Icma.az
close
up
RU
Politoloq: Qonşu ölkələrdə radikal milliyyətçilik meyilləri qabarıq xarakter alır

Politoloq: Qonşu ölkələrdə radikal milliyyətçilik meyilləri qabarıq xarakter alır

Icma.az bildirir, Sherg.az portalına istinadən.

"Azərbaycan xalqı öz milli kimliyini qorumaq üçün hər zaman ayıq-sayıq olmalıdır". 


"Bu reallıqlar fonunda özünümüdafiə instinktini işə salmalı, milli kimlik və dəyərlərimizi daha da gücləndirməliyik"



"Son günlər Marneulidə baş verən xoşagəlməz hadisə cəmiyyətimizdə ciddi narahatlıq doğurub". 


Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib. 


Ekspert bildirib ki, gürcü dili bilmədiyi üçün yeniyetmə soydaşımızın, bələdiyyə sədr müavininin oğlu 27 yaşlı Mamuka Gigani tərəfindən döyülməsi, sadəcə məişət zorakılığı deyil, radikal milliyyətçilikdən qaynaqlanan təhlükəli bir yanaşmanın təzahürüdür: 

"Bu hal göstərir ki, ətrafımızdakı qonşu ölkələrdə aşırı milliyyətçilik meyilləri getdikcə daha qabarıq xarakter alır. Ermənistanda uzun illərdir sistemli şəkildə azərbaycanlılara qarşı düşmənçilik siyasəti aparılır. Gürcüstanda azərbaycanlıların sosial və siyasi həyatdan kənarda qalması üçün görünməz baryerlər mövcuddur. İranda türk kimliyi sistemli şəkildə sıxışdırılır. Rusiyada isə assimilyasiya siyasəti hələ də müxtəlif formalarda davam edir. Hətta Avropa ölkələri nə qədər tolerant və demokratik görünsə də, onların "qırmızı xətti"ni keçənlər ciddi şəkildə cəzalandırılır. Bütün bunlar bir həqiqəti təsdiqləyir. Dünyada rasizm və millətçilik müxtəlif formalarda mövcuddur. Azərbaycan xalqı da öz milli kimliyini qorumaq üçün hər zaman ayıq-sayıq olmalıdır. Bu reallıqlar fonunda biz özünümüdafiə instinktini işə salmalı, milli kimlik və dəyərlərimizi daha da gücləndirməliyik". 


V.Əfəndiyev qeyd edib ki, xalq olaraq varlığımızı qorumağın ən mühüm yolu milli özünüdərki gücləndirməkdir: 

"Bunun üçün soyadlarımızın milliləşdirilməsi qanunlarla məcburi qaydada həyata keçməlidir. Əsrlər boyu yad təsirlərin nəticəsində soyadlarımızda “ov”, “yev”, "zadə"  və digər yad sonluqlar geniş yayılıb. Halbuki bunlar bizim milli kimliyimizi təmsil etmir. Kütləvi şəkildə soyadlarımızın türk mənşəli sonluqlarla əvəzlənməsi milli kimliyimizin möhkəmlənməsinə ciddi töhfə verəcək. Övladlarımıza milli adlar qoymaqla türk köklərinə bağlılıq və milli özünüdərk üçün mühüm addımdır. Ərəb və fars mənşəli adlardan uzaqlaşaraq qədim türk adlarını yaşatmaq, həm də milli ruhun qorunmasına xidmət edəcək. Ədəbiyyatımızda, musiqimizdə, gündəlik həyat tərzimizdə milli dəyərlərə daha çox üstünlük verilməlidir. Bu, həm daxili həmrəyliyi gücləndirəcək, həm də xarici təsirlərə qarşı dayanıqlılıq yaradacaq. Gənclərimiz ana dilində yüksək keyfiyyətli təhsil almalı, ana dilinə daha çox önəm verilməlidir. Ana dilini bilmək sadəcə ünsiyyət vasitəsi deyil, milli kimliyin qorunmasının əsas şərtidir. Tarix dəfələrlə sübut edib ki, milli kimliyini qoruya bilməyən xalqlar zamanla assimilyasiyaya uğrayır, tarixi səhnədən silinir. Azərbaycan xalqı bu təhlükəni görməli və milli dəyərlərinə sahib çıxmalıdır. Bugünkü hadisələr bizə bir daha xatırladır ki, millət olaraq yalnız öz milli gücümüzə arxalanaraq yaşaya bilərik. Hər bir ailə, hər bir insan bu məsuliyyəti dərk etməli, milli özünüdərkin güclənməsinə öz töhfəsini verməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri