Icma.az
close
up
RU
Ərdoğan: Fələstini ən güclü şəkildə müdafiə edəcəyik

Ərdoğan: Fələstini ən güclü şəkildə müdafiə edəcəyik

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

"Türkiyə olaraq, Fələstin məsələsini hər platformada mümkün olan ən güclü şəkildə müdafiə etməyə davam edəcəyik. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən bütöv bir Fələstin dövlətinin qurulması üçün qətiyyətlə çalışacağıq".

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla Prezident Sarayında görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edib.

Ərdoğan Türkiyənin Fələstin məsələsinin iki dövlətli həllinə çalışdığını deyib: "Soyqırımı törədən Netanyahu hökuməti Qərbi Şəriyədə və Qüdsdə qanunsuz hərəkətlərini dünyanın gözü qarşısında davam etdirir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına görə, təkcə 2026-cı ildə təxminən 3800 fələstinli məskunlaşma terroru, söküntülər və qovulmalar səbəbindən didərgin düşüb. Təxminən 100 fələstinli qardaş və bacılarımız qətlə yetirilib. Bu, sistematik işğalın və Fələstin administrasiyasını öz torpağında boğmağa yönəlmiş deportasiya strategiyasının məhsuludur. Suveren Fələstin Dövlətinin mövcudluğu sarsılır. Bunu görməzdən gəlmək, ona laqeyd qalmaq mümkün deyil. Bütün qorxutma və didərginlik cəhdlərinə baxmayaraq, Fələstin xalqı möhkəm dayanır. Bir daha vurğulamaq istəyirəm ki, Fələstini dəstəkləmək bütün bəşəriyyətin, xüsusən də İslam dünyasının ortaq məsuliyyətidir".

Ərdoğan bildirib ki, bu vəziyyətlə əlaqədar olaraq, Abbasla görüşləri zamanı mümkün həll yollarını qiymətləndiriblər və ikitərəfli münasibətləri, eləcə də işğal olunmuş Fələstin ərazilərindəki mövcud vəziyyəti ətraflı müzakirə ediblər.

Fələstində qanunvericilik və prezident seçkilərinin keçirilməsi qərarının müsbət nəticələr verəcəyinə ümid edən Ərdoğan seçkilərin fələstinlilər arasında barışıq prosesinin irəliləməsinə və Fələstin xalqının həmrəyliyinin gücləndirilməsinə töhfə verəcəyinə inandığını bildirib: "İlk qibləmiz olan Əl-Əqsa məscidində və digər müqəddəs məkanlarımızda status-kvonu dəyişdirməyə yönəlmiş təxribatlara qarşıyıq. Netanyahu hökumətinin məqsədinin bölgədəki xaosdan və yeni münaqişələrdən faydalanaraq Fələstini bəşəriyyətin ortaq gündəliyindən çıxarmaq olduğu bir həqiqətdir. Nə etsələr də, uğur qazana bilməyəcəklər. Fələstin məsələsi onu məhv etməyə çalışdıqca qəlbimizdə böyüməyə davam edəcək. Türkiyə olaraq, Fələstin məsələsini hər platformada mümkün olan ən güclü şəkildə müdafiə etməyə davam edəcəyik. 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş Fələstin dövlətinin qurulması uğrunda qətiyyətlə mübarizə aparacağıq".

Fələstin lideri Mahmud Abbas öz növbəsində dəstək üçün Türkiyəyə təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Avqust 2026 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri