Qonşunun evindən 76 şüşə limonad oğurladı 3 il 6 ay həbs olundu
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qonşusunun evinin həyətindəki saxlanc yerindən 1050 manatlıq əşya oğurlayan şəxsə hökm oxunub.
Qaynarinfo-nun məlumatına görə, 1982-ci ildə Bakı şəhərində anadan olmuş A.R. Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, A.R. gecə saat 02.00 radələrində qonşusunun uzun müddət istifadə olunmayan evinin həyətindəki saxlanc yerinə dam örtüyünü açaraq daxil olub.
O, buradan ümumi dəyəri 1050 manat olan 2 qazan dəsti, 4 ədəd çərəz qabı, 12 ədəd çəngəl-qaşıq dəsti, 60 ədəd 0,5 litrlik və 16 ədəd 2 litrlik “Xudat” limonadı, su motoru, hidrofor və 30 metr elektrik naqili götürüb.
A.R. məhkəmədə əməlini etiraf edib. Bildirib ki, narkotik vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlib.
Xəzər Rayon Məhkəməsi A.R.-yə 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Əvvəlki hökm üzrə cəza ilə qismən toplama aparıldıqdan sonra qəti cəza 3 il 6 ay müəyyən edilib.
Saxlanıldığı 2 gün nəzərə alınaraq onun üzərində qəti olaraq 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.
A.R. cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 02 Oktyabr 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















