126 kilometrlik səfər 6 manata (1 300 dram) başa gəlir. Beləliklə, bu marşrutda bir kilometrin qiyməti təxminən 4,8 qəpik təşkil edir.

Elnur Əli
Bu mövzuda digər xəbərlər:Taksi qiymətləri harada daha ucuzdur? Azərbaycan, yoxsa qonşu ölkələrdə?
28 Yanvar 2026 20:12
Qonşu ölkələrdə benzin bahalaşdı KONKRET
30 Mart 2026 11:40
Harada daha bahadır? Azərbaycan və qonşu ölkələrdə ərzaq qiymətlərinin müqayisəsi
13 Oktyabr 2025 16:17
Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır
12 İyul 2025 16:44
Politoloq: Qonşu ölkələrdə radikal milliyyətçilik meyilləri qabarıq xarakter alır
22 Sentyabr 2025 15:16
Baxış sayı:362
Bu xəbər 22 May 2026 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















