Qonşuda polisə rüşvət verən jurnalist həbsdə saxlanıldı
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rusiyanın Yekaterinburq şəhərinin Verx-İsetski Rayon Məhkəməsi rüşvət verməkdə təqsirləndirilən Ura.ru saytının sabiq redaktoru Denis Allayarovun barəsindəki həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb. Məhkəmə onun ev dustaqlağına buraxılması ilə bağlı vəsatətini təmin etməyib.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, məlumatı "İnterfaks" agentliyi yayıb.
Təqsirləndirilən jurnalist deyib:
"Günahımı boynuma almışam və gizlənmək niyyətində deyiləm. İstintaq təcridxanasında qaldığım müddətdə heç bir qaydanı pozmamışam. Sakit şəkildə məhkəmənin qərarını gözləməyə və törətdiyim cinayətə görə cavab verməyə tam hazıram".
Müdafiəçi Mixail Tolmaçev müvəkkilinin hazırda rəsmi iş yerinin olmadığını qeyd edib. Bununla belə, vəkil keçmiş işəgötürənin Allayarovu daha yüksək posta təyin etməyə hazır olduğunu sübut edən sənədi məhkəməyə təqdim etdiyini bildirib. Tolmaçevin media nümayəndələrinə açıqlamasında söhbətin Ura.ru portalından getdiyi dəqiqləşib.
Qeyd edək ki, Denis Allayarov 6 iyun 2025-ci il tarixindən etibarən həbsxanada saxlanılır.
Hazırda istintaq prosesi yekunlaşıb, iş üzrə toplanmış dəlillər yoxlanılıb və şahidlərin ifadələri dinlənilib. İş üzrə növbəti məhkəmə prosesi aprel ayının 20-nə planlaşdırılıb.
İstintaq materiallarına əsasən, jurnalist gündəlik əməliyyat məlumatlarını əldə etmək məqsədilə Yekaterinburqdakı polis idarəsinin cinayət axtarış bölməsinin sabiq rəhbəri, əmisi Andrey Karpova 120 min rubl məbləğində pul ödəyib.
Sabiq redaktora qarşı Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi (vəzifəli şəxsə bilərəkdən qanunsuz hərəkətlərə görə rüşvət vermə) üzrə ittiham irəli sürülüb.
Xatırladaq ki, 25 noyabr 2025-ci ildə Verx-İsetski Məhkəməsi A.Karpovu vəzifə səlahiyyətlərini aşmaqda və xeyli miqdarda rüşvət almaqda günahkar bilərək, barəsində dörd il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası təyin edib.
Baxış sayı:181
Bu xəbər 08 Aprel 2026 19:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















