Icma.az
close
up
RU
Qonşunuz səs küy salırsa Nə etməli?

Qonşunuz səs küy salırsa Nə etməli?

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çox az adam tapılar ki, qonşularının səs-küyündən şikayətlənməsin. Lakin əksəriyyət belə hallara qarşı demək olar, heç bir addım atmır.

Maraqlıdır, bəs məsələnin hüquqi həlli varmı? Qanunvericilik bu barədə nə deyir?

“Qafqazinfo” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi bu istiqaməti əhatə edir. Məcəllənin bu maddəsi mənzillərlə yanaşı, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə yaradılan narahatlıqla bağlıdır. Burada məişət səs-küyü ilə bərabər, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa qarşı mübarizə tələblərini başqa üsulla pozmağa qarşı cərimə nəzərdə tutulur.

Sözügedən əməli törədən fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. Lakin bu zaman cərimə sözügedən əməllərin günün heç də bütün vaxtlarında deyil, yalnız gecə vaxtı saat 24-dən 7-dək olan müddətdə törədilməsinə aiddir. Məcəllədə günün digər vaxtlarında yaranan səs-küylə bağlı cərimə müəyyən edilməyib.   

Səs-küylə bağlı məqama Mülki Məcəllədə də rast gəlinir. Belə ki, Məcəllənin 171-ci maddəsi qonşunun təsirinə dözmək vəzifəsini müəyyən edir. Burada deyilir ki, daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən nəinki səs-küyün, hətta titrəyişlərin, qazın, buxarın, qoxunun, hisin, tüstünün, istiliyin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Yəni qonşu evdə qeyd edilən məqamlar digər evdəki yaşayışa çox da böyük təsir etmirsə, ona qadağa qoymaq olmaz.

Təsirin əhəmiyyətli olduğu, lakin səs-küyün və digər amillərin daşınmaz əmlakdan adi istifadədən törəndiyi və qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Yəni daşınmaz əmlakdan normal istifadədən olsa belə, yaranan səs-küy yol verilən hədlərdən yüksək olduğu hallarda qarşı tərəfdən pul formasında kompensasiya tələb olunması mümkündür. 

Yeri gəlmişkən, ölkə başçısının müvafiq Fərmanı ilə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları təsdiq edilib. Sənəddə nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin maksimal səviyyəsinin yolverilən normaları müəyyən olunub.

Ceyhun Həmid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri