Icma.az
close
up
RU
Qonşularımızı 13 il boyunca ən gözəl şəkildə qonaq etdik Ərdoğan suriyalılara səsləndi...

Qonşularımızı 13 il boyunca ən gözəl şəkildə qonaq etdik Ərdoğan suriyalılara səsləndi...

Sitat.info portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya İnsan Hüquqları Günü ilə bağlı danışıb. 

Sitat.info xəbər verir ki, Ərdoğan Suriya xalqına səslənib:

"61 illik zülmün, təzyiqin ardından azadlıqlarına qovuşan Suriyalı qardaşlarımıza, Suriyanın qəhrəman xalqına da ən dərin sevgilərimi çatdırıram. Hər il 10 dekabrda qeyd olunan İnsan Hüquqları Gününün, məzlum qardaşlarımıza və bütün insanlığa xeyirlər gətirməsini diləyirəm. İnsan haqqları Bəyannaməsi dünyada ən çox istinad edilən, amma tətbiqə gəlincə, eyni həssaslığın göstərilmədiyi sənəddir. Elan edildiyi dövrdə insanlıq üçün böyük ümidlər doğuran bəyannamə, gücü əlində tutan dövlətlər tərəfindən mənasızlaşdırılmışdır".

Ərdoğan deyib ki, insan haqqlarının pozulmasının ən acı nümunəsi bizim coğrafiyamızda yaşanır: "İsrailin terror əsdirdiyi bu günlərdə bəyannamənin yarandığı gün qeyd olunur. Halbu ki, İsrail bu torpaqların əsil sahiblərini sürgün etməyə davam edir. Srebrenitsada 800 min insanın həyatını itirdiyi soyqırımdan tutmuş, müxtəlif insan hüquqları pozuntularına qədər şahid olduq. Suriyada tarixdəki ən vəhşi zülm edilərkən, özdə demokratiya tərəfdarı olanlardan heç bir səs çıxmadı. Separatçı təşkilatların terror aktlarında vətən övladlarımızı şəhid verdik. İşgəncə ilə öldürülən çox sayda insanımız oldu. 15 iyul gecəsi 252 insanımız FETO-çu xəyanətkarlar tərəfindən məkrli şəkildə şəhid edildi. Tənqid atəşləri üzərimizə yönəldilərkən, canilər Qərb ölkələri tərəfindən qorunub baş tacı edildi". 

Ərdoğan bildirib ki, insan haqqları günü bu gün də siyasiləşmiş bir anlayışdır: "İnsan haqları məsələsi çox vaxt siyasi məsələlərdə bir alət kimi istifadə olunur. Yalnız dünyanın bəzi bölgələrində tətbiq olunan imtiyazlı hüquqlar olaraq anlaşılır. Biz isə bu günə qədər suriyalıları tək buraxmadıq. Türkiyə xalqı mərhəmətli bir millətdir. Qapımıza gələni milliyyətini, dinini dərsinin rəngini soruşmadıq.  Kimliyinə baxmadan yalnızca ölkəmizin qapılarını deyil, könül dünyamızın qapılarını da sona qədər açdıq. Harada biz məsum və məzlum varsa, haqqını müdafiə etdik. Zülmü alqışlayanlardan deyil, çətin də olsa haqqın əlindən tutub qaldıranlardan olduq. Həm Qəzza faciəsində, həm Suriyadakı böhranda qardaşlarımızı heç vaxt yalnız qoymadıq.

86 min ton insani yardımla Fələstinə ən çox dəstək verən ölkələrdən biriyik. Livanlı qardaşlarımıza çatdırdığımız yardımlarla burada da əlimizdən gələn hər şeyi etdik. Ölkə və millət olaraq insanlıq imtahanını uğurla verdiyimiz yerlərdən biri də  Suriyadır. İlk gündən bu məsələdə mövqeyimiz ortadadır.   İnsanlığımızın məsuliyyəti nədirsə, çətin dövrdə bunu etməyə çalışdıq. Qonşularımızı 13 il boyunca ən gözəl şəkildə qonaq etdik. Əlbəttə, bu prosesi zəhərləmək istəyənlər də oldu. Keçmiş CHP başqanı və onun kimi nifrət dolu çıxışlar edənlər, milləti qızışdırmağa çalışarkən, vətənlərini bir gecədə tərk etmək məcburiyyətində qalan məzlumlara amansızca hücum etdilər. Bu zəhmətkeş insanları hədəf almaqdan utanmadılar. Üç-beş səs üçün inancımıza uyğun olmayan hərəkətlər etdilər. Bəziləri də maraqlarını qorumaq üçün buna susdu. İrqçi çıxışlara qarşı heç nə demədilər. Məsələ Suriyalı məzlumlar olunca susdular. Amma  insanlıq qazandı, mərhəmət qazandı, həmrəylik qazandı, böyük ürəklilik qazandı.

Mühacirləri bilərəkdən ölümə  göndərmək istəyənlər həm seçkilərdə, həm də insanlıq imtahanında uduzdular. Suriya həbsxanalarındakı işgəncə və ölüm mərkəzlərinə baxanda necə bir vəhşilikdən dönüldüyü daha yaxşı anlaşılır. Əli qanlı Baas rejiminin sonlanması ilə inşallah Suriyada huzur və təhlükəsizlik yolunun qapıları açılmışdır. İnşallah, könüllü geri dönüşlərin sayı da artacaq".

Fatimə,

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Dekabr 2024 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri