Icma.az
close
up
RU
Qonşuluq körpüləri: Azərbaycan və İran münasibətlərində yeni səhifə

Qonşuluq körpüləri: Azərbaycan və İran münasibətlərində yeni səhifə

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanla İran arasında əməkdaşlıq münasibətləri tarixi, coğrafi və mədəni bağlara söykənərək son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Hər iki ölkə regionda sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Xüsusilə iqtisadi, nəqliyyat, enerji, ticarət və humanitar sahələrdə həyata keçirilən birgə layihələr və müzakirələr bu münasibətlərin dərinləşməsinə xidmət edir.

Son dövrdə keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında əməkdaşlığın praktiki nəticələrini və gələcək perspektivlərini daha da aydınlaşdırır. Bu görüşlərdə Azərbaycanla İran arasında Dövlət Komissiyasının qəbul etdiyi qərarların icrası, strateji əhəmiyyət kəsb edən infrastruktur layihələrinin gedişatı və regional əlaqələrin inkişafına dair mühüm məsələlər müzakirə edilib. Araz dəhlizi üzrə Ağbənd-Kəlalə körpüsü və Kəlalə-Culfa yolunun genişləndirilməsi kimi layihələr, eləcə də Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı birbaşa aviareyslərinin fəaliyyətə başlaması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın real göstəricilərindəndir.

Bütün bu addımlar göstərir ki, Azərbaycan və İran yalnız qonşu ölkələr kimi deyil, həm də regionda sabitlik və inkişafı təmin etməyi hədəfləyən strateji tərəfdaşlar kimi çıxış edirlər. Bu əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi qarşıdakı illərdə regional iqtisadiyyat və təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edəcək.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Milli Məclisin deputatı, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, bu gün Azərbaycan-İran münasibətləri yeni bir mərhələyə qədəm qoyub:

"İki ölkə liderlərinin atdığı siyasət xarakterli addımlar münasibətlərimizin daha da inkişaf etməsinə xidmət edir və bu, regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. İran bizim böyük və tarixi qonşumuzdur. İki ölkə arasında əsrlərə söykənən mədəni, tarixi və dini bağlar mövcuddur. Bu münasibətlərin möhkəmlənməsi, bütövlükdə regionun inkişafı və sabitliyi üçün vacibdir".

Ceyhun Məmmədov: Enerji sahəsində qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar mövcuddur və bu istiqamətdə konkret addımlar atılır

Onun sözlərinə görə,  əlaqələrin daha da genişləndirilməsi hər iki tərəf üçün strateji prioritetdir. İran tərəfi də münasibətlərin inkişafında maraqlıdır və bu, İran Prezidentinin son açıqlamalarında bir daha öz əksini tapıb. Hər iki ölkə iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir:

"Hazırda enerji sahəsində qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar mövcuddur və bu istiqamətdə konkret addımlar atılır. Bundan əlavə, nəqliyyat dəhlizləri və logistika imkanlarının inkişafı region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirə bilər. Bu proses yalnız iki ölkənin deyil, bütövlükdə regionun təhlükəsizliyi və tərəqqisi üçün mühüm rol oynayacaq".

Son olaraq parlament üzvü diqqətə çatdırıb ki, Azərbaycan və İran arasında möhkəmlənən tərəfdaşlıq gələcəkdə həm siyasi, həm də sosial-iqtisadi sahələrdə qarşılıqlı faydalı nəticələr verəcək və regionda sabitliyin möhkəmlənməsinə mühüm töhfə olacaq.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Sentyabr 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri